Ölkəmizdə kombaynlar vasitəsilə kütləvi pambıq yığımına başlanılıb
28.09.2019 [09:56]
Regionlarda əldə olunan göstəricilər bu il pambıq istehsalında yüksək nəticələrə nail olunacağını deməyə əsas verir
(əvvəli ötən sayımızda)
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda pambıq yığımına başlanılıb. Bu il rayon ərazisində 2600 hektar sahədə pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə müqavilə əsasında əkilən pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.
Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün 1178 hektarda pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi həyata keçirilib. Pambıq yığımına 9 ədəd pambıqyığan kombayn, 25 ədəd traktor, 54 ədəd qoşqu cəlb edilib. Hazırda pambığın həm əl əməyi, həm də pambıqyığan kombaynlar vasitəsilə yığımı həyata keçirilir. Havaların əlverişli keçməsi məhsulun tez və itkisiz yığılmasına şərait yaradır. Bu il rayon üzrə 6 min tondan çox məhsul istehsal edilməsi proqnozlaşdırılır.
Yevlax rayonunda pambıq yığımı davam edir və qısa vaxtda qəbul məntəqələrinə 700 tona yaxın məhsul təhvil verilib. Qeyd edək ki, bu il Yevlax rayonunda 2406 hektarda pambıq becərilib. Sahələrə əsasən yerli şərait üçün əlverişli sayılan “Gəncə 110”, “Karizma” və “Bəyaz altun” pambıq sortları əkilib. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “P-Aqro” MMC ilə müqavilə bağlayan fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.
Rayonda pambıq yığımına 8 ədəd pambıqyığan kombayn, 18 ədəd traktor, 55 ədəd qoşqu, 6 ədəd dərmansəpən traktor və sair texnika və qurğular cəlb edilib. Məhsul yığımına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri yetişdirdikləri pambığı qısa müddətdə toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ötən il 5296,4 ton məhsul toplayan yevlaxlı fermerlər bu il məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyublar.
Neftçala rayonunda da kombaynlar üçün nəzərdə tutulan pambıq tarlaları artıq dərmanlanıb. Ötən il Neftçalada 7 min hektar pambıq sahəsindən 9 min 900 ton məhsul toplanması fermerlərin bu sahəyə marağını daha da artırıb. Artıq rayonun pambıq tarlalarında bol məhsul var. Daha məhsuldar pambıq sortlarına müraciət edən neftçalalı fermerlər əllə pambıq yığımını demək olar ki, başa çatdırıblar.
Bu il Neftçalada 5087 hektar sahədə pambıq əkini həyata keçirildiyini deyən Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ramil Salmanov bildirib ki, 300 tona yaxın məhsul əl ilə yığılaraq zavoda təhvil verilib. Onun sözlərinə görə, rayon ərazisində “Bəyaz altun”, “Gəncə 13” və digər sortlardan istifadə olunub. Bu sortlar çox məhsuldardır.
Sahələrdə bir neçə gün əvvəl defolyasiya işləri də aparılıb. Yaxın günlərdə kombaynlar sahələrə çıxarılacaq. Bu il Neftçalanın qabaqcıl pambıq ustaları Türkiyədən gətirilən toxumluq çiyid əkininə daha çox üstünlük veriblər. Alınan toxumlar digər fermerlərə paylanacaq. Bu, gələn il üçün pambıqçılıqda məhsuldarlığın yüksək olacağının qarantıdır.
Hacıqabulda pambıq yığımına başlanılıb. Məhsul toplanışına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri yetişdirdikləri pambığı qısa müddətdə toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ötən il pambıq plantasiyalarında 1000 tondan çox məhsul toplayan pambıq ustaları cari ildə də bol məhsul yetişdiriblər. Artıq pambıqçılar məhsul yığımına başlayıblar. Qısa müddətdə sahələrdən 53 tondan çox məhsul toplanılaraq qəbul məntəqələrinə göndərilib. Hər gün plantasiyalardan 5-6 ton məhsul yığılır. Kollarda qozalar tam açılmadığından hələlik yığım əl ilə aparılır.
Rayonda məhsul yığımına ilk başlayanlardan biri Qarasu kənd sakini, fermer Murad Abdullayevdir. Məhsul istehsalçısı ötən il hər hektar pambıq sahəsindən 25 sentner məhsul toplayıb. “Bu mövsüm 20 hektar sahədə pambıq əkmişəm. Becərmə işlərində mütərəqqi üsullardan istifadə etdiyim üçün məhsul boldur. Bir neçə gündür ki, pambıq toplanışına başlamışam. Məhsulu hələlik əl ilə yığırıq. Hər gün sahədən 150-200 kiloqram məhsul toplayırıq. Yaxın günlərdə sahəyə pambıqyığan maşın da çıxacaq. Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən hərtərəfli qayğı və ötən il onun alış qiymətinin 50 manat artırılması mənim də işə olan marağımı artırıb. Digər fermerlər kimi mən də daha çox məhsul istehsal etmək üçün var gücümlə çalışıram. Ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dəstəkdən yararlanaraq gələcəkdə əkin sahəsini daha da genişləndirəcək, məhsul istehsalını artıracağam. Sözsüz ki, istehsal artdıqca qazanc da çoxalacaq”, - deyə fermer bildirib.
Ucar rayonunda isə 500 hektarda pambıq yetişdirilib. Sahələrin 80 faizinin məhsulunun kombaynlarla toplanacağı nəzərdə tutulub. Artıq maşınlar sahələrə çıxarılıb. Pambıq tarlalarında məhsul yığımına iki pambıqyığan maşın cəlb olunub. Qeyd edək ki, rayonda “ağ qızıl” yığımı sürətlə aparılır. Hər gün sahələrə 80-dən çox işçi qüvvəsi çıxarılır. İndiyədək 230 tona yaxın məhsul yığılıb. Torpaq mülkiyyətçiləri ağır zəhmət bahasına yetişdirdikləri məhsulu tez və itkisiz yığmaq üçün bütün qüvvələri səfərbər ediblər. Mütəxəssislər cari mövsümdə rayonda 1000 tondan çox “ağ qızıl” yığılacağını proqnozlaşdırırlar. Hələlik hər hektardan orta hesabla 30 sentner məhsul götürülür ki, bu da rayonda yüksək göstərici sayılır.
Saatlı rayonunda da pambıq yığımı sürətlə davam edir. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox - 30 min 440 ton “ağ qızıl” toplayan rayon pambıqçıları cari ildə də ruh yüksəkliyi ilə çalışırlar. Məhsul istehsalçıları bu günədək sahələrdən 6 min 771 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndəriblər. Hər gün sahələrdən 4 min tondan çox pambıq toplanılır.
Qeyd edək ki, bu il dörd şirkətlə 2480 müqavilə bağlanaraq, 13 min 741 hektar sahədə pambıq yetişdirilib. Fermerlər məhsulu qısa müddətdə toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ötən ildən fərqli olaraq bu il rayonda məhsulun maşınlarla toplanmasına üstünlük verilib. Hazırda pambıq plantasiyalarında xarici ölkələrdən alınmış 44 ən müasir pambıqyığan kombayn işləyir. Yeni alınmış 14 maşın isə ehtiyatda saxlanılır. Zərurət yarandıqda bu maşınlar da sahəyə çıxarılacaq. İndiyədək toplanmış məhsulun 63 faizdən çoxu maşınlar vasitəsilə yığılıb.
Rayonun Nərimankənd kənd sakini Ağasən Babayev bu mövsüm 100 hektar sahədə məhsul yetişdirib. Əkin sahəsini aqrotexniki tələblər əsasında becərdiyindən sahəsində məhsul çoxdur. Fermer məhsulu əsasən maşınlarla toplayır.
“Pambığın maşınlarla yığılması bizə çox sərfəlidir. Əl ilə yığım zamanı proses uzandığından məhsul itkisi çox olur. Həm də bizə baha başa gəlir. Odur ki, əkdiyim sahənin məhsulunu maşınla yığıram. Bu günədək pambıq sahəsindən 50 ton məhsul toplamışam. Tədarük etdiyim məhsulun demək olar ki, hamısı birinci növ kimi qəbul olunub. Hələ sahəmdə məhsul çoxdur. Bundan sonra daha 250 ton pambıq toplayacağıma əminəm. Dövlətin pambıqçılığın inkişafina göstərdiyi dəstək, subsidiyalar və alış qiymətinin hər ton üçün 50 manat artırılması biz məhsul istehsalçılarının bu sahəyə marağımızı daha da artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə daha çox məhsul istehsal etmək üçün əkin sahəsini daha da genişləndirəcəyəm”, - deyə fermer bildirib.
Qeyd edək ki, bu il saatlılı pambıqçılar 33 min tondan çox məhsul istehsal etməyi planlaşdırıblar.
Bir neçə gündür ki, Biləsuvarda da kütləvi pambıq yığımına başlanılıb. Ötən il sahələrdən 22 min 700 ton məhsul toplayan fermerlər cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Yığıma mütəşəkkil başlayan məhsul istehsalçıları az vaxtda sahələrdən 2 min 563 ton “ağ qızıl” toplayaraq qəbul məntəqələrinə göndəriblər. Məhsulun 1779 tonu maşınların köməyi ilə toplanılıb. Bu il biləsuvarlı pambıqçılar 10 min 257 hektar sahədə pambıq yetişdiriblər. Toxum səpinindən tutmuş yığım gününədək bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən sahələrdə bol məhsul yetişib. Məhsulun qısa müddətdə toplanması üçün 2 min 218 nəfər işçi qüvvəsi cəlb olunub, 29 ədəd ən müasir kombayn və yığım üçün lazım olan digər texnikalar istehsalçıların ixtiyarına verilib. İşin yaxşı təşkili nəticəsində pambıq sahələrindən hər gün 470-480 ton məhsul toplanılır.
Qabaqcıl pambıqçı Lətif Cəfərov uzun illərdir bu işlə məşğul olur. Pambığın becərilməsində yaxşı təcrübəsi olan fermer illəri bir-birindən yüksək göstəricilərlə başa vurur. Torpaq sahibi ötən il becərdiyi 26 hektar sahənin hər hektarından 52 sentner məhsul götürməklə, 130 ton pambıq tədarük edib. “Bu il 30 hektar sahədə pambıq becərmişəm. Müqavilə bağladığım şirkət tərəfindən lazımi texnika, toxum, gübrə və kimyəvi preparatla vaxtlı-vaxtında təmin olunmuşam. Bütün aqrotexniki tədbirləri düzgün həyata keçirdiyimdən bu il də sahədə bol məhsul yetişib. Bu günə kimi 26 ton pambıq yığmışam. Bundan sonra daha 120-130 ton məhsul toplayacağıma əminəm. Ötən il dövlətimiz tərəfindən pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması və pambıqçılara verilən əlavə güzəştlər bütün məhsul istehsalçıları kimi, mənim də işə olan marağımı artırıb. Fermerlərə göstərilən dəstəkdən yararlanaraq növbəti ildə əkin sahəsini 35-40 hektara çatdırmaq fikrindəyəm” - deyə fermer bildirib.
Kürdəmir rayonunda pambıq sahələrinə 9 ədəd kombayn çıxarılıb. Rayonda cari mövsümdə 2809 hektarda pambıq yetişdirilib. Məhsulun 80 faizinin kombaynlarla yığılması nəzərdə tutulub və artıq bir neçə gündür ki, sahələrə 9 texnika çıxarılıb, daha 3 kombayn isə hazır vəziyyətdədir. Kombaynlar hazırda Muradxan, Sor-Sor, Mollakənd, Şilyan kənd ərazi dairələrindəki tarlalarda işləyir. Qeyd edək ki, cari mövsümdə rayonda 5600 tondan çox pambıq istehsalı gözlənilir. Artıq az vaxtda 650 ton məhsul toplanılıb ki, bunun 237 tonu kombaynlarla yığılıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

