Regionlarda taxılçılıq təsərrüfatlarında payızlıq əkin prosesinə başlanılıb
17.10.2019 [09:45]
Həyata keçirilən hazırlıq tədbirləri və dövlətin ciddi dəstəyi bu mövsümdə də sahələrdən bol məhsul yığılacağını söyləməyə əsas verir
Ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi Azərbaycan dövlətinin aqrar sahədə həyata keçirdiyi tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir. Mütəxəssislərin qənaətinə görə, yeni təsərrüfat subyektlərinin, o cümlədən də aqroparkların yaradılması ölkənin ərzaq təminatının möhkəmləndirilməsinə olduqca müsbət təsir göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Prezident İlham Əliyev kənd təsərrüfatında rekord göstəricinin əldə olunduğunu qeyd edərək vurğulayıb ki, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir: “Müxtəlif istiqamətli addımlar kənd təsərrüfatında canlanmaya gətirib çıxarıb. Əlbəttə ki, dövlət dəstəyi hər zaman olduğu kimi, bu il də göstərilir, bundan sonra da göstəriləcək. Bu istiqamətdə atılan addımlar artıq real nəticələr verir və kənd təsərrüfatı uğurla inkişaf edir”.
Prezident İlham Əliyev qeyd edib ki, kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir: “Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk. Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni, xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni, bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək”.
Əvvəlki illərlə müqayisədə orta məhsuldarlıq 30 sentnerdən çoxdur
Məlum olduğu kimi, ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, bitkiçilik sahəsinə aid olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan təlabatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan təlabatının ödənilməsində mühüm rol oynayır. Ona görə də taxılçılıq təsərrüfatının inkişafına diqqətin artırılması mühüm məsələ kimi qarşıya qoyulub. Prezident İlham Əliyev də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə vurğulayıb ki, ilin birinci yarısında taxıl istehsalı 40 faiz artıb, məhsuldarlıq da kifayət qədər yüksəkdir. “Əvvəlki illərlə müqayisədə indi orta məhsuldarlıq 30 sentnerdən çoxdur. Ancaq elə təsərrüfatlar var ki, orada məhsuldarlıq 60 sentnerdir və ondan da çoxdur. Yəni, bu, onu göstərir ki, müasir yanaşma, kənd təsərrüfatının elmi əsaslarla inkişafı məhsuldarlığı böyük dərəcədə artırır və artıracaq”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Ümumiyyətlə, respublikamızda taxıl əsasən 2 torpaq-iqlim şəraitində suvarma və dəmyədə becərilir. Ölkəmizdə də ərzaq məhsullarına olan daxili tələbatın bütünlüklə yerli istehsal hesabına ödənilməsində mühüm pozisiyalardan biri də taxılçılıqdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı qarşıya vəzifə qoyub. Ölkəmizdə taxıl istehsalının artırılmasına ciddi önəm verilməsi heç də təsadüfi deyil. Taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Taxıl istehsalının artırılması ixracın azalmasına və perspektivdə tamamilə dayandırılmasına imkan verəcək ki, bunun da nəticəsində ölkədən xaricə valyuta axınının qarşısı alınacaq.
Sözügedən müşavirədə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov da cari ildə taxılçılıq sahəsində əldə olunan göstəricilərin kifayət qədər uğurlu olduğunu bildirib. Onun sözlərinə görə, bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub. “Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib”, - deyə İnam Kərimov qeyd edib.
Regionlarda bu il 1096294 hektar sahədə payızlıq şum proqnozlaşdırılır
Qeyd olunduğu kimi, ilin birinci yarısında əldə olunan uğurlu nəticələr payız mövsümündə də əkin sahələrindən bol məhsul əldə olunacağına inam yaradır. Artıq Azərbaycanda payızlıq əkinlər üçün şum prosesinə başlanılıb. Ümumilikdə bu il 1096294 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Ağdaş taxılçıları da gələn ilin məhsulu üçün taxıl əkininə başlayıblar və ilkin olaraq arpa səpilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin payızlıq əkin mövsümündə 13 min hektarda arpa, 5 min hektarda buğda səpini nəzərdə tutulub. Bu iş üçün 89 texnika, o cümlədən şum traktor və səpin aqreqatı hazırlanıb. Qısa vaxtda 500 hektardan çox sahədə əkin aparılıb. Rayonun daha iri taxılçılıq təsərrüfatları olan Ərəbocağı, Yuxarı Nemətabad, Qoşaqovaq və bir sıra digər ərazi dairələrində səpin kampaniyasına daha mütəşəkkil hazırlıqla başlanıb.
Qax rayonunun təsərrüfatlarında da 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkininə başlanılıb. Cari mövsümdə rayonda 13 min hektardan çox sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır. Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib. Qurum rəsmisi bildirib ki, kampaniyanın ilk günlərində təsərrüfatlarda 300 hektaradək sahəyə arpa səpilib. Payızlıqların əkini üçün rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən 2200 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. İndiyədək təsərrüfatlarda 9,2 min hektar sahədə şum qaldırılıb. Səpində iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Baş məsləhətçinin sözlərinə görə, hazırda təsərrüfatlarda qarğıdalı yığımı da davam edir. Builki mövsümdə fermerlər 1720 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. İndiyədək 1043 hektar sahənin məhsulu yığılıb, 7 min 582 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 72,7 sentner təşkil edir.
Şəki rayonunun təsərrüfatlarında isə fermerlər indiyədək 1480 hektarı arpa, 520 hektarı buğda olmaqla, 2 min hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 65 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov bildirib ki, payızlıq dənlilərin əkini üçün indiyədək rayonun təsərrüfatlarında 48 min hektaradək sahədə şum aparılıb. Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 17 min ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Əkin kampaniyasına 114 ədəd şum traktoru, 90 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.
Ucar rayonunda qısa vaxtda 2700 hektarda səpin aparılıb
Ucar rayonunda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıqla başlanıb və artıq qısa vaxtda 2700 hektarda səpin aparılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, hazırda bütün ərazilərdə arpa səpilir. Hər gün sahələrə 15-dək səpin aqreqatı çıxarılır. Daha 15 səpin aqreqatı hazır vəziyyətdədir. Rayonun əksər ərazilərində, xüsusilə daha çox taxıl əkiləcək Bərgüşad, Xələc, Təzə Şilyan, Qaradağlı və digər bir sıra ərazi dairələrində bu mühüm kampaniyaya daha mütəşəkkil hazırlıqlar başlanılıb. Qeyd edək ki, Ucar rayonunda gələn ilin məhsulu üçün 14 min hektardan çox sahədə payızlıq taxıl səpini nəzərdə tutulur.
Ağdam rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri bəzi kənd təsərrüfatı məhsullarının yığımı ilə yanaşı, payızlıq bitkilərin səpinini davam etdirir, növbəti təsərrüfat ilinə hazırlaşırlar. Rayonun fermerləri məhsul yığımı başa çatmış sahələrin 493 hektarında təkrar əkin aparıb, 13 min 224 hektar sahə şumlanıb, 1329 hektar sahədə payızlıq bitkilər səpilib.
Sədərək rayonunda isə bu günə qədər payızlıq taxıl əkini üçün 820 hektaradək sahədə şum aparılıb. Cari ilin məhsulu tədarük ediləndən sonra əkinlərin saman və küləşindən kip vurularaq sahədən toplanılıb, şum işinə başlanılıb. Bu məqsədlə əvvəlcədən həyata keçirilən hazırlıq tədbirləri öz bəhrəsini verməkdədir. Əkiləcək sahələrə şum aparmaq üçün traktorlar çıxarılıb, həmin texnikalar üçün tələb olunan ehtiyat hissələri əldə edilib, yanacaq ehtiyatı tədarük olunub.
Əkinə tezliklə başlamaq üçün torpaq mülkiyyətçiləri vaxtdan səmərəli istifadə edirlər. Torpaq mülkiyyətçiləri taxıl sahələrini bir qədər də genişləndirərək əvvəlki ildən artıq əkin sahələri becərmək əzmindədirlər. Yaxın günlərdə rayonun torpaq mülkiyyətçiləri əkin kampaniyasına başlayacaqlar.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48

