Ölkəmizdə heyvandarlığın intensiv inkişafı istiqamətində tədbirlər uğurla davam etdirilir
09.10.2019 [09:25]
Regionlarda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır
Məlum olduğu kimi, hazırda bəşəriyyəti narahat edən əsas problemlərdən biri də ərzaq təhlükəsizliyinin təmin olunması məsələsidir. Və digər qabaqcıl ölkələr kimi, Azərbaycan da dünyada yaranan çağırışlara uyğun olaraq özünün etibarlı ərzaq təhlükəsizliyini təmin etməyi strateji hədəf kimi qarşıya qoyub. Qeyd edək ki, məhz bu məqsədlə regionlarda aqrar sektorun ahəngdar inkişafını təmin etmək, ərzaq məhsulları, o cümlədən də heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Əksər ekspertlərin vurğuladıqları kimi, heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi, yem bazasının möhkəmləndirilməsi, səmərəli satış mexanizminin qurulması, fermerlərə subsidiyaların verilməsi, ayrı-ayrı bölgələrdə layihələrin reallaşdırılması bu qəbildən olan tədbirlər sırasında yer alır.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin heyvanların cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq Sərəncamı bu sahədə işlərə güclü təkan verib. Həmin Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir.
Beləliklə, göstərilən dövlət qayğısı və həyata keçirilən islahatların nəticəsidir ki, ölkəmizdə bu ilin arxada qalan ayları ərzində də kənd təsərrüfatının bu sahəsində məhsul istehsalı və mal-qaranın baş sayı artıb.
Bu məqamda qeyd edək ki, əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.
Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 714 baş iribuynuzlu mal-qara, 116 min 250 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 999 baş çoxdur. Naxırda ana inək və camışların sayı 32 min 321 başa çatıb. Cari ilin 8 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 5 min 109,4 ton ət (diri çəkidə), 28 min 547,4 ton süd, 154,7 ton yun, 9 milyon 610 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 3,4 ton, süddən 4,4 ton, yundan 13,8 ton, yumurtadan isə 1 milyon 390 min ədəd çoxdur.
Kənd təsərrüfatı rayonu olan Sabirabadda da heyvandarlıq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda bu sahəni müasir texnologiyalar əsasında inkişaf etdirmək məqsədilə son illər bir sıra mühüm tədbirlər həyata keçirilib, iri heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılıb. Görülən işlər nəticəsində bu ilin 8 ayı ərzində rayonda iribuynuzlu mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 575 baş artaraq 122 min 22 baş, qoyun-keçilərin sayı isə 2 min 334 baş artaraq 230 min 842 baş olub. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib.
Rayon Statistika İdarəsindən bildiriblər ki, cari ilin səkkiz ayı ərzində rayonda ət istehsalı 12 min 2 ton (diri çəkidə), süd istehsalı 78 min 625 ton, yun istehsalı 570 ton, yumurta istehsalı isə 44 milyon 515 min ədəd olub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 416, süddən 124, yundan 22 ton, yumurtadan isə 7 milyon 853 min ədəd çoxdur.
Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 17 süni mayalanma məntəqəsi yaradılıb. Süni mayalanmada “Holsteyn-şviss”, “Şviss”, “Şarole”, “Simmental” cinsi və Azərbaycanın yerli camış törədicilərindən istifadə olunaraq, 2019-cu ilin ötən ayları ərzində iribuynuzlu mal-qaradan süni mayalama yolu ilə 4 min 174 baş cins tərkibi yaxşılaşdırılmış bala alınıb.
Füzuli rayonunda da heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2019-cu ilin səkkiz ayında rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 2904 baş inək və düyə süni yolla mayalandırılıb, 1644 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental” cinsindən olan buğaların toxumları istifadə edilir.
Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalanma tədbirlərinə marağı artırıb. Cari ilin altı ayı ərzində Füzuli rayonu üzrə 1096 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınmış 1376 buzovun hər birinə 100 manat olmaqla, ümumilikdə 137 min 600 manat məbləğində subsidiya ödənilib. İyul ayında doğulan buzovlar üçün də subsidiya hesablanıb və tezliklə heyvan sahiblərinə ödəniləcək.
Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, heyvandarlıq məhsulları istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafı üçün bu yoldan geniş istifadə etməyə marağı daha da artırıb.
Hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və bu ilin 8 ayında ötən il mayalanma aparılmış 3035 baş inək və düyədən 2155 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara ümumilikdə 215 min 500 manat subsidiya ödənilib.
Biləsuvarda da aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində, heyvandarlıq məhsulları istehsalına və mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalanma yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Hazırda rayonda 4 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və mayalanma aparılmış 1523 baş inək və düyədən cari ilin ötən ayları ərzində 592 baş buzov alınıb. Doğulan buzovlara görə maldarlara ümumilikdə 59 min 200 manat subsidiya ödənilib. Biləsuvarın heyvandarlıq təsərrüfatlarında 41 min başdan çox iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yolu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.
Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlığın inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir. Belə ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 63 min 383 baş iribuynuzlu mal-qara, 186 min 736 baş qoyun-keçi saxlanılır. Naxırda ana inək və camışların sayı 33 min 265 başdır. Cari ilin 8 ayında rayonun heyvandarlıq təsərrüfatlarında 5 min 431 ton ət (diri çəkidə), 31 min 423 ton süd, 347,6 ton yun, 22 milyon 150 min ədəd yumurta istehsal olunub ki, bu da keçən ilin eyni dövründə istehsal olunan ətdən 129 ton, süddən 146 ton, yundan 100 kiloqram, yumurtadan isə 4 min 45 ədəd çoxdur.
İmişlidə də heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olur.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu yoldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, hazırda rayonda 7 süni mayalanma məntəqəsi fəaliyyət göstərir, onlardan da 4-ü əsas, 3-ü isə yardımçı məntəqələrdir. Ötən il və bu ilin ilk aylarında həmin məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 1591 baş inək və düyədən 864 buzov alınıb. Doğulan buzovlara görə maldarlara ümumilikdə 86 min 500 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda İmişlinın heyvandarlıq təsərrüfatlarında 94 min 364 baş iribuynuzlu mal-qara saxlanılır, bunların da əksəriyyəti süni mayalanma yolu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

