Ötən il regionlarımız sosial-iqtisadi inkişafını uğurla davam etdirib
26.02.2020 [09:08]
Bu inkişaf respublikamızın Şəki, Zaqatala, Balakən və Qax rayonlarının göstəricilərində də özünü əyani şəkildə ifadə edib
Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurlu icrası regionlarda mühüm abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə, kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və digər mühüm uğurlara təkan verib. Ümumilikdə görülən işlər vətəndaşlarımızın sosial rifahının yüksəlməsində əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən, Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev də bildirib ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, biz bütün bu məqsədlərə çatırıq.
Elə keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər də bunu bir daha təsdiqləyir. Belə ki, bəhs edilən dövrdə iqtisadiyyatımız 2,2 faiz artıb. Ümumi daxili məhsul 2,2 faiz, sənaye istehsalı 1,5 faiz artıb. Eyni zamanda, qeyri-neft sektoru 14 faizdən çox artıb. Qeyd edildiyi kimi, vətəndaşların sosial-rifahının yüksəldilməsi, infrastrukturun yenilənməsi yönündə atılan addımlar bu gün bölgələrimizin iqtisadi vəziyyətini yüksəltməklə yanaşı, simasını da dəyişir. Prezident İlham Əliyev sözügedən konfransdakı çıxışında bildirib ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır. Təbii ki, bütün bu işlər və eyni zamanda, aparılan islahatlar kənd təsərrüfatının inkişafına da güclü təkan verdi: “Kənd təsərrüfatı istehsalı son illərlə müqayisədə rekord həddə çatdı. Yəni, artım tempi 7 faizdən çox olmuşdur, xüsusilə bitkiçilikdə artım 10 faizdən çoxdur. Bizim kənd təsərrüfatı məhsullarının ixracı artır. Daxili tələbat yerli məhsullar hesabına təmin edilir. Çünki bütün bu işlər bir-biri ilə sıx bağlı olan məsələlərdir”.
Qeyd edildiyi kimi, qəbul olunan Dövlət proqramlarının uğurlu icrası bölgələrdə yüksək iqtisadi artıma yol açıb və bu inkişaf 2019-cu ildə də davam edib. Bu inkişaf respublikamızın şimal zonasında yerləşən Şəki, Zaqatala, Balakən və Qax rayonunda da özünü əyani şəkildə göstərir.
2019-cu ildə Şəki rayonunda 477 milyon 823 min manatlıq məhsul istehsal edilib
Belə ki, 2019-cu ildə Şəki rayonunda 477 milyon 823 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 3 faiz artıb. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 207,6 milyon manat investisiya yönəldilib. İnvestisiya qoyuluşu əvvəlki illə müqayisədə 86 faiz artıb. Əsas kapitala yönəldilən investisiyanın 186,6 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu, əvvəlki illə müqayisədə 81 faiz çoxdur. Müddət ərzində rayonda 3704 yeni, daimi iş yeri açılıb. Bu barədə fevralın 21-də Şəkidə 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində bildirilib ki, 2019-cu il Şəkinin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında əlamətdar hadisələrlə zəngin olub. Ötən ilin iyulunda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrs Siyahısına daxil edilməsi ölkəmizin, eləcə də Şəkinin mədəni həyatında çox böyük hadisədir.
Hesabat məruzəsində 2019-cu ildə rayonda sosial-iqtisadi və mədəni sahədə görülən işlər ətraflı təhlil olunub. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafında yeni mərhələ başlanıb. Respublikamızın ən iri aqrar rayonlarından olan Şəkidə hesabat dövründə məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatında mühüm yer tutan taxılçılığın, həmçinin ənənəvi sahələrdən olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Torpaq mülkiyyətçiləri 67 min 939 hektar taxıl sahəsindən 235 min 198 ton məhsul tədarük ediblər. Taxıl sahələrində orta məhsuldarlıq 34,6 sentner təşkil edib. Bu, rayonun tarixində ən yüksək göstəricidir.
Ötənilki mövsümdə rayonda 47,9 ton yaş barama istehsal olunub. Bu sahənin dirçəldilməsi ilə bağlı görülən tədbirlər nəticəsində son dörd ildə Şəkidə yaş barama istehsalı 5 dəfəyə yaxın artıb. Ötən il tütün əkini sahələri 184 hektar genişləndirilərək 1061 hektara çatdırılıb. Şəkili fermerlər mövsüm ərzində 3642 ton quru tütün istehsal ediblər. Hesabat dövründə rayonda 1068 hektar sahədə yeni fındıq bağları salınıb.
Məruzədə 2019-cu ildə rayonda həyata keçirilən tikinti-təmir işləri barədə də geniş məlumat verilib. Bildirilib ki, hesabat dövründə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Şəki şəhərindəki 11 nömrəli tam orta məktəb üçün 960 şagird yerlik yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilib. Şəhərdə istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə inşa edilən 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə rayonun kəndlərində daha 13 ədəd subartezian quyusu qazılıb. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilib.
Hesabat məruzəsində, həmçinin 2019-cu ildə Şəkinin mədəni həyatında baş verən yeniliklərdən, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlərdən bəhs olunub.
Ötən il Zaqatala rayonunun iqtisadiyyatına 12 milyon 535 min manat həcmində özəl investisiya qoyulub
Zaqatala rayonunda isə 2019-cu ildə sənaye sahəsi üzrə məhsul buraxılışı əvvəlki illə müqayisədə 24,1 faiz artaraq 121 milyon 472 min manat təşkil edib. Rayonda istehsal olunan fındıq, tütün, qızılgül və digər kənd təsərrüfatı məhsullarının ixrac edilməsi nəticəsində ölkəyə 67,3 milyon ABŞ dolları və ya 114,5 milyon manat vəsait daxil olub. Bu, əvvəlki illə müqayisədə 26,8 faiz çoxdur. İxrac olunan məhsullardan daxil olan vəsaitin 87,9 faizi və ya 100,6 milyon manatı fındıq və fındıq məhsullarının satışının payına düşür. Bu barədə Zaqatalada 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində diqqətə çatdırılıb ki, 2019-cu ildə rayonda 351 milyon 312 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ötən il əsas kapitala yönəldilən investisiyaların ümumi həcmi 25 milyon 575 min manat olub. Hesabat dövründə rayon iqtisadiyyatına 12 milyon 535 min manat həcmində özəl investisiya qoyulub. Bu müddət ərzində rayonda 998-i daimi olmaqla, 1622 yeni iş yeri açılıb.
Bildirilib ki, aqrar sektorda həyata keçirilən davamlı tədbirlər nəticəsində 2019-cu ildə Zaqatala rayonunda kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 6 milyon 238 min manat və ya 4,9 faiz artaraq 133 milyon 989 min manat olub.
Hesabat ilində rayonun kənd təsərrüfatı üçün ənənəvi olan tütünçülük, baramaçılıq, fındıqçılıq və gülçülüyün inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Ötənilki mövsümdə zaqatalalı fermerlər 615,2 hektar sahədə tütün yetişdirib, 607 ton quru tütün istehsal ediblər. Yaş barama istehsalı əvvəlki illə müqayisədə 10,4 faiz artaraq 53 tona çatıb. Keçən il rayonun fındıq bağlarından 15 min 344 ton məhsul tədarük edilib. Hesabat ilində rayonda 676,4 hektar sahədə yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son 4 ildə rayonda fındıq bağlarının sahəsi iki dəfədən çox artırılaraq 20 min 181,4 hektara çatdırılıb.
Bildirilib ki, ötənilki mövsümdə rayonun fermerləri 10 min 990 hektar payızlıq taxıl sahəsindən 33 min 169 ton məhsul götürüblər. Çay plantasiyalarından 55,5 ton yaşıl çay yarpağı tədarük olunub. “AzRose” MMC-nin gül plantasiyalarından 280 ton 71 kiloqram qızılgül ləçəyi və 64 ton 800 kiloqram “Lavanda” gülü yığılıb. Tədarük olunan gül ləçəklərindən 71,5 kiloqram qızılgül və 1 ton 46 kiloqram “Lavanda” yağı istehsal olunub. Məhsulun bir hissəsi ABŞ, Bolqarıstan və Litvaya ixrac edilib. Bundan əlavə, müəssisədə istehsal olunan 1,5 ton gül suyu, 1 ton nanə suyu və 740 kiloqram qurudulmuş lavanda çiçəyi daxili tələbatın ödənilməsi məqsədilə qida və tibb sənayesi müəssisələri tərəfindən istehlak olunub.
Diqqətə çatdırılıb ki, 2019-cu ildə rayonda bütün maliyyə mənbələri hesabına 17,2 milyon manat həcmində tikinti-quruculuq və abadlıq işləri görülüb. Rayonun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına 37 kilometr uzunluğunda Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad, 42 kilometr uzunluğunda Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğanlı və 13,5 kilometr uzunluğunda Muxax-Zəyəm-Yuxarı Çardaxlar-Qarqay avtomobil yollarının yenidən qurulması işləri başa çatdırılaraq istifadəyə verilib.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51

