Regionlarda meyvə-tərəvəz yığımı başa çatmaq üzrədir
29.12.2019 [09:45]
Əsasən yerli bazara çıxarılan portağalın yığım kampaniyası dekabr ayının sonuna kimi davam edəcək
Son 16 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə uğurlu inkişaf təmin edilir. Belə ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb, regionlarda əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradıb.
Yeri gəlmişkən, Kənd Təsərrüfatı naziri İnam Kərimov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən cari ilin iyunun 27-də imzalanmış “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman kənd təsərrüfatında dayanıqlı inkişafı təmin edəcək. Bu Fərmanın məqsədi aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin olunması, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılmasıdır. Nazir əlavə edib ki, bu təşəbbüsün reallaşması aqrar subsidiyaların verilməsində şəffaflığı təmin edəcək, kağız sənəd dövriyyəsini aradan qaldıracaq, fermerlərin dövlət dəstəyindən yararlanmasında insan faktorunu minimuma endirəcək.
Onun sözlərinə görə, yeni sistemin tətbiqi nəticəsində subsidiyalar əvvəlki illərdən fərqli olaraq fermerlərə ilin sonunda deyil, əvvəlində veriləcək. Bununla da fermerlər ilin əvvəlində təsərrüfat xərclərinin bir hissəsini qarşılamaq imkanı əldə edəcəklər. Nazir qeyd edib ki, Prezidentin imzaladığı Fərmanın icrası ilə əlaqədar Aqrar Subsidiya Şurası yaradılıb. Yeni mexanizmə əsasən, subsidiyalar əkin, məhsul və toxum subsidiyası olaraq üç kateqoriya üzrə qruplaşdırılıb.
Onu da vurğulamaq yerinə düşər ki, meyvə və tərəvəz istehsalı ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, ixracyönümlü sahələrdəndir. Eyni zamanda, kənd təsərrüfatı sahəsinə xüsusi diqqət fermerlərin bu sahəyə marağının daha da artmasına səbəb olub.
Kənd Təsərrüfatı naziri İnam Kərimov söyləyib ki, dövlət kənd təsərrüfatı məhsullarının ixrac potensialını gücləndirmək məqsədilə intensiv bağların salınmasında maraqlıdır. Aqrar Subsidiya Şurası bu məqsədlə intensiv meyvə bağlarına veriləcək subsidiyalar üçün ən yüksək əmsal müəyyənləşdirib.
Nazir bildirib ki, qərara əsasən, 2019-cu ildən başlayaraq, intensiv bağın salındığı ilk 4 il ərzində fermerə hər hektara görə 800 manat subsidiya ödəniləcək. Qərzəkli meyvə bağları üçün bu rəqəm 400 manat, üzüm bağları üçün 600 manatdır. Müəyyənləşən əmsallar fermerlərin xərclərinin böyük bir hissəsinin dövlət tərəfindən qarşılanmasını təmin edir, eyni zamanda, dövlət subsidiya mexanizmi vasitəsilə konkret sahələrin inkişafını stimullaşdırır.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının bütün sahələrinə olduğu kimi, bağçılığın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda yeni bağlar salınır.
Bu məqamda qeyd edək ki, Şahbuz rayonunda yeni meyvə bağlarının salınması diqqət mərkəzində saxlanılır. Görülən işlərin davamı olaraq, rayonun Daylaqlı kəndi ərazisində 1,5 hektar sahədə yeni üzüm bağı salınıb. Rayonda üzüm bağları daha çox maili sahələrdə salınır. Buna görə də yeni üzüm bağının salınması üçün Daylaqlı kəndi ərazisindəki yamac sahələr seçilib. Əvvəlcə həmin ərazidə aqrotexniki tədbirlər görülüb. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili, qara şanı və digər sortlardan istifadə olunub. Yeni salınan bağda suvarma tədbirlərinin aparılması üçün əraziyə 1 kilometr uzunluğunda yeni su xətti də çəkilib. Əkində üzvi gübrələrdən də istifadə olunaraq əraziyə 2 min üzüm tənəyi basdırılıb.
Qeyd edək ki, son dövrlərdə rayon ərazisində 5 hektar sahədə yeni üzüm bağı salınıb. Bu il payız aylarından etibarən isə 8 hektara yaxın sahədə yeni meyvə bağları salınıb. Badamlı qəsəbəsində yol kənarlarına 1200 çinar, Ağbulaq yolunun kənarlarına isə 1500 qoz tingi əkilib. Qeyd edək ki, son illərdə rayonda aparılan yaşıllaşdırma tədbirləri sayəsində yaşıllıq sahələrinin ümumi həcmi xeyli artırılıb ki, bu sahələrin də əksəriyyəti məhsul verən meyvə bağlarıdır.
Daim dövlətin nəzarətində olan meyvə və tərəvəz istehsalının hazırkı vəziyyətinə gəlincə, bəzi regionlarda meyvə-tərəvəz yığımı başa çatıb, qış vaxtı olmasına baxmayaraq, bəzi rayonlarda isə hələ davam edir.
Neftçalada təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 591,7 hektar meyvə bağından 1849 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərib, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəzlənib. Bunun nəticəsində də bu il bağlarda məhsul bol olub.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov deyib ki, artıq neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımını başa çatdırıblar. Bağbanlar indiyədək ağaclardan 1879,8 ton meyvə yığıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 ton və ya 1,7 faiz çoxdur.
Ş.Mənəfov bildirib ki, ötən il üzüm bağlarından 308 ton üzüm tədarük edən neftçalalı üzümçülər cari ildə də bağlarda bol məhsul yetişdiriblər. Yığıma mütəşəkkil başlayan bağbanlar cari təsərrüfat ilində becərdikləri 134,1 hektar üzüm sahəsindən 419 ton məhsul toplayıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 111,5 ton və ya 36,3 faiz çoxdur. Məhsulun çox hissəsi Aşağı Qaramanlı, Cəngan və Xolqarabucaq kəndlərinin üzüm plantasiyalarından yığılıb. Ən yüksək nəticəni isə Aşağı Qaramanlı kəndində fəaliyyət göstərən fermerlər əldə ediblər.
Neftçala rayonunda artıq tərəvəz yığımı da başa çatıb. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub. Ş.Mənəfov bildirib ki, bu mövsüm neftçalalı əkinçilər 138,3 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Artıq məhsul istehsalçıları yığımı başa çatdırıblar. Əkinçilər sahələrdən 1484,8 ton tərəvəz tədarük ediblər. Yığılmış məhsulun 406,9 tonunu xiyar, 378,2 tonunu pomidor, 106 tonunu sarımsaq, 319,8 tonunu badımcan, 155,9 tonunu bibər, 12,6 tonunu soğan, 24,4 tonunu isə digər tərəvəzlər təşkil edib.
Məhsul istehsalçıları, həmçinin 114 hektar kartof sahəsindən 1354,3 ton kartof, 221,7 hektar bostan sahəsindən isə 8015,1 ton qarpız-yemiş də yığıblar.
Salyanda üzümçülük əsas təsərrüfat sahələrindəndir. Fermerlər bu gəlirli sahəyə böyük maraq göstərdiyindən rayonda üzüm plantasiyalarının sahəsi ilbəil artır. Hazırda rayonda həyətyanı sahələrlə birlikdə 1122,5 hektar üzüm bağı mövcuddur ki, bunun da 894 hektarı barverəndir.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, artıq rayonda üzüm yığımı başa çatıb. Bağbanlar plantasiyalardan indiyədək 9 min 78,1 ton üzüm yığıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 min 348 ton çoxdur. Hər hektarın məhsuldarlığı 823 sentner olub. Yığılan məhsulun 8 min 840,3 tonu süfrə, 941 tonu isə texniki sort olub.
E.Hüseynov onu da qeyd edib ki, ötən ilə nisbətən cari ildə bağlarda məhsul çox olduğundan üzümün qiyməti də xeyli ucuz olub. Bağbanlar yerində üzümün 1 kiloqramını 80-90 qəpiyə satıblar. Ötən il isə bu rəqəm 1,20-1,30 qəpik arası idi.
Saatlıda meyvə yığımı başa çatıb. Ötən il çoxillik meyvə bağlarından 10 min 670 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.
Rayon statistika idarəsinin rəisi Seyfəddin Soltanov bildirib ki, məhsul yığımına vaxtında və mütəşəkkil başlayan bağbanlar cari ilin ötən ayları ərzində rayonda mövcud olan 2 min 649,6 hektar meyvə bağından 10 min 752,7 ton meyvə toplayıblar. Yığılmış məhsulun 121,7 tonunu armud, 262,5 tonunu gavalı, 691,6 tonunu alça, 159,6 tonunu gilas, 252,8 tonunu əncir, 1281 tonunu heyva, 153,2 tonunu isə digər meyvələr təşkil edib.
Ən çox məhsul nar bağlarından toplanılıb. Bağbanlar rayonda mövcud olan 1266,9 hektar nar bağından 5 min 418 ton məhsul toplayıblar.
Astaranın sitrus bağlarında isə portağal yığımına 10 gündür başlanılıb. Rayonun sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçıları bu il bol portağal yetişdiriblər.
Astara Rayon Statistika İdarəsindən verilən məlumata görə, ötən il rayonda 372 hektar sitrus bağlarından 2542 ton portağal yığılıb. Bu il isə portağalın əkin sahəsi 39,8 hektar artırılaraq 411,7 hektara çatdırılıb. Bağlardan 3000 tona yaxın məhsulun yığılması proqnozlaşdırılır.
Rayonun sitrusçuları portağalın həm həcminə, həm də dadına görə fərqlənən “Vaşinqton” növünə üstünlük verirlər. Bazarlarda portağalın bir kiloqramının qiyməti 1,5-2 manatdır. Əsasən yerli bazara çıxarılan portağalın yığım kampaniyası dekabr ayının sonuna kimi davam edəcək.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, dekabr ayının 1-nə kimi sahələrdən 1 milyon 637,6 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çox tərəvəz və 993,8 min ton (11,7 faiz çox) kartof yığılıb.
Hesabat dövründə 447,6 min ton (11,5 faiz çox) bostan məhsulları, 1 milyon 75,8 min ton (7,8 faiz çox) meyvə və giləmeyvə, 194,1 min ton (25,4 faiz çox) üzüm, 911,3 ton (4,9 faiz çox) yaşıl çay yarpağı, 34,5 min ton (42,9 faiz çox) dən üçün günəbaxan, 236,4 min ton (16,9 faiz az) şəkər çuğunduru, 292,5 min ton (32,7 faiz çox) pambıq və 5,9 min ton (3,3 faiz çox) tütün toplanıb.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

