Regionlarda şəkər çuğundurunun yığımı davam edir
02.11.2019 [09:38]
2019-cu ildə Azərbaycanın 25 rayonunda ümumilikdə, 7345 hektar sahədə şəkər çuğunduru becərilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatlar çərçivəsində aqrar sahənin inkişafına da xüsusi diqqət yetirilir. Bu diqqətin nəticəsdir ki, regionlarda, xüsusilə ənənəvi məhsulların istehsalının genişləndirilməsi, əhalinin gündəlik ərzaq tələbatı məhsullarına daxil olan istehlak mallarının idxaldan asılılığının azaldılması üçün mühüm işlər görülüb. Elə ölkəmizdə şəkər çuğundurunun istehsalına diqqətin artırılması da qeyd edilən həmin işlərin tərkib hissəsidir. Bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğıya nümunə olaraq Prezident İlham Əliyevin 4 aprel 2017-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” Fərmanı göstərmək olar. Həmin Fərmana əsasən, şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə subsidiya ödənilməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, qeyd edək ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı yekun nitqində dövlət başçısı İlham Əliyev ölkəmizdə şəkər çuğundurunun istehsalına və perspektivinə toxunub, məhsuldarlığın artırılması üçün müvafiq tədbirlər görülməsini xüsusi olaraq qeyd edib: “Şəkər çuğunduru ilə bağlı görülən işlər nəticə verir. İndi bu sahədə 15 min insan çalışır və 14 min hektardan 400 min tondan çox şəkər çuğunduru tədarük edilib. Bütün bu çuğundur İmişli şəkər zavoduna göndərilmişdir. Azərbaycanda istehsal olunan şəkərin tərkibində yerli xammalın səviyyəsi artır. Biz buna da çalışmalıyıq. Çünki bizdə şəkər daha çox xaricdən gətirilən şəkər qamışı hesabına istehsal olunurdu. Biz şəkər çuğunduru hesabına bunu etməliyik və bölgələrdə də ciddi təhlil aparılmalıdır. Bugünkü çıxışlarda da məhsuldarlıqla bağlı fikirlər səsləndi. Çuğundurda şəkərliliklə bağlı çox ciddi təhlil aparılmalıdır. Çuğundur o bölgələrdə əkilməlidir ki, orada şəkərlilik və məhsuldarlıq daha yüksək olur”.
Dövlət başçısının sözügedən konfransda da qeyd etdiyi kimi, respublikanın ayrı-ayrı rayonlarında istehsal olunan şəkər çuğunduru aparılan yenidənqurma işləri hesabına imkanları daha da artırılan İmişli şəkər zavoduna təhvil verilir. Hazırda İmişli şəkər zavodunun istehsal etdiyi məhsullar daxili bazarın ehtiyaclarının ödənilməsinə yönəldilib. Eyni zamanda respublikanın müxtəlif regionlarında şəkər çuğundurunun yetişdirilməsində və tədarükündə çalışanların sayı artmaqdadır. Bu, Prezident İlham Əliyevin ölkədə yeni iş yerlərinin sayını artırmaq, insanların faydalı məşğulluğunu təmin etmək istiqamətində qarşıya qoyduğu vəzifələrin reallaşdırılmasına töhfədir.
Xatırladaq ki, ölkəmizdə sənaye məqsədi ilə şəkər çuğunduru ilk dəfə 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında, sonralar isə Azərbaycanın 17 rayonunda əkilib və yaxşı nəticələr əldə olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, bu qiymətli ərzaq və yem bitkisinin istehsalını artırmaq məqsədi ilə 2006-cı ildə İmişli rayonunda MDB məkanında analoqu olmayan şəkər emalı zavodu tikilib. Naxçıvan Muxtar Respublikası, İmişli, Beyləqan, Tərtər, Füzuli, Biləsuvar, Saatlı, Sabirabad, Ağcabədi, Ağdaş və digər rayonlarında hər hektardan məhsuldarlıq ilbəil artır. Onu da vurğulamaq yerinə düşər ki, vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.
Qeyd edək ki, artıq bəzi rayonlarda yığımı başa çatmaqda olan şəkər çuğundurunun məhsuldarlıq daha yüksək olan zonalarda becərilməsinə üstünlük verilir. Təsadüfi deyil ki, 2019-cu ildə Azərbaycanın 25 rayonunda ümumilikdə, 7345 hektar sahədə şəkər çuğunduru becərilib. Bunlardan 5693 hektarı sadə suvarmalı, 1652 hektarı isə pivot suvarma sistemi altında olan sahələrdir. Ən çox şəkər çuğunduru İmişli (917,65 ha), Ağcabədi (843,5 ha), Tovuz (668 ha), Tərtər (670,45 ha) Beyləqan (557,7 ha), Füzuli (553.7 ha) rayonlarında əkilib.
Şəkər çuğundurunun ən çox əkildiyi İmişli rayonunda cari il 917,6 hektar sahədə şəkər çuğunduru becərilib. Rayon Statistika İdarəsindən bildirilib ki, torpaq mülkiyyətçilərinin “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində plantasiyalarda bol məhsul yetişib. Fermerlər havaların əlverişli keçməsindən yararlanaraq yığımı tez bir zamanda yekunlaşdırmağa çalışırlar. Əkilən ərazinin hər hektarının məhsuldarlığı orta hesabla 323,2 sentnerə çatıb ki, bu da ötən ilə nisbətən 11 sentner çoxdur. Qeyd edək ki, ötən il İmişli rayonunun əkinçiləri çuğundur sahələrindən 3 min 524,5 ton məhsul yığıblar.
Beyləqan rayonunun fermerləri və mülkiyyətçiləri də şəkər çuğunduru yığımını davam etdirirlər. Rayon Statistika İdarəsindən bildiriblər ki, torpaq mülkiyyətçiləri bu il 558,7 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Bu, ötən illə müqayisədə 66,4 hektar çoxdur. Beyləqanlı fermerlər bu günədək sahələrdən 654 ton çuğundur yığıblar. Məhsul İmişli şəkər zavoduna təhvil verilir.
Qeyd edək ki, ötən il Beyləqan rayonunda 492,3 hektar sahədə şəkər çuğunduru becərilib, 16 min 63,5 ton məhsul əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 326,3 sentner olub.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da torpaq mülkiyyətçiləri və fermerlər şəkər çuğunduru yığımını davam etdirirlər. Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov bildirib ki, torpaq mülkiyyətçiləri bu il 670,45 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Tərtərli fermerlər bu günədək 50 hektar sahədə məhsul toplayıb, 1500 ton çuğundur əldə ediblər. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir. Qeyd edək ki, şəkər çuğunduru Tərtər rayonunda əsas kənd təsərrüfatı bitkilərindən biridir.
Qəbələ rayonunun təsərrüfatlarında şəkər çuğunduru yığımı yüksək sürətlə davam etdirilir. Rayon Statistika İdarəsindən bildiriblər ki, torpaq mülkiyyətçiləri bu il 192,4 hektar sahədə şəkər çuğunduru əkiblər. Bitkinin əkin sahəsi ötən illə müqayisədə 2,1 dəfə artıb. Fermerlər bu günədək sahələrdən 140 ton şəkər çuğunduru yığıblar. İstehsal edilən məhsul İmişli şəkər zavoduna göndərilir.
Xatırladaq ki, 2018-ci ildə qəbələli fermerlər 92 hektar sahədə şəkər çuğunduru becərib, 1875,1 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 203,8 sentner məhsul götürülüb.
İyirmi dörd illik köçkünlük həyatından sonra doğma kəndlərinə qayıdan Cocuq Mərcanlı sakinləri bu il taxıl, qarğıdalı, şəkər çuğunduru, pambıq, həmçinin bostan-tərəvəz bitkiləri becəriblər.
Səkkiz hektarda şəkər çuğunduru becərən Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev sahələrdən yüksək məhsul götürdüyünü deyib: “Kəndin ətrafındakı sahələr uzun illərdən sonra əkin dövriyyəsinə cəlb edilib. İyirmi dörd il müddətində əkin-biçin aparılmadığı üçün torpaqlar münbitdir. Odur ki, əkilən bitkilərin məhsuldarlığı da yüksəkdir. Bu il sahələrdən 429 ton şəkər çuğunduru istehsal etmişik. Hər hektardan orta məhsuldarlıq 536 sentner təşkil edib”.
Oqtay Həziyevin sözlərinə görə, bu il ilk dəfə becərdiyi pambıq tarlasında da yüksək məhsuldarlığa nail olub. Altı hektar sahədən 28 ton pambıq əldə edilib ki, bu da hər hektara 47 sentner məhsuldarlıq deməkdir.
Bu il 214 hektar sahədə şəkər çuğunduru becərən Bərdə rayonunun torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər. Bərdə Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, indiyədək 136,8 hektarın məhsulu yığılıb, 4680,8 ton çuğundur əldə edilib. Hər hektardan orta məhsuldarlıq 342,1 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib. Qeyd edək ki, şəkər çuğunduru Bərdə rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir.
Hacıqabul rayonunda isə şəkər çuğunduru sahələrində məhsul yığımı başa çatıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, cari təsərrüfat ilində “Kürdəmir süd emalı” MMC tərəfindən rayonda 171.8 hektar sahədə şəkər çuğunduru əkilib. İstehsalçıların “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Yığıma mütəşəkkil başlayan əkinçilər plantasiyalardan 8 min 741.1 ton məhsul yığıblar. Yığılmış sahələrin hər hektarının məhsuldarlığı 51.1 sentner olub.
Məlumat üçün bildirək ki, ölkə üzrə şəkər çuğundurunun yığımı davam edir. Fermerlər tərəfindən qəbul məntəqələrinə 100,7 min ton məhsul təhvil verilib.
Yeri gəlmişkən qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC fermerlərlə əməkdaşlığını davam etdirir. Bu dəfə qurum Bərdə rayonu Həsənqaya kənd sakini fermer Sahib Mehdiyevdən kələm və çuğundur məhsullarını tədarük edib. Kəndli-fermerin müraciətini dəyərləndirən ATT-nin Bərdə Regional İdarəsinin əməkdaşları məhsullara və təsərrüfata baxış keçiriblər. Tərəflər arasında əldə olunan razılığa əsasən fermerin yetişdirdiyi 1,6 ton kələm və 1 ton çuğundur məhsulu ATT tərəfindən satın alınıb. Tədarük edilən məhsulların ödənişi isə “Fermer kartı” vasitəsilə həyata keçirilib.
Fermer Sahib Mehdiyev deyib: “Təsərrüfatımda yetişdirdiyim məhsulları sata bilmirdim. “Aqrar Tədarük və Təchizat” ASC-nin Bərdə Regional İdarəsinə müraciət etdim. Sağ olsun idarənin əməkdaşları, gəlib yerində baxdılar. İndi məhsulları münasib qiymətə onlara satıram. Şükür ki, məhsulumuz yerdə qalmadı”.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC yetişdirdiyi məhsulların keyfiyyət və qida təhlükəsizliyi göstəriciləri normalara uyğun olan hər bir fermerlə əməkdaşlığa açıqdır. Bu günə qədər qurum yüzlərlə fermerlə əməkdaşlıq edib və bu sayı daha da artırmaq niyyətindədir.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

