Regionlarda pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi öz bəhrəsini verir
15.02.2020 [10:40]
Bu sahənin inkişafı məşğulluğun təmin edilməsi, ixrac potensialının və fermerlərin gəlirlərinin artması baxımından da əhəmiyyət kəsb edir
Azərbaycanda həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət bütün sahələrin inkişafını şərtləndirib. Təbii ki, bu uğurlardan kənd təsərrüfatı sahəsinə də pay düşüb. Təsadüfi deyil ki, son illərdə müvafiq Dövlət proqramlarının icrası, həmçinin reallaşdırılan çoxsaylı layihələr Azərbaycanda aqrar sahənin inkişafını sürətləndirib, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, iqtisadiyyatın neftdən asılılığını azaltmaq məqsədi ilə ölkəmizdə ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafında mühüm nəticələrin əldə olunmasına təkan verib.
Yeri gəlmişkən, Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində də aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı məsələlərə və ölkəmizin regionlarında aqrar sahədə məhsuldarlığın artırılması üçün görülən tədbirlərə toxunub: “Biz indi aqroparkların timsalında görürük ki, burada məhsuldarlıq daha yüksəkdir. Çünki yeni texnologiyalar tətbiq olunur, texnika gətirilir, dövlət tərəfindən dəstək göstərilir”.
Dövlət başçısı sözügedən çıxışında regionlarda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyindən də bəhs edib: “Fermerlərə subsidiyalar verilir, onlar torpaq vergisi istisna olmaqla, - o da cüzi rəqəmdir, - vergilərdən azaddırlar. Dövlət tərəfindən sənaye zonalarının, sənaye parklarının, infrastrukturun yaradılması. Təşviq mexanizmi təşkil edilib və digər stimulverici amillər tətbiq olunubdur. Yəni, sahibkarlara çox böyük imkanlar yaradılıb”.
Ölkəmizin iqtisadiyyatının gələcək inkişafında qeyri-neft sektoruna diqqət göstəriləcəyini xüsusi vurğulayan Azərbaycan Prezidenti emal sənayesinə daha çox üstünlük verilməsinin və güzəştli kreditlərin bu sahəyə istiqamətləndirilməsinin vacibliyini qeyd edib: “Keçən il bu sektor 14 faizdən çox artıb, bu il də artmalıdır. Burada mən bir neçə məsələyə toxunmaq istərdim. Hesab edirəm ki, emal sənayesinə daha çox üstünlük verilməlidir. Dövlət orqanları da bu sahəyə diqqət yetirməlidirlər. Güzəştli kreditlər də bu sahəyə istiqamətləndirilməlidir”.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında qeyri-neft sektorunun inkişafında əsas rol oynayan sahələrdən biri olan pambıqçılığın birbaşa emal sənayesini şərtləndirdiyini vurğulayıb. Sahibkarların bu sahəyə xüsusi əhəmiyyət verməsinin vacibliyindən danışan dövlət başçısı yüngül sənayenin inkişafına təkan hesab edilən, hər il məhsuldarlığın artdığı aqrar sahələrdən biri olan və yüksək gəlir gətirən bu sahənin inkişafına da toxunub: “Pambıqçılıq birbaşa emal sənayesini şərtləndirir. Bizdə pambıqçılıqda 46 faiz artım var. İxrac keçən il 158 milyon dollar olubdur. Ancaq biz pambığın 50 faizini ölkəmizdə emal edə bilirik. Ona görə nə lazımdır, yeni iplik fabrikləri, ondan sonra tekstil fabrikləri, daha sonra hazır məhsul fabrikləri”.
Azərbaycan Prezidenti bildirib ki, bu zəncir bir-birinə bağlıdır, ona görə sahibkarlar bu sahəyə diqqət yetirsinlər və dövlət orqanları sahibkarları bu istiqamətlərə yönəltsinlər: “Beləliklə, yüngül sənayenin inkişafı təmin ediləcək, iş yerləri yaradılacaq, hazır məhsul istehsal edəcəyik, hazır məhsulu idxal etməyəcəyik. Aydın məsələdir, bunlar bir-biri ilə bağlıdır. Pul burada, ölkəmizdə qalacaq”.
Beləliklə, istər yuxarıda sadalananlar, istərəsə də əldə edilən nəticələr ölkəmizdə aqrar sahənin ən mühüm istiqamətlərindən biri olan pambıqçılığın inkişafı yönündə görülən tədbirlərin effektivliyindən xəbər verir. Bu yaxınlarda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda Saatlı rayonunda keçirilən müşavirə isə sözügedən istiqamətdə atılan növbəti addımdır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Saatlı Mədəniyyət Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər heyəti, rayon İcra Hakimiyyətinin məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf mərkəzlərinin rəhbərləri, Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının üzvləri, pambıqçılıqla məşğul olan 250-dən çox fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər.
Müşavirədə çıxış edən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov deyib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. İcra Hakimiyyətinin başçısı Saatlının kənd təsərrüfatı istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu qeyd edib, aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
Müşavirədə çıxışında Kənd Təsərrüfatı naziri İnam Kərimov isə qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “Prezident İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,5 faiz artıb”.
Aqrar sahənin ən mühüm istiqamətlərindən birinin pambıqçılıq sahəsi olduğunu deyən İnam Kərimov əlavə edib ki, bu sahə məşğulluğun təmin edilməsi, ixrac potensialının və fermerlərin gəlirlərinin artırılmasında vacib rol oynayır. Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi Dövlət Proqramının, qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə pambıqçılığın sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib: “Ötən ili pambıqçılıq sahəsində sürətli inkişaf ili hesab etmək olar. Ötən il pambıq əkilən sahələr 32,5 min hektar azalsa da, məhsuldarlıq 2018-ci ilə nisbətən 61 min ton daha çox olub. Ötən il pambıqçılıqda hər hektardan orta məhsuldarlıq 29,5 sentner təşkil edib ki, bu da 2018-ci illə müqayisədə hektardan 11,9 sentner artım deməkdir. Ölkə rəhbərliyi tərəfindən bizim qarşımızda qabaqcıl təcrübə və mütərəqqi texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılmasına nail olmaqla bağlı mühüm vəzifələr qoyulub”.
Nazir çıxışında Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, bu sahədə istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib.
Nazir İnam Kərimov 2019-cu il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilən müşavirədə dövlət başçısı tərəfindən qarşıya mühüm vəzifələrin qoyulduğunu vurğulayıb. Kənd Təsərrüfatı naziri pambıqçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev “Pambıqçılığın inkişafı ilə bağlı 2020-ci təsərrüfat ilində qarşıda duran vəzifələr”, Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin müavini Zakir Quliyev “2020-ci təsərrüfat ilində suvarmaya hazırlıq işinin vəziyyəti” mövzusunda, “MKT İK” MMC-nin direktoru Rövşən Həsənov, “Azərpambıq ASK” MMC-nin direktoru Bəhruz Camalov, “P-Agro” MMC-nin direktoru Azər Əlizadə, Saatlı rayonundan pambıqçı fermer Nizami Məmmədov, Azərbaycan Pambıq İstehsalçıları Assosiasiyasının sədri İbrahim Məmmədov məruzə ilə çıxış ediblər.
Müşavirədə pambıqçılığın perspektivləri ilə bağlı müzakirələr aparılıb, qabaqcıl fermerlərin və dövlətlərin təcrübələrinin, eləcə də intensiv texnologiyaların tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Fermerlərlə aktiv dialoq formatında keçirilən görüş üç saata yaxın davam edib. Müşavirə iştirakçıları “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası barədə fikirlərini bölüşüblər.
(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

