Azərbaycanın regionlarında özünüməşğulluq proqramının icrası yüksək səviyyədə təmin edilir
08.10.2019 [09:29]
2019-cu ilin sonunadək bu proqrama 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub
Ölkəmizdə 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafıına dair müvafiq Dövlət proqramlarının icrasının uğurla təmin edilməsi nəticəsində bölgələrin siması tamam dəyişib. Ölkə üzrə yaranan yeni müsbət reallıqlardan biri də regionlarda iqtisadi aktivliyin artması və insanların əmək bazarına inteqrasiya imkanlarının genişlənməsi ilə bağlıdır. Bütövlükdə bəhs olunan Dövlət proqramlarının icrasının təmin edildiyi dövrdə respublika üzrə 2 milyona yaxın yeni iş yeri açılıb ki, onların da böyük əksəriyyəti daimi olmaqla regionların payına düşür.
Aşağıdakı statistik göstəricilər respublikamızdakı əmək bazarının mənzərəsini göz önündə canlandırır. Hazırda respublikamızda əmək qabiliyyətli yaşda olan əhalinin sayı 6814,0 min nəfərdir. Bunun 5168,0 min nəfərini iqtisadi fəal əhali, o cümlədən 5103,1 min nəfərini əmək qabiliyyətli yaşda olan iqtisadi fəal əhali təşkil edir. Əmək qabiliyyətli yaşda olan qeyri-fəal əhalinin sayı isə 1646,0 min nəfərdir. İqtisadiyyatda məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslərin sayı 150,5 min nəfər təşkil edir. Hazırda ölkə iqtisadiyyatında 1613,8 min nəfər muzdla işləyən var. Onlardan 902,4 min nəfər dövlət sektorunda, 711,4 min nəfər isə qeyri-dövlət sektorunda çalışır. Bütövlükdə respublikamızda məşğul əhalinin sayı 4915,2 min nəfər təşkil edir. Ölkəmizdə məşğulluğun səviyyəsi 65,5 faizə çatıb ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biri hesab olunur.
Cari ilin əvvəlindən 22 rayonda keçirilən əmək yarmarkalarında işsiz və işaxtaran vətəndaşlara 6757 vakant iş yeri təqdim edilib
Respublikamızda iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında dövlət başçımız bu xüsusda fikirlərini ifadə edərək deyib: “Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq”.
Dövlət başçısı tərəfindən qarşıya qoyulan hədəflərə çatmaq üçün müxtəlif tədbirlər reallaşdırılır. O cümlədən ölkə vətəndaşlarının məşğulluq səviyyəsinin artırılması istiqamətində işlər 2019-cu ilin əvvəlindən intensiv şəkildə davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövrü ərzində 22 rayonda əmək yarmarkaları təşkil edib. Əmək yarmarkalarında işsiz və işaxtaran vətəndaşlara 513 dövlət və özəl müəssisədən 6757 vakant iş yeri təqdim edilib. Verilən məlumata əsasən, 2019-cu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri nəticəsində 60 475 nəfər münasib işlə təmin olunub. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanaraq icra olunan “İşsizin DOSTu” proqramı işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında önəmli rol oynayıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində cari ilin 8 ayında 38 min iş yeri yaradılıb, 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatı həyata keçirilib.
2019-cu ilin yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə, eyni zamanda, 1200-ə yaxın vətəndaş üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Əksəriyyəti gənclərdən ibarət 67 mindən çox şəxsə xidmət tərəfindən peşəyönümü məsləhətlər verilib.
Dövlət şirkətləri də Prezident İlham Əliyevin çağırışına qoşularaq yeni iş yerlərinin yaradılmasında fəal iştirak edirlər. Belə ki, dövlət şirkətləri tərəfindən 20 000 nəfər sosial işçinin müqaviləsi uzadılıb, cari ildə əlavə 6 min iş yeri yaradılıb (SOCAR - 3 min, “Azərişıq” ASC - 2300, “Azərenerji” -700).
Ölkəmizdə məşğulluğun artırılması ilə paralel şəkildə qeyri-formal məşğulluqla mübarizə tədbirləri də gücləndirilir. Məlumat üçün bildirək ki, cari ilin 8 ayı ərzində 112 min 548 müqavilə imzalanıb.
Bütün respublika üzrə insanlar özünüməşğulluq proqramına böyük maraq göstərirlər
Məlum olduğu kimi, respublikamızda Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən işsizliyin və yoxsulluğun azaldılmasını hədəfləyən səmərəli özünüməşğulluq proqramı həyata keçirilir. Bütün respublika miqyasında insanlar bəhs olunan proqrama böyük maraq göstərirlər və onun əhatə dairəsi getdikcə genişlənir. Proqram çərçivəsində aztəminatlı insanlar, o cümlədən də əlillər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər layiqli əmək fəaliyyətinə cəlb edilirlər. İndiyədək respublika üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən aktivlər hesabına yaradılan kiçik ailə təsərrüfatlarının 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi isə xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində həmçinin xalçaçılıq, misgərlik və s. üzrə də ailə təsərrüfatları yaradılıb.
Bir qədər bundan əvvəl özünüməşğulluq proqramının iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatların ictimai açıqlığı təmin edilib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni addım kimi, nazirliyin “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsi yaradılıb və proqramı iştirakçıları, onların aktivlərlə təminatına dair bütün məlumatların həmin altsistemə daxil edilməsinə başlanılıb. Yeniliklərlə bağlı KİV-ə danışan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Nazir müavini vurğulayıb ki, bu islahatların mühüm istiqamətlərindən biri fəaliyyət sahələrində şəffaflığın təmin olunması, bu kontekstdə də fəaliyyət və xidmət sektorlarında ictimai açıqlığa, ictimai nəzarətə geniş şərait yaradılmasıdır. Azərbaycanda ilk sosial reyestr olan “e-sosial” internet portalında “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” altbölməsinin yaradılması da bu məqsədə yönələn addımlardan biridir. A.Əliyevin verdiyi məlumata əsasən, proqramının əhatə dairəsi 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. 2019-cu ildə isə özünüməşğulluq proqramına 10 min ailənin cəlb edilməsi nəzərdə tutulub. Cari ilin 8 ayı ərzində artıq 4589 nəfər proqram çərçivəsində təlimlərə cəlb olunub və 3052 nəfər təlimləri bitirib. Proqrama cəlb edilənlərin 16,4 faizi Bakı və Sumqayıt şəhərlərinin, 83,6 faizi digər şəhər və rayonların payına düşür.
Özünüməşğulluq proqramı çərçivəsində əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən digər həssas qruplarla bərabər, əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır və bu istiqamətdə aktiv tədbirlər həyata keçirilir. Cari ilin 8 ayı ərzində qurum tərəfindən 1716 nəfər əlilliyi olan şəxs müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib işlərlə təmin olunub. Onların hər biri ilə əmək müqaviləsi bağlanaraq elektron sistemdə qeydiyyatdan keçirilməklə rəsmiləşdirilib.
Eyni zamanda, əlilliyi olan şəxslərin kiçik sahibkarlığa çıxşına şərait yaradılması üçün onların ozünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir. Bəhs olunan dövrdə artıq 1000-dək əlilliyi olan şəxs həmin proqrama cəlb edilib.
Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasında onların peşə hazırlığının təşkili də mühüm rola malikdir. Cari ildə nazirliyin xətti ilə 205 nəfər üçün peşə hazırlığı kursları təşkil edilib.
Əlillərin həmçinin özünüməşğulluq proqramında fəal iştirakı təmin edilir. Bütövlükdə proqram iştirakçılarının 47 faizə qədərini sosial müdafiəyə xüsusi ehtiyacı olan həssas əhali qruplarına aid şəxslər təşkil edir. Bu ilin 8 ayında proqrama cəlb edilənlərin 2555 nəfəri məhz həssas kateqoriyalardan olan şəxslərdir.
Bir qədər bundan əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub. Tədbirdə Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron rayonundakı məşğulluq mərkəzlərinin direktorları, layihəyə cəlb edilən əlilliyi olan vətəndaşlar iştirak ediblər.
Layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, ölkəmizdə ildən-ilə geniş miqyas alan özünüməşğulluq proqramında üstünlük verilən həssas qruplardan biri də əlilliyi olan şəxslərdir. Ötən il 1000 nəfərdən çox əlilliyi olan şəxs proqramdan faydalanaraq öz kiçik ailə təsərrüfatlarını yaradıb.
Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik müəssisələrini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

