Azərbaycanda 2019-cu ildə kənd təsərrüfatında yüksək nəticələr əldə olunub
08.01.2020 [09:23]
Cari ildə də ölkəmizdə aqrar sahənin inkişafı üçün sistemli tədbirlər həyata keçiriləcək
Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Məlum olduğu kimi, ölkəmizdə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün şəhər və rayonlarının simasının əsaslı şəkildə yenilənməsini təmin edib, regionların hərtərəfli inkişafını gücləndirib. Bu baxımdan, regionlarda aqrar sahənin inkişafı da xüsusi vurğulanmalıdır. Qeyd etmək yerinə düşər ki, ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müşahidə olunan inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət dayanır. Beləliklə, ölkəmizdə aqrar sektorun müxtəlif sahələrinə dair proqramların icrası uğurla davam edir və məhz bunun nəticəsində bu sahə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, ölkəmizdə kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması özünü iqtisadi göstəricilərin yüksəlməsində, fermerlərin gəlirlərinin artmasında, aqrar fəaliyyətin insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilməsində göstərir.
Öz növbəsində aqrar sahənin bütün istiqamətləri üzrə ciddi nəticələrin əldə olunduğunu deyən Kənd Təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, 2015-ci ildən bəri pambıq istehsalı 8,2 dəfə artıb: “Bu günədək 100 min hektar sahədən 294 min tondan çox pambıq istehsal olunub və hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib. Əkin sahəsi 2018-ci ilə nisbətən 32 min hektar azalsa da, pambıq istehsalı 61 min ton, hektardan orta məhsuldarlıq isə 11,8 sentner artıb”.
Nazir qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu pambıqçılıq ənənələri son illər yüksək templə inkişaf etdirilərək əvvəlki şöhrətini bərpa etməkdədir. 2018-ci ildə Ağdam, Beyləqan və Zərdab rayonlarında əlavə üç, ötən ildə Bərdə rayonunda bir pambıq qəbulu məntəqəsi tikilib, müvafiq avadanlıqlarla təchiz edilib. Mövsüm ərzində bu məntəqələr tərəfindən 8 min ton xam pambıq qəbul olunub. Ucar rayonunda illik istehsal gücü 40 min ton olan pambıq emalı zavodu, saatda 1,5 ton lifsiz pambıq toxum istehsalı gücünə malik zavod istifadəyə verilib, gündəlik 200 ton pambıq çiyidini emal etmək gücünə malik zavodda tamamlanma işləri getməkdədir.
İnam Kərimov əlavə edib ki, Prezident İlham Əliyev məhsuldarlığın yüksəldilməsini qarşıya hədəf qoyub. Aparılan təhlillər göstərir ki, 2018-ci ildə 30 sentnerdən çox məhsul götürən 3096 fermer vardısa, 2019-cu ildə bu rəqəm iki dəfədən çox artaraq 7110 fermer təşkil edib. 7110 fermer tərəfindən yığılmış pambıq ümumi istehsalın 39 faizini təşkil edir. Bu məhsulun 29,5 min hektar sahədən yığıldığını nəzərə alsaq, hektardan orta məhsuldarlıq 39 sentnerdir. 2019-cu ildə 50 sentnerdən artıq məhsul götürən fermerlərin sayı 953 olub. 2018-ci illə müqayisədə hesabat ilində fermerlərin əldə etdikləri gəlirlərin ümumi həcmi 45 milyon manatdan çox artıb.
Eyni zamanda, pambıqçılığın inkişafında müasir texnologiyalardan istifadə vacib sayılır. 2019-cu ildə Ucar rayonunda Çin texnologiyası və Beyləqan rayonunda türk texnologiyası əsasında pambıq istehsalı üzrə pilot layihələr həyata keçirilib. Çin texnologiyası ilə hər hektardan 60 sentner, türk texnologiyası ilə isə 58 sentner xam pambıq istehsal olunub. 2020-ci ildə pambıqçılıqla məşğul olan bütün şirkətlər yeni texnologiyaların tətbiqini Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə genişləndirəcəklər.
Nazirin sözlərinə görə, Azərbaycan Prezidenti dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə qarşıya yeni hədəflər qoyub və bu hədəflərə nail olmaq üçün tədbirlər davam etdiriləcək.
Bundan başqa, vurğulanıb ki, Prezidentin iştirakı ilə Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı olub. İnstitutun və yeni kompleksin məqsədi kənd təsərrüfatı fəaliyyətlərinin elektronlaşdırılmasını, məlumatların elektron qaydada tərtib edilərək araşdırılmasını təşkil etməkdən ibarətdir. İnstitut və onun tabeli qurumları tərəfindən tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki kömək göstərilməsi, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasının öyrənilməsi, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalatda tətbiqinə metodiki rəhbərlik həyata keçirilir. İstixana və açıq sahə şəraitində tərəvəz, bostan və kartof bitkilərinin yeni sort və hibridlərinin yaradılması, onların toxumçuluğunun standartlara uyğun təşkili nəzərdə tutulur.
Bununla yanaşı, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə respublika ərazisində toxumçuluğun inkişaf etdirilməsi məqsədilə 5 rayonda dənli bitki toxumlarının emalı zavodunun tikintisi həyata keçirilib. Daha belə bir zavod İsmayıllı rayonunun İvanovka kəndində inşa edilir. Bu zavodların inşası və istifadəyə verilməsi fermerləri yüksəkkeyfiyyətli, sertifikatlaşdırılmış toxumlarla təmin etməyə imkan verəcək.
Eyni zamanda, kənd təsərrüfatı infrastrukturunun müasir standartlara uyğun yenidən qurulması və təkmilləşdirilməsi bu il də davam etdiriləcək. 2020-ci ildə Ağstafa rayonunda yaradılmış “Dilbaz” atçılıq təsərrüfatı üçün yeni atçılıq kompleksinin inşası başa çatdırılaraq istifadəyə veriləcək. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun inzibati-laboratoriya binasının, Baytarlıq Klinikasının, Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda iri və xırdabuynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisinə başlanılıb. Qobustan rayonunda Heyvandarlıq Nümayiş Kompleksinin tikintisi də davam edir və kompleks gələn il istifadəyə veriləcək.
Bundan başqa, Şamaxı rayonunda Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun fillokseraya davamlı calaq-üzüm əkin materialının istehsalı üçün calaq kompleksi inşa olunduğunu deyən nazir bildirib ki, İsmayıllı rayonunun Lahıc qəsəbəsində 10 min baş arı ailəsindən ibarət Arıçılıq Kompleksinin inşası nəzərdə tutulur. Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər davam etdirilir. Universitetin yeni tədris korpusunun və Peşə Məktəbinin inşası başa çatmaq üzrədir. Bu il müxtəlif təyinatlı sort-sınaq məntəqələrinin də inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur. “2020-ci ildə qarşımızda aqrar sahənin dayanıqlı inkişafına ciddi təsir edə biləcək çoxsaylı vəzifələr durur. Qeyd etdiyim kimi, 2020-ci ildə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin, yeni subsidiya mexanizminin və aqrar sığorta sisteminin tətbiqi istiqamətində mühüm işlər həyata keçiriləcək. Bundan başqa, qarşımızda kənd təsərrüfatının bütün sahələrində intensiv inkişafı təmin etmək, məhsuldarlığı, ixrac potensialı yüksək olan kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq kimi vəzifələr var”, - deyə nazir əlavə edib.
Nazirin də qeyd etdiyi kimi, ölkəmizdə ilk dəfə aqrar sığortanın genişmiqyaslı tətbiqi üçün hüquqi baza formalaşıb. Belə ki, ötən il Milli Məclis tərəfindən “Aqrar sığorta haqqında” qanun qəbul olunub, Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini və “Aqrar sığorta predmetinin tərkibini” təsdiqləyib. Bununla da Azərbaycanda aqrar sığorta mexanizmi Türkiyənin TARSİM modelinin təcrübəsi əsasında qurulur. Bu model dövlət-özəl sektor əməkdaşlığına əsaslanır. Dövlət aqrar sığorta orqanı vasitəsilə sığorta risklərini öz üzərinə götürəcək, bir hissəsini isə təkrar sığorta vasitəsilə yenidən özəl sektora ötürəcək. Aqrar Sığorta Fondu Nazirlər Kabinetinin “Aqrar sığorta predmetinin tərkibi” haqqında qərarında göstərilmiş məhsullar üzrə sığorta prosesində iştirak edəcək və riskin 50 faizini öz üzərinə götürəcək.
Vurğulamaq yerinə düşər ki, məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması investisiya risklərini azaldacaq, fermerlərə dövlət dəstəyini gücləndirəcək, məşğulluğa müsbət təsir edəcək, ərzaq təhlükəsizliyinə töhfə vermiş olacaq və sığorta bazarını gücləndirəcək. Bu baxımdan aqrar sığorta mexanizminin Azərbaycanda tətbiqinə başlanması kənd təsərrüfatının inkişafını təmin edəcək əsas amillərdən biri kimi qəbul olunmalıdır.
Sonda onu da bildirək ki, dövlət dəstəyinin gücləndirilməsi sayəsində 2019-cu təsərrüfat ili yüksək nəticələrin əldə olunduğu illərdən biri sayıla bilər. Ötən ilin 1 dekabr tarixinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 7,1 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,3 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,2 faiz artıb.
Ötən ilin yanvar-noyabr aylarında sahələrdən 3512,4 min ton taxıl yığılıb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Qeyd olunan dövrdə ölkə üzrə 2171,5 ton buğda (+6,3 faiz), 1015,5 ton arpa (+7,8 faiz) və 259,4 min ton qarğıdalı (+14,4 faiz) yığılıb. Ötən il 643,7 ton barama istehsal edilib ki, bu da keçən illə müqayisədə 25,3 faiz çoxdur. Ümumilikdə barama istehsalı üzrə əldə etdiyimiz göstərici son 21 ilin ən yüksək göstəricisidir. Bundan əlavə, 5,9 min ton tütün yığılıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3 faiz çoxdur.
2019-cu ilin yanvar-noyabr aylarında təxminən 993,8 min ton kartof (11,7 faiz çox), 1637,6 min ton tərəvəz (13,2 faiz çox), 1075,8 min ton meyvə və giləmeyvə (7,8 faiz çox), 194,1 min ton üzüm (25,4 faiz çox) istehsal edilib, 911,3 ton yaşıl çay yarpağı (4,9 faiz çox) yığılıb, diri çəkidə ət istehsalı 2,8 faiz artaraq 476,6 min ton, süd istehsalı 2,1 faiz artaraq 1938,7 min ton təşkil edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

