Qubadakı meyvə bağlarının 13 min hektardan çoxunu alma bağları təşkil edir
16.10.2019 [09:56]
Sahibkarlar və təsərrüfatçılar üçün yaradılan şərait regionlarda yeni salınan meyvə bağlarının sahəsinin gündən-günə genişlənməsinə səbəb olub
Məlum olduğu kimi, son 16 il ərzində Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm uğurlar əldə edilib. Bu uğurların təməlində isə həyata keçirilən düşünülmüş siyasət və Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiq edilən, bu günə kimi üçünün icrası başa çatan, dördüncüsünün icrası isə davam edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər dayanır. Ölkəmizdə məhz bu Dövlət proqramları çərçivəsində, eyni zamanda, kənd təsərrüfatının inkişafı istiqamətində də mühüm işlər görülüb.
Ölkəmizdə aqrar sahəyə hərtərəfli diqqət və qayğı göstərilir
Ümumiyyətlə, vurğulayaq ki, Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində bu gün regionlarda kənd təsərrüfatı inkişaf dövrünü yaşayır, aqrar sektorun müxtəlif istiqamətlərində yeni uğurlar əldə edilir. Bu xüsusda ölkənin şimal bölgəsində, xüsusilə Qubada, Qusarda, Xaçmazda yeni meyvə bağları salınır, tərəvəzçilik inkişaf etdirilir.
Dövlət başçısının diqqət və qayğısından söz düşmüşkən, Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq, 2020-ci ildən bitkiçilik sahəsində yeni subsidiyalaşdırma qaydaları tətbiq ediləcək. Qərara əsasən, ən yüksək əmsallardan biri intensiv meyvə bağları üçün tətbiq olunacaq. Belə ki, intensiv alma bağlarına bağın salındığı ilk 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödəniləcək. Bu barədə Qubada keçirilən “Alma bayramı”nda Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib. Nazir müavini bildirib ki, 2019-cu ilədək salınmış intensiv alma bağlarına da hər hektara görə 240 manat subsidiya ödəniləcək.
Beləliklə, bütün bunlar ölkəmizdə aqrar sahədə yüksək nailiyyətlərin əldə edilməsinə təkan verib, sahibkarlar və təsərrüfatçılar üçün yaradılan şərait regionlarda yeni salınan meyvə bağlarının sahəsinin gündən-günə genişlənməsinə səbəb olub. Eyni zamanda, respublikamızın ayrı-ayrı rayonlarında keçirilən meyvə bayramları, festivallar da aqrar sahədə yüksək nailiyyətlərin göstəricisidir. Bu cür tədbirlərdən biri də Qubada keçirilən “Alma bayramı”dır. Həmin bayram barədə ətraflı məlumat verməzdən öncə bildirək ki, Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz zonası ümumilikdə alma istehsalının 71 faizini təşkil edir. Ümumiyyətlə, Azərbaycanda əsasən almanın 300-dən çox müxtəlif sortları becərilir ki, bunlardan da altmışı sənaye üçün əhəmiyyətlidir. Respublikamızda əsasən Fəximə, Şirvan reneti, Papirovka, Melba, Yeva yaylıq alma sortları, Azərbaycan, Sarı Belfler, Qışlıq qızıl parmen, Landsberq reneti payızlıq sortları, Cır Hacı, Sarı turş, Simirenko reneti, Qolden Delişes, Qızıl Əhmədi, Şampan reneti, Red Delişes, Royal red Delişes qışlıq sortları, Qrani Smit, Fuji, Qolden Delişes x 972, Conaqold, Ağ renet tipli introduksiya olunmuş sortlar becərilir.
Altıncı “Alma bayramı”nda 20 minə yaxın insan iştirak edib
Oktyabrın 12-də Qubada ənənəvi “Alma bayramı” keçirilib. Məlumat üçün bildirək ki, 2012-ci ildən etibarən keçirilən “Alma bayramı” şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunub. Bayram tədbirinə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Milli Məclisin deputatları, bir sıra nazirliklərin, dövlət agentliklərinin vəzifəli şəxsləri, qonşu rayonların icra strukturlarının rəhbərləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, elm və mədəniyyət xadimləri qatılıblar.
20 minə yaxın insanın iştirak etdiyi “Alma bayramı”nda iştirakçıları və qonaqları salamlayan Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev artıq altıncı dəfədir təşkil olunan “Alma bayramı”nın əhəmiyyətindən danışıb. Bildirilib ki, Quba rayonu hələ keçmiş sovet dövründən meyvə bağları ilə tanınıb. Bu gün də Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində respublikamızda kənd təsərrüfatının bütün istiqamətlərində, o cümlədən meyvəçilikdə dinamik inkişaf var. Sahibkarlar və təsərrüfatçılar üçün yaradılan şərait Qubada yeni salınan meyvə bağlarının sahəsinin gündən-günə genişlənməsinə səbəb olub.
Hər il Qubanın alma bağlarından 100 min tondan çox alma toplanılır
Hazırda Quba rayonunda ümumilikdə 17 min hektardan çox meyvə bağı mövcuddur ki, bunun da 13 min hektardan çoxunu alma bağları təşkil edir. Hər il rayonun alma bağlarından 100 min tondan çox alma toplanılır.
Xüsusi olaraq vurğulanıb ki, rayonda meyvəçiliyin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində məhz Onun təşəbbüsü və qayğısı nəticəsində Qubada 10 min hektara yaxın yüksək məhsuldar alma bağları salınıb ki, bu gün həmin bağlar əhalinin əsas gəlir mənbəyini təşkil edir. Bu gün də Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə, təsərrüfatçılara, sahibkarlara və fermerlərə hərtərəfli yardım, diqqət və qayğı göstərilir.
Milli Məclisin deputatı Vahid Əhmədov isə Azərbaycan iqtisadiyyatının gündən-günə inkişaf etdiyini, ölkəmizdə bütün sahələrdə islahatlar aparıldığını qeyd edib. Millət vəkili deyib ki, Quba rayonunda keçirilən “Alma bayramı” ölkəmizdə hökm sürən siyasi sabitliyin daha bir göstəricisidir: “Ölkəmizin hər yerində olduğu kimi, Qubada da əhalinin rifahının daha da yüksəlməsi üçün xeyli işlər görülür. Son bir ildə dövlət başçısının Qubaya iki dəfə səfər etməsi, bu rayonla bağlı bir sıra sərəncamlar imzalaması rayona olan diqqət və qayğının göstəricisidir. Azərbaycanda stabilliyin qorunub saxlanılmasında Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın çox böyük xidmətləri var. Stabillik olmasaydı, bu cür bayramları da keçirə bilməzdik”.
Tədbirdə qeyd olunub ki, ölkəmizdə alma istehsalının təşviqi, almanın ixrac potensialının artırılması, Azərbaycanda alma istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılması baxımından “Alma bayramı”nın təşkili mühüm əhəmiyyət kəsb edir. Bu gün respublika üzrə ümumi alma bağları əkinlərinin 71,6 faizi, o cümlədən məhsul istehsalının da 71 faizi Quba-Xaçmaz iqtisadi rayonunun payına düşür. Ən çox alma istehsal edən rayonların siyahısında Quba rayonu ilk pillədə qərarlaşıb. Ötən il Qubada 115,8 min ton alma istehsal edilib. Qubalı fermerlər bu sortları günümüzə qədər qoruyub saxlamaqla bu gün keçirilən festivala ev sahibliyi etməyə mənəvi haqq əldə ediblər.
Mərasimdə çıxış edənlər festivalın keçirilməsini milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıdılmasında, almanın və ondan hazırlanan məhsulların təbliğində böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.
Çıxışlardan sonra Heydər Əliyev prospekti boyunca şimal bölgəsində yaşayan azsaylı xalqların nümayəndələrinin, folklor qruplarının, idmançıların, müxtəlif təsərrüfatlarda yetişdirilən almalarla bəzədilən avtomobillərin iştirakı ilə yürüş keçirilib. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib.
Meyvəçiliyin inkişafı istiqamətində tədbirlər davamlı xarakter daşıyır
Ölkənin şimal bölgəsində, o cümlədən Qubada meyvəçiliyin inkişafından danışarkən Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə də toxunmaq lazımdır. 1926-cı ildə fəaliyyətə başlayan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutda 59 nəfər işçi çalışır, onların arasında elmlər və fəlsəfə doktorları var. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında Sərəncamına əsasən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan yeni sahələrdə 35 iş yeri açılıb. Burada 73 hektar ərazidə Lənkəran çayçılıq filialı, 19 hektarda Abşeron təcrübə stansiyası, 50 hektarda Qəbələ, 97 hektarda isə Göyçay dayaq məntəqələri yerləşir. Bundan əlavə, Zaqatala dayaq məntəqəsi, Zərdabi elmi təcrübə stansiyası və Quba yardımçı təcrübə təsərrüfatı da institutun balansına daxildir.
Təcrübə bazaları əsasən ötən əsrin 50-ci illərində yaranıb. Onların istifadəsində olan ümumi torpaq sahəsi 662 hektardır, onun 557 hektarı isə əkinəyararlı ərazidir. Əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitkibecərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsi olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun 50 hektar ərazisində 2017-2018-ci illərdə müasir və məhsuldar meyvə bağları salınıb. Almaniyanın Meyvə və Bitkilərin Seleksiyası Elmi-Tədqiqat İnstitutu, Belarusun Meyvəçilik Elmi-Tədqiqat İnstitutu və Kənd Təsərrüfatı Akademiyası, İngiltərənin “Meosis” Elmi-Tədqiqat Şirkəti, İspaniyanın “Viveros-veron” Tingçilik və Tədqiqat Şirkəti ilə əlaqələr quran Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Çinin “Anxoy” Aqrar Universiteti və Fransanın meyvəçiliklə məşğul olan “Luare” Kənd Təsərrüfatı Palatası ilə də geniş əməkdaşlıq həyata keçirir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13

