/ / Regionlarda heyvandarlıq məhsullarının istehsalını daha da artırmaq məqsədilə davamlı tədbirlər görülür
Regionlarda heyvandarlıq məhsullarının istehsalını daha da artırmaq məqsədilə davamlı tədbirlər görülür
23.04.2020 [11:06]
Heyvandarlıq, o cümlədən arıçılıq təsərrüfatı sahiblərinə dövlət tərəfindən subsidiyaların verilməsi və digər dəstək tədbirlərinin göstərilməsi bu sahənin inkişafına təkan verir
(əvvəli ötən sayımızda)
İribuynuzlu heyvanların sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 3,9 faiz və ya 1123 baş artıb. 2020-ci ilin ilk 3 ayı ərzində rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 798,2 ton ət, 5779,1 ton süd, 3310 min ədəd yumurta istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 0,3 faiz, süd istehsalı 1 faiz, yumurta istehsalı 0,3 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2020-ci ilin ötən üç ayında 367 baş inək və düyə süni yolla mayalandırılıb, 256 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.
Cəbhə bölgəsində yerləşən digər rayonlardan olan Ağdamda da kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlığı inkişafında da mühüm nailiyyətlər əldə edilib. Belə ki, əvvəlki illərdə olduğu kimi, 2020-ci ilin birinci rübündə də heyvandarlıq sahəsində uğurlu nəticələrə nail olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsullarının istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. Rayon statistika idarəsindən bildiriblər ki, 2020-ci il aprelin 1-i vəziyyətinə rayonda 43 min 632 baş qaramal, 102 min 412 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 4,9 faiz artıb.
2020-ci ilin birinci rübündə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 1087,7 ton ət, 9455 ton süd, 3609 min ədəd yumurta istehsal edilib. 2019-cu ilin eyni dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 2,4 faiz, süd istehsalı 4,6 faiz, yumurta istehsalı 7,4 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2020-ci ilin üç ayında 1040 baş inək və düyə süni yolla mayalandırılıb, 595 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.
Ümumiyyətlə, aprelin 1-i vəziyyətinə ölkə üzrə 8 milyon 386 min baş qoyun və keçi, 2 milyon 658,3 min baş iribuynuzlu mal-qara və 5583 baş donuz mövcud olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, iribuynuzlu mal-qaranın 48,3 faizini inək və camışlar təşkil edir.
Regionlarda arıçılığın inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır
Onu da bildirək ki, Azərbaycanda heyvandarlığın xüsusi sahəsi olan arıçılığın inkişaf etdirilməsi də dövlətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı nitqində kənd təsərrüfatında islahatların dərinləşdirilməsindən danışan Prezident İlham Əliyev məhsuldarlığın artırılması istiqamətində görülən işlərin yaxın gələcəkdə bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən arıçılıq məhsullarının ixracına təkan verəcəyini də deyib: “Arıçılığın da həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var. Bizim balımız çox keyfiyyətlidir, xarici bazarlarda yüksək qiymətləndirilir. Biz indi həm ailə biznesi çərçivəsində arıçılığa dəstək oluruq, həm də ki, subsidiyalar verilir, bu yaxınlarda artırılıbdır. Arıçılığın böyük perspektivləri var, bu, çox gəlirli sahədir. Fermerlər, vətəndaşlar üçün çox gözəl nəticələr verə bilər”.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, ölkə başçısının “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” 2018-ci il 5 mart tarixli Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla, 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib.
Arıçılıq gəlirli sahə olduğundan təsərrüfatın bu sahəsi ilə məşğul olan fermerlərin də sayı get-gedə çoxalır. Ayrı-ayrı rayonlara gəlincə, bildirək ki, İmişlidə arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat əlavə subsidiya rayonda arı ailəsinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Hazırda rayonda mövcud olan 129 arıçılıq təsərrüfatlarında 1180 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birindən 10 kiloqram olmaqla, ümumilikdə 11 ton 800 kiloqram məhsul götürülüb. Saxlanılan arı ailəsinə görə arıçılara 11 min 800 manat subsidiya ödənilib. Məhsul istehsalında rayonun Şaverdili, Sərxanlı, Cəpərli və Göbəktala kəndlərində fəaliyyət göstərilən təsərrüfat sahibləri xüsusi ilə fərqləniblər.
Ötən il Astara rayonunda 350 tona yaxın bal məhsulu istehsal olunub. Bu barədə Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov məlumat verib. Bildirib ki, Astara rayonunun əksər dağlıq ərazilərində, xüsusən də rayonun Siyəkü inzibati ərazisində arıçılıq əhalinin əsas məşğuliyyəti hesab edilir. Rayonda arı ailələrinin sayı ilbəil artır. Bunun əsas səbəblərindən biri də dövlət tərəfindən hər arı ailəsinə görə 10 manat subsidiyanın verilməsidir. Verilən subsidiyalar arıçıların işini daha da yaxşılaşdırmaqla, təsərrüfatlarını genişləndirməyə imkan yaradır.
Ötən il Astara Dövlət Aqrar İnkişaf Mərkəzinə 505 arıçı ərizə ilə müraciət edib. 17387 arı ailəsinə görə arıçılara 173 min 870 manat subsidiya verilib.
Zərdab rayonunda da arı ailələrinin sayı ötən il 5,4 dəfə artıb. Rayon icra hakimiyyətindən bildirilib ki, hazırda Zərdabda 201 təsərrüfatda 3561 arı ailəsi saxlanılır. İnişilki ilə nisbətən arıçılıq təsərrüfatlarının sayı da artıb. Arıçılıqla rayonun demək olar ki, bütün ərazi dairələrində, xüsusilə Yuxarı Seyidlər, Körpükənd, Məlikli, Qoruqbağı, Şıxbağı ərazi dairələrində məşğul olunur. Qeyd edək ki, ötən il arıçılıqla məşğul olan 201 təsərrüfat sahibinin 156-na dövlət büdcəsinin vəsaiti hesabına 30 min 360 manat subsidiya verilib.
Hacıqabulda arıçılığın inkişafına xüsusi diqqət yetirildiyindən rayonda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat subsidiya rayonda arı ailələrinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Hazırda rayonun ayrı-ayrı arıçılıq təsərrüfatlarında 1133 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birində 5-6 kiloqram olmaqla, 6 ton 798 kiloqram məhsul istehsal edilib. Məhsulun yarıdan çoxu rayonun Meyniman və Ələtli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə fəaliyyət göstərən təsərrüfatlarda istehsal olunub.
Saatlıda təsərrüfatın digər sahələri ilə yanaşı, arıçılığın inkişafına da xüsusi diqqət yetirilir. Arıçılıq gəlirli sahə olduğundan və dövlətin hər arı ailəsinə subsidiya verməsi rayonda bu sahə ilə məşğul olan təsərrüfat sahiblərinin artması ilə nəticələnib.
Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 89 arıçılıq təsərrüfatında 1172 arı ailəsi saxlanılır. Ötən il bu arı ailəsinin hər birindən 12-15 kiloqram bal məhsulu götürməklə 16 ton 500 kiloqram məhsul olunub. Saxlanılan hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya ödənilib. Arıçılar arasında ən yüksək nəticə isə Saatlı şəhər sakini Ehtiram Məmmədova məxsusdur. O, bəslədiyi 145 arı ailəsinin hər birindən 15 kiloqram bal götürməklə 2 ton 175 kiloqram məhsul əldə edib.
Biləsuvarda arı ailələrinin sayı ilbəil artır, məhsul istehsalı çoxalır. Arıçılıq gəlirli sahə olduğundan bu işlə məşğul olanların sayı da artmaqdadır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, dövlətin arıçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək və hər arı ailəsinə görə verilən 10 manat subsidiya rayonda arı ailələrinin artırılmasına və məhsul istehsalının çoxalmasına müsbət təsir göstərir. Hazırda mövcud olan 98 arıçılıq təsərrüfatında 2339 arı ailəsi saxlanılır. Ötən il bu arı ailələrinin hər birindən 10 kiloqram olmaqla, ümumilikdə, 23 ton 390 kiloqram məhsul götürülüb. Saxlanılan arı ailələrinə görə arıçılara 23 min 390 manat subsidiya ödənilib. İstehsal olunan məhsulun demək olar ki, üçdəiki hissəsi rayonun Bağbanlar, Amankənd kəndlərində fəaliyyət göstərilən fermerlərin payına düşüb.
Yardımlı rayonunun iqtisadiyyatında əkinçilik və heyvandarlıqla yanaşı, arıçılıq da prioritet sahələrdən hesab olunur. Bu il yanvarın 1-nə rayonda 6267 arı ailəsi qeydə alınıb. Bunun 265-i kənd təsərrüfatı təyinatlı müəssisələrin, 6002 arı ailəsi isə ailə kəndli təsərrüfatlarının mülkiyyətindədir. Bu barədə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib. O bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda, ümumilikdə, 322 arı ailəsi artıb. Bu artım əsasən rayonun ailə kəndli təsərrüfatlarında qeydə alınıb. Əldə olunmuş məlumatlara əsasən, bir arı ailəsinin orta satış qiyməti rayon üzrə 150 manat, hər arı ailəsindən orta məhsuldarlıq isə 10 kiloqramdır.
”Arıçılıq haqqında” Qanun qəbul edildiyi dövrdən indiyədək nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi nəticəsində arı ailələrinin sayı son beş ildə 23,3 faiz artıb. Ölkəmizdə məhsul istehsalçılarına subsidiyaların verilməsi, keyfiyyətli bal, eləcə də arıçılıq məhsullarının satış yarmarkalarının təşkil edilməsi bu sahənin inkişafına güclü stimul verir.
Ötən il hər arı ailəsinə görə 10 manat olmaqla 352 ailə kəndli təsərrüfatına 53 min 270 manat subsidiya verilib. Bu ilin əvvəlindən rayonda arıçılıqla məşğul olan mülkiyyətçilərin informasiyalarının Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənməsi start verilib.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24

