Regionlarda turizmin inkişafı üçün davamlı addımlar atılır
08.02.2020 [10:32]
Azərbaycanın tarixi məkanlarını turizm zonasına çevirmək üçün Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun əsas hədəfi xarici turistləri regionlara cəlb etməkdir
Bütün dünyada olduğu kimi, ölkəmizdə də turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri sayılır. Bu baxımdan, son 16 ildə Azərbaycanda da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində turizm sahəsinə xüsusi diqqət ayrılıb. Turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə bu sahəyə davamlı diqqət və qayğı göstərilir. Bu siyasəti həyata keçirən Dövlət Turizm Agentliyinin (DTA), Azərbaycan Turizm Bürosunun (ATB) və turizm sahəsində fəaliyyət göstərən digər əlaqədar qurumların reallaşdırdığı tədbirlər nəticəsində turizm ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri kimi artım tempini davam etdirir, həmçinin regional turizmin inkişafı istiqamətində mühüm işlər görülür.
Bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb
Təsadüfi deyil ki, fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində dövlət başçısı İlham Əliyev turizm sahəsi ilə bağlı geniş fikir bildirib, eyni zamanda, ölkəmizin regionlarında turizmin inkişafı üçün kompleks tədbirlərin görüldüyünü xüsusi olaraq qeyd edib: “Bir dəfə demişəm, bir daha demək istəyirəm ki, mən turizmi də ixrac növü hesab edirəm. Çünki keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, əgər bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahə turizmdir. Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim, son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır”.
Bununla yanaşı, turizm sahəsində görülən işlərə diqqət çəkən dövlət başçısı əldə edilən uğurlardan bəhs edib: “Keçən il UNESKO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında Şəki Xan Sarayı Dünya İrs Siyahısına daxil edilib. Qobustan və İçərişəhərdən, Qız qalasından, Şirvanşahlar sarayından sonra bu, bizim növbəti böyük uğurumuzdur. Harada ki, boşluqlar var, biz öz turizm imkanlarımızı gərək səfərbər edək. Məsələn, keçən il Yanardağ tamamilə yenidən quruldu, çox gözəl şərait yaradıldı və demək olar ki, Bakıya gələn turistlərin böyük əksəriyyəti oranı ziyarət edir”.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı yekun nitqində Prezident İlham Əliyev Azərbaycanın tarixi yaşayış məntəqələrini də turizm zonasına çevirmək və qış turizminin inkişaf etdirilməsi üçün praktiki addımlar atıldığını dilə gətirib: “Bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır. Qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilmişdir. Onu da bildirməliyəm ki, bu gün mənə məlumat verildi, bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcıllıqla. İndi ancaq yanvar ayında 18 faiz. Ona görə hesab edirəm ki, əgər keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək”.
Naftalanda yeni turizm-sağlamlıq obyektlərinin tikilməsi davam etdirilir
Ölkəmizdə səhiyyə turizminin mərkəzlərindən hesab edilən Naftalanda son illərdə bu sahənin inkişafı, xüsusən də unikal tərkibli palçıq neftinin dünyada tanıdılması istiqamətində görülən işlərdən sonra bu şəhərdə fəaliyyət göstərən sağlamlıq mərkəzlərində itirilmiş sağlamlıqlarını bərpa etmək istəyən xarici turistlərin sayında ildən-ilə müsbət dinamika qeydə alınır.
Respublikamızın qərb bölgəsində sağlamlıq turizminin beynəlxalq mərkəzinə çevrilən Naftalana son illərdə gələn yerli və xarici turistlərin sayında qeydə alınmış bu artım dinamikası burada yeni turizm-sağlamlıq obyektlərinin tikilməsini zəruri edib.
Hazırda şəhərdə tikintisi aparılan 5 turizm mərkəzindən biri də şəhərin Nizami Gəncəvi, 11 ünvanında yerləşən Yeni Sanatoriya Kompleksidir. Kompleksin tikinti aparılan ərazisi 0,63 hektar, ümumi sahəsi 4628 kvadratmetr və tikinti altı sahəsi 880 kvadratmetrdir. Dördmərtəbəli sanatoriya binası 88 otaqlı, 192 yerlikdir. Sanatoriyanın zirzəmi mərtəbəsində texniki otaqlar, idman zalı, masaj otaqları, anbar otaqları, 1-ci mərtəbədə yeməkxana, personal otaqları, həkim otaqları, çamaşırxana, 2-ci, 3-cü və 4-cü mərtəbələrdə 67 yataq otağı, mansard hissədə isə 21 yataq otağı olacaq.
Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan 5 turizm mərkəzindən biri də Yeni Avtovağzal Hotel Kompleksidir. Naftalanın mərkəzinə yaxın yerdə yerləşən kompleksin ümumi ərazisi 1 hektar, tikintialtı sahəsi 2509 kvadratmetrdir. Kompleks 10 mərtəbəlidir. Yeni Avtovağzal Hotel Kompleksi istifadəyə verildikdən sonra burada 40 nəfər daimi işlə təmin ediləcək.
Qeyd edək ki, hazırda Naftalanda 10 turizm obyekti fəaliyyət göstərir və burada 1100 nəfərədək vətəndaş çalışır. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalan gün ərzində ümumilikdə 3 min 800-ə yaxın turistə müasir standartlara uyğun restoran, hotel və müalicə xidmətləri göstərmək imkanına malik olacaq və həmin müəssisələrdə işləyənlərin sayı 1500-ə çatacaq. Bu, ümumi şəhər əhalisinin 15 faizini təşkil edir.
Ölkəmizin ən mühüm turizm mərkzələrindən biri hesab edilən Qəbələdə isə dəmir yolu çəkilməsi sahəsində planlaşdırılan işlər böyük əhəmiyyət daşıyır. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev deyib ki, 43 kilometrlik Ləki-Qəbələ dəmir yolu təkcə Qəbələnin deyil, bütün regionun turizm potensialının daha da inkişafına böyük təkan verəcək. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında S.Abdullayev bildirib ki, bu gün rayonda təqribən 2500 yerlik 16 otel və mehmanxana tipli müəssisələr fəaliyyət göstərir. Ötən il bu müəssisələrdə 186 mindən çox yerli və əcnəbi turistlərə xidmət göstərilib və təqribən bir o qədər də turist fərdi evlərdə qalıb. Gələn turistlərin 65 faizi, yəni 121 min nəfəri dünyanın 45 ölkəsinin vətəndaşlarıdır.
Təkcə ötən il yerli əhəmiyyətli iki avtomobil yolu tikilərək istifadəyə verilib, 20 mindən çox əhalisi olan 10 yaşayış məntəqəsinin rayon mərkəzinə olan məsafəsini 25 kilometr qısaldacaq Bum çayı üzərində yeni körpünün tikintisinə başlanılıb. 25 kilometrlik Əmirvan-Seyidqışlaq-Vəndam avtomobil yolunun tikintisi üçün hazırlıq işləri aparılır.
Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilir
Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA) mütəxəssisləri isə ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədilə, yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq ekoparkların yaradılması təşəbbüsü ilə çıxış ediblər.
AzETA-dan bildirilib ki, bu məqsədlə qurum müxtəlif sahələrdən peşəkar mütəxəssisləri cəlb edib. AzETA-nın mütəxəssislərinin fikrincə, ekoparkların yaradılması nəticəsində açıq hava fəaliyyətlərinə qatılmaq arzusunda olan yerli və xarici turistlər, o cümlədən uşaqlar, yeniyetmələr və gənclər üçün heyvanlar və bitkilər aləmilə daha yaxından tanış olmaq, yaşlı nəsilin isə nümayəndələri üçün istirahət imkanlarının yaradılması mümkün olacaqdır. Bunlarla yanaşı, ekoparkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin yetişməsinə də imkan yaradacaq.
Assosiasiyadan bildiriblər ki, açıq hava turizm fəaliyyətləri - piyada gəzintilər, velosiped gəzintiləri, pikniklər, dağa dırmanma, quşların və heyvanların həyatını seyr etmək, müxtəlif aqro təcrübələr, təbii və süni relyeflərdə müxtəlif rekreasiya və idman fəaliyyətləri turistlər və yerli əhali arasında populyarlıq qazanmaqdadır. İri şəhərlərin qeyri-qənaətbəxş ekoloji durumunu yaxşılaşdırmaq məqsədilə onların ərazilərində ekoparkların yaradılması bu işə xüsusi töhfə gətirir, əhali arasında ekoloji mədəniyyətin artmasına və ekoturizm fəaliyyətlərinin genişlənməsinə yardımçı olur.
Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində ekoparkların yaradılması üçün yararlı ərazilər müəyyən edildikdən sonra müvafiq qurumlara müraciətlər və bu ideyanın realizəsi üçün investisiyaların cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıb. Hazırda Abşeron yarımadasının, Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbail, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilir.
Turist marşrutlarını zənginləşdirmək və onları daha maraqlı, cəlbedici etmək üçün, həmçinin ölkənin ekoturizm məkanı kimi tanıdılmasına töhfə gətirmək məqsədilə ekoturizm və açıq hava fəaliyyətləri səyahət paketlərinə daxil olmalıdır, bu isə davamlı inkişafa səbəb olur.
Qızılağac Milli Parkında quşların müşahidəsi turizminin inkişafı ilə bağlı tədbirlər görülür
Bu günlərdə Qızılağac Milli Parkında 2 fevral - Ümumdünya Su-Bataqlıq Günü ilə əlaqədar IDEA İctimai Birliyinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının, Azərbaycan Ornitoloji Cəmiyyətinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-məlumatlandırıcı tədbir keçirilib.
Milli parkda köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin inkişafı ilə əlaqədar təşkil olunan elmi seminardan sonra iştirakçılar Qızılağac Milli Parkındakı “Turac” və “Bala dəniz” marşrutlarında quşları müşahidə edib, parkda yaradılmış “Turizm İnformasiya Mərkəzi” ilə tanış olublar.
(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

