2019-cu il Gəncə-Qazax iqtisadi rayonu üçün də uğurlarla yadda qalıb
03.03.2020 [09:30]
Bəhs edilən dövrdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan vəzifələr yerinə yetirilib
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurlu icra olunması regionlarda mühüm abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə, kənd təsərrüfatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və digər mühüm uğurlara təkan verib. Ümumilikdə görülən işlər vətəndaşlarımızın sosial rifahının yüksəlməsində əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən, Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev də bildirib ki, bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, biz bütün bu məqsədlərə çatırıq.
Elə keçən il ölkəmizdə əldə edilmiş sosial-iqtisadi nailiyyətlər də bunu bir daha təsdiqləyir. Belə ki, 2019-cu ildə iqtisadiyyatımız 2,2 faiz, ümumi daxili məhsul 2,2 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektoru isə 14 faizdən çox artıb. Qeyd edildiyi kimi, vətəndaşların sosial-rifahının yüksəldilməsi, infrastrukturun yenilənməsi yönündə atılan addımlar bu gün bölgələrimizin iqtisadi vəziyyətini yüksəltməklə yanaşı, simasını da dəyişir. Prezident İlham Əliyev sözügedən konfransdakı çıxışında bildirib ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır. Təbii ki, bütün bu işlər və eyni zamanda, aparılan islahatlar kənd təsərrüfatının inkişafına da güclü təkan verdi: “Kənd təsərrüfatı istehsalı son illərlə müqayisədə rekord həddə çatdı. Yəni, artım tempi 7 faizdən çox olmuşdur, xüsusilə bitkiçilikdə artım 10 faizdən çoxdur. Bizim kənd təsərrüfatı məhsullarının ixracı artır. Daxili tələbat yerli məhsullar hesabına təmin edilir. Çünki bütün bu işlər bir-biri ilə sıx bağlı olan məsələlərdir”.
Beləliklə, yuxarıda da vurğulandığı kimi, qəbul olunan müvafiq Dövlət proqramlarının uğurlu icrası bölgələrdə yüksək iqtisadi artıma yol açıb və bu inkişaf 2019-cu ildə də davam edib. Eyni zamanda bu inkişaf ölkəmizin hər yerində olduğu kimi, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonları da əhatə edir.
Məsələn, 2019-cu il sözügedən iqtisadi rayona daxil olan Gəncə şəhəri üçün uğurlu olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun ötən ilin yekunlarına həsr olunmuş yığıncaqda qeyd etdiyi kimi ölkə başçısının məqsədyönlü və ardıcıl siyasəti, habelə Gəncəyə olan diqqət və qayğısı nəticəsində şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində inkişaf müşahidə olunur. 2019-cu ildə də bir sıra yüksək statistik göstəricilər əldə olunub. Bu inkişaf dinamikasının 2020-ci ildə də qorunub saxlanılması əsas hədəflərdəndir.
İclasda vurğulandığı kimi, 2019-cu ildə şəhərdə ümumi daxili məhsul buraxılışının 62,9 faizi iqtisadiyyatın istehsal, 37,1 faizi isə xidmət sahəsinin payına düşüb. Şəhərdə sahibkarlıq üçün yaradılan münbit şərait nəticəsində özəl müəssisələr tərəfindən istehsal olunan məhsulun həcmi ümumi sənaye məhsulunun 79,6 faizini təşkil edib. Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və İdman Sarayının tikintisi sürətlə davam etdirilir.
Qeyd edilib ki, Gəncədə 2019-cu il ərzində müasir texnologiyalara əsaslanan bir sıra müəssisələrdə yeni istehsal sahələri yaradılıb. Bazarın tələbini nəzərə almaqla yeni növ məhsul istehsalına başlanılıb. Həmçinin hesabat dövründə şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Hesabat dövründə 415 km içməli su şəbəkəsi və magistral xətt inşa edilib, 271 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 13 min 240 ədəd su sayğacı quraşdırılıb. “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Gəncə şəhərində 855 km uzunluğunda içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur.
Naftalana gəlincə, şəhərin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat iclasında İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov bildirib ki, ötən il Naftalan şəhərində ümumi məhsul buraxılışı 2018-ci illə müqayisədə 22,5 faiz artaraq 34 milyon 983 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 21,9 faiz artaraq 2 milyon 470,4 min manat təşkil edib. Bəhs edilən dövrdə əhaliyə göstərilən nəqliyyat və anbar təsərrüfatı xidməti 3,2 faiz artaraq 325,4 min manat, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan ödənişli xidmətlərin həcmi 28 milyon 758,3 min manat, pərakəndə əmtəə dövriyyəsinin həcmi 3,8 faiz artaraq 25 milyon 419,4 min manat, hüquqi və fiziki şəxslərə göstərilən informasiya və rabitə xidməti 8,2 faiz artaraq 246,6 min manat olub. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 1 milyon 514,8 min manat, tikinti işlərinin həcmi 53,8 faiz artaraq 21 milyon 858,7 min manat təşkil edib. İqtisadi artım əhalinin əməkhaqqı gəlirlərində özünü aydın şəkildə göstərib, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı hesabat ilində 2018-ci illə müqayisədə 22 faiz artaraq 432,9 manata yüksəlib.
Şəhərin yerli büdcəsinin mədaxil hissəsi 2 milyon 957 min manat planlaşdırıldığı halda, yerli mənbələrdən daxil olan gəlirlər hesabına 3 milyon 87,941 min manat olub. Yəni nəzərdə tutulduğundan 4,4 faiz və ya 130,941 min manat artıq vəsait daxil olub. Xərcləri isə 2 milyon 656,876 min manat təşkil edib. Bu dövrdə əsas sosial ödəmələrin maliyyələşdirilməsi təmin edilib, əməkhaqları, pensiya üzrə bütün öhdəliklər yerinə yetirilib.
Vurğulanıb ki, 4 ildir Naftalan şəhəri xərclərini öz yerli gəlirləri hesabına təmin edir. Naftalan buna ölkə başçısının turizm sektorunun inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyələrə əməl etməklə, eləcə də şəhərdə istifadəyə verilən müasir səviyyəli turizm mərkəzlərindən daxil olan gəlirlər hesabına nail olub.
Keçən il Şəmkir rayonu üçün də uğurlu olub. Belə ki, 2019-cu ildə rayonda 781 milyon 664 min manatlıq (əvvəlki ildəkindən 27,8 faiz çox) ümumi məhsul buraxılıb, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 3564 manat təşkil edib. Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, ümumi məhsul buraxılışına görə Şəmkir respublika üzrə rayon və şəhərlər arasında ilk beşlikdə yer alıb. Bundan başqa, büdcə ilinin sonuna daxil olan əlavə vəsaitin 50 faizi yerli icra hakimiyyətlərinin sərəncamına verilən rayonlar arasında da Şəmkir ilk beşliyə düşüb.
“Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar Şəmkir rayonunda 2019-cu il ərzində dövlət büdcəsinə əlavə daxil edilmiş vəsaitin 1 milyon 357 min 100 manatı Şəmkir Rayon İcra Hakimiyyətinin büdcədənkənar gəlirlərinə aid edilməsi nəzərdə tutulub. Bu vəsaitlə rayonda yaşayan şəhid ailələrinə məişət avadanlığının alınması, Şəmkir şəhərində və Kür qəsəbəsində yolların əsaslı təmir olunması planlaşdırılır.
Bildirilib ki, ötən il müvafiq olaraq 58 milyon 157 min manatlıq sənaye (əvvəlki ildəkindən 29,8 faiz çox), 385 milyon 477 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub (əvvəlki ildəkindən 13,6 faiz çox), tikinti işlərinin həcmi 169 milyon 689 min manat (əvvəlki ildəkindən 2,5 dəfə çox), nəqliyyat və rabitə xidmətlərinin həcmi 13 milyon 604 min manat (əvvəlki ildəkindən 30,9 faiz çox), ticarət xidmətlərinin həcmi 154 milyon 734 min manat (əvvəlki ildəkindən 4 faiz çox) təşkil edib.
Rayonun 2019-cu il üçün yerli gəlir və xərcləri 19 milyon 875 min manat məbləğində, o cümlədən yerli gəlirlərin cəmi 13 milyon 571 min manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 6 milyon 304 min manat, “Azəravtomobil Yolları” Məqsədli büdcə Fondundan 60 min manat həcmində proqnozlaşdırılıb. Cari gəlirlərin yekunu olaraq proqnoz tapşırığı 13 milyon 571 min manata qarşı, 19 milyon 6,9 min manat, yəni 140,5 faiz və ya 5 milyon 493,9 min manat çox icra edilib.
Qeyd edək ki, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Qazaxda da 2019-cu il uğurla başa çatıb. Rayonda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirildiyi kimi, hesabat ilində bütün sahələr üzrə uğurlu nəticələr əldə olunub. Dövlət Proqramında qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetirilib. Tikinti-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatı sahəsində mühüm işlər görülüb.
Qeyd edilib ki, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni iş yerlərinin yaradılması ilə bağlı çox ciddi tədbirlər görülüb. İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov son 4 ilə yaxın bir müddətdə Qazaxda aparılan abadlıq və quruculuq işlərini müqayisə edərək bildirib ki, rayonumuz 2019-cu ildə bir çox uğurlara imza atıb. Bunu rayonda inşa olunan sosial obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin sahələrinin artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlərdən də görmək olar.
2019-cu il Tovuz rayonu üçün də uğurlu bir il olub. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən il rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 11,6 faiz artaraq 482 milyon 246 min manat təşkil edib.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

