Regionlarda müasir standartlara uyğun yeni məktəb binalarının tikintisi davam etdirilir
08.02.2020 [10:36]
2019-cu ildə ölkə üzrə 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilib
Son 16 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, zamanın çağırışlarına uyğun genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb. Bu müddətdə ölkəmizdə digər sahələr kimi müasir təhsil quruculuğu istiqamətində də uğurlu addımlar atılıb və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənib. Məlum olduğu kimi, güclü maddi-texniki baza olmadan təhsil sahəsində uğurlardan bəhs etmək mümkün deyil və təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi bu sahədə nailiyyətlərin artmasını şərtləndirən əsas amillərdən biridir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən yeni çoxsaylı təhsil müəssisələri tikilib istifadəyə verilir. Məlumat üçün bildirək ki, son 16 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Eyni zamanda, 2019-cu ildə ölkə üzrə 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilib.
Dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, həmçinin qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 15 ildə çox sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib. Prezident İlham Əliyev qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb və həmin sərəncamlara uyğun olaraq qəzalı məktəblərin yenilənməsinə böyük məbləğdə vəsait ayrılıb. Məsələn, dövlət başçısının “Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında” 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə 25 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” 23 iyun 2009-cu il tarixli Sərəncamı ilə 13 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb. Bütün bunlar respublikamızda təhsil sektorunda ağrılı məsələlərdən olan qəzalı məktəblər probleminin həllinə güclü təkan verib.
Respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində yeni layihə də uğurla icra edilir. Söhbət regionlarda kontingenti az olan təhsil ocaqları üçün modul tipli məktəb binalarının quraşdırılıb istifadəyə verilməsindən gedir. Ölkəmizdə bu prosesə 2017-ci ildən start verilib.
Ölkəmizdə təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi işləri bu il də davam etdirilir. Məsələn Neftçalanın 864 şagird yerlik Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbində əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Məktəbin direktoru Cəmaləddin Süleymanov bildirib ki, üçmərtəbəli təhsil ocağının təmirinə ötən ilin iyul ayında başlanılıb. Artıq binanın fasadı rənglənib, qapı-pəncərələr yenilənib, qaz, su, elektrik xətləri çəkilib, sinif otaqları, fənn kabinələri, dəhliz və digər yardımçı otaqlar, demək olar ki, tam yenilənib. Məktəbin fasiləsiz elektrik və istilik sistemi ilə təmin olunması üçün yeni transformator qoyulub və istilik sistemi quraşdırılıb. Hazırda ərazidə abadlıq işləri aparılır, otaqlara laminat vurulur. Bu işlər başa çatdıqdan sonra binada yeni inventar, texniki və əyani vasitələrin quraşdırılmasına başlanılacaq. Məktəb binasında işlərin mart ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda məktəbdə 409 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur.
Şəkinin kəndlərində isə 3 yeni məktəb binası tikilir. Şəki Şəhər Təhsil Şöbəsindən verilən məlumata görə, Şəki rayonunun Cumakənd, Baltalı və Qumux kəndlərində tam orta məktəblər üçün dövlət vəsaiti hesabına 432, 360 və 132 şagird yerlik yeni binaların tikintisinə başlanılıb. Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən hər üç məktəb binasının növbəti dərs ilinin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.
Bildirilib ki, bu təhsil ocaqları indiyədək uyğunlaşdırılmış, uzun illər istifadə edildiyindən son vaxtlar yararsız vəziyyətə düşmüş binalarda fəaliyyət göstərib. Müasir standartlara uyğun inşa edilən yeni məktəb binalarının hər üçü ikimərtəbəlidir. Hazırda məktəb binalarının tikintisində bünövrənin qazılması və betonlanması işləri görülür.
Ümumiyyətlə, son illər rayonda 40-dək yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. O cümlədən son iki ildə rayonda 11 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin istifadəsinə verilib.
Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə isə əsaslı təmir-bərpa işləri mart ayında başa çatdırılacaq. Əsaslı təmir işləri başa çatdıqdan sonra məktəbdə 2 minə yaxın şagirdin təhsil alması üçün lazımi şərait yaradılacaq.
Bu barədə verilən məlumatda deyilir ki, 1500-ə yaxın şagirdin təhsil aldığı məktəb binasında təmir-bərpa işləri işlərinə ötən ilin iyul ayından başlanılıb. 1976-cı ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yararsız idi.
Artıq binanın çölündə suvaq işləri, dam örtüyünün dəyişdirilməsi başa çatdırılıb. Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq.
Məktəbin direktoru Daxil Qurbanov KİV-ə açıqlamasında bildirib ki, binada təmir işlərinin 2020-ci ilin mart ayına kimi başa çatdırılması nəzərdə tutulub. Təmir işləri ilə əlaqədar Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin şagirdləri yeni tədris ilində müvəqqəti olaraq yaxınlıqdakı digər təhsil ocaqlarına yerləşdiriləcək. Təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək.
Öz növbəsində, bu yaxınlarda Laçınlı məcburi köçkün məktəblilər üçün Ağcabədi və Bərdə rayonları ərazisində quraşdırılan modul tipli iki məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, təhsil şöbəsinin müdiri Nicat Həsənov çıxış edərək, müəllim, şagird və valideynləri məktəblərin istifadəyə verilməsi münasibətilə təbrik edib, məcburi köçkünlərə və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar. Bildirilib ki, modul tipli binaların tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 10 iyun 2019-cu il tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilib. Hacılar kənd tam orta məktəbi üçün quraşdırılan bina 56, Qazaxlar ümumi orta məktəbi üçün qurulan bina isə 40 şagird yerlikdir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasındadır. Modul tipli məktəblərin tikintisində, əsasən, yerli istehsal məhsullarından istifadə edilir.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olublar. Sinif otaqları, müəllimlər otağı və sanitar qovşaqdan ibarət məktəblər müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətlərində abadlıq işləri aparılıb.
Qazaxın Sarıvəlli kənd tam orta məktəbi üçün yeni bina inşa olunacaq. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri və ya tikintisi öz əksini tapıb. Proqramda təmiri nəzərdə tutulan məktəblərdən biri də Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tikinti üzrə aidiyyəti şəxslərlə birlikdə Sarıvəlli kənd tam orta məktəbində olub. Məktəbin həyətində yeni inşa olunacaq bina üçün ayrılmış əraziyə baxış keçirən icra hakimiyyətinin başçısı tikinti üzrə layihə ilə maraqlanıb.
Bildirilib ki, 220 şagird yerlik yeni binanın inşa olunması dövlətimizin təhsil sahəsinə olan qayğısının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Məktəbin tədris işləri üzrə direktor müavini Nərminə Kələşova çıxış edərək çalışdıqları məktəbin yenidən qurulması xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını bildirib. Təhsil sahəsinə olan qayğının Sarıvəlli məktəbindən də yan keçmədiyinə, müəllim və şagirdlər üçün hər cür şəraiti olan yeni məktəb binasının inşa olunmasına, ən əsası da ziyalılara verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını ifadə edib, Sarıvəlli kənd tam orta məktəbin yenidən qurulmasını təhsil sahəsinə olan qayğının növbəti nümunəsi kimi dəyərləndirib.
(davamı növbəti sayımızda)
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

