/ / Azərbaycanın regionlarında aqrar sektorda müasir təsərrüfatçılıq metodlarının tətbiqinə geniş yer verilir
Azərbaycanın regionlarında aqrar sektorda müasir təsərrüfatçılıq metodlarının tətbiqinə geniş yer verilir
30.04.2020 [11:01]
Mütəxəssislər bildirirlər ki, təsərrüfatlarda yeniliklərdən, innovativ həllərdən, qabaqcıl təcrübədən yararlanmaqla bitkiçilikdə və heyvandarlıqda daha çox məhsul istehsalına nail olmaq mümkündür
Azərbaycanda son vaxtlarda aqrar sektorda innovativ həllərin tətbiqinə geniş meydan verilir, həm bitkiçilik, həm də heyvandarlıq sahələrində müasir təsərrüfatların yaradılması hərtərəfli şəkildə dəstəklənir ki, bu da təsadüfi deyil. Məlumdur ki, ölkəmiz daxili ərzaq tələbatını sırf yerli istehsal hesabına qarşılamağı və xarici bazarlara daha çox həcmlərdə kənd təsərrüfatı məhsulları çıxartmaqla özünün qeyri-neft sektorundan gəlirlərini artırmağı hədəfləyib. Dünyanın bir sıra qabaqcıl ölkələrinin təcrübəsi təsdiqləyir ki, bu kimi məqsədlərə nail olmaq üçün aqrar sektorda mütləq intensiv təsərrüfatçılıq metodlarından geniş istifadə etməklə məhsuldarlığı artırmaq lazımdır. Azərbaycan da məhz bu yolu seçib. Son illərdə respublikamızın ayrı-ayrı bölgələrində müasir təsərrüfatların sayı əhəmiyyətli dərəcədə artıb. Həmin təsərrüfatların nəticələri yüksəkdir. Mütəxəssislər bildirirlər ki, innovativ həllərin, qabaqcıl təcrübənin, müasir metodların tətbiqi ilə bitkiçilikdə və heyvandarlıqda daha çox məhsul istehsalşna nail olmaq mümkündür.
Karantin rejimi dövründə bölgələrdə nəzərdə tutulmuş əkinlər texnoloji xəritəyə uyğun davam etdirilir
“Hazırda respublikanın bölgələrində aqrar sektorun idarəçiliyi pandemiya səbəbindən tətbiq olunan karantin rejiminin tələblərinə uyğunlaşdırılıb. Belə ki, məsafədən idarəolunmaya üstünlük verilir. Bütövlükdə, bu günə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) tabeliyində fəaliyyət göstərən regional mərkəzlərdə ötən ildən nəzərdə tutulmuş əkin planlarının həyata keçirilməsində hər hansı bir gecikmə, təxirəsalma müşahidə olunmayıb”.
Bunu KİV-ə açıqlamasında Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli bildirib. O qeyd edib ki, cəbhə bölgəsi olan Tərtərdə yerləşən RAEİM–in ərazisində 33 hektarda yazlıq elit pambıq əkini aparılacaq. Bunun 4,5 hektarı yunan texnologiyasına əsaslanacaq. Bundan başqa, bölgənin təsərrüfatçılıq ənənələri nəzərə alınaraq fermerlər arasında nümayiş etdirmək məqsədilə soya, qarabaşaq, mərcimək əkini həyata keçiriləcək. Ötən ildən salınmış, bölgədə baramaçılığın inkişafına dəstək xarakteri daşıyan 1 hektarda əkilmiş 10 min tut tingi əkilən bağda mövsümi qulluq işləri davam etdirilir.
Şəki RAEİM ərazisində dəmyə şəraitində 70 hektarda payızlıq buğda və arpa əkinləri aparılıb, hazırda yemləmə gübrələrinin verilməsi davam etdirilir. Yazlıq əkin olaraq 10 hektarda hibrid qarğıdalı əkini aparmaq nəzərdə tutulub.
Nicat Nəsirli vurğulayıb ki, Salyan RAEİM–in ərazisində 70 hektarda payızlıq taxıl sortları əkilib. Bu sortlar “Qarabağ”, “Bərəkətli”, “Nuranə”, “Tale 38” kimi məhsuldar yerli sortlardır. Yazlıq əkinlər kimi 1 hektarda məhsuldar xaşa bitkisinin əkini artıq həyata keçirilib. Yaxın günlərdə 50 hektarda yerli və xarici pambıq sortlarının əkini aparılacaq. Bundan başqa, fermerlərə nümayiş etdirmək məqsədilə bostan bitkiləri və 1 hektarda soya əkini nəzərdə tutulub.
Onun sözlərinə görə, Quba RAEİM tərəfindən əvvəlki illərdə salınmış 50 hektar meyvə bağında yaz becərmələri və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. Payızda aparılmış səpin nəticəsində 8 hektarda yerli arpa sortu, 2 hektarda buğda sahəsində normal bitiş əldə olunub. Bir hektar xaşa bitkisinin əkini də elə bu günlərdə başa çatdırılıb. Eləcə də, RAEİM tərəfindən payızda Fransadan gətirilərək fermerlərə nümayiş etdirmək məqsədilə əkilmiş 93 hektarlıq buğda və arpa sahəsində mövsümi qulluq işləri davam etdirilir.
“Qərb bölgəsində yerləşən Gəncə RAEİM tərəfindən 64 hektarda toxumluq buğda, 16 hektarda arpa, 2 hektarda çovdar, 28 hektarda isə yonca əkinləri aparılıb. Yazlıq əkinlər üçün 8 hektarda şəkər çuğunduru, 3 hektarda yonca, 1 hektarda xaşa, 4 hektarda günəbaxan, 32,5 hektarda yerli pambıq sortlarının əkini nəzərdə tutulub. Əkinlərdə yaz qulluq işləri sürətlə davam etdirilir” , - deyə N.Nəsirli bildirib.
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri əlavə edib ki, Beyləqan RAEİM tərəfindən payızlıq 12 hektarda arpa, 10 hektar buğda əkilib. Eyni zamanda, 1,7 hektarda yoncanın “Magnum” sortu, 1 hektarda xaşa əkini başa çatdırılıb. Yazlıq əkin kimi 0,7 hektarda soya, 0,7 hektarda mərci, 0,7 hektarda qarabaşaq, eləcə də 32 hektarda türk texnologiyasına əsaslanan pambıq əkinlərinin aparılması həyata keçiriləcək. RAEİM ərazisində bu ildən müasir texnologiyaların tətbiqi, yayımı məqsədilə tirəyə səpin texnologiyasının reallaşdırılması mümkün olub. Gələcəkdə bu texnologiyanın üstünlükləri fermerlər arasında daha geniş tətbiq olunacaq.
“Cənub bölgəsində yerləşən Lənkəran RAEİM tərəfindən yazlıq əkinlərin aparılmasına zəruri hazırlıqlar görülüb. Fermerlər üçün nümayiş məqsədilə 2 hektarda çəltiyin yerli “Avanqard” sortu və müxtəlif bostan bitkiləri əkiləcək. 0,5 hektarda soya, 0,5 hektarda mərcimək səpini də nəzərdə tutulub. Hazırda payızda əkilmiş 18 hektar buğda sahəsində yaz yemləmə işləri aparılır. Beləliklə, koronavirus xəstəliyi təhlükəsi ilə bağlı olaraq ölkə ərazisində tətbiq edilən karantin rejimi Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində olan regional mərkəzlərin fəaliyyətinə heç bir problem yaratmayıb. Bütün bölgələrdə nəzərdə tutulmuş əkinlər texnoloji xəritəyə uyğun olaraq davam etdirilir” , - deyə Nicat Nəsirli əlavə edib.
Respublikamıza Avropadan gətirilən Laqun qoyunları yüksək məhsuldarlığı ilə fərqlənir
Azərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi tədbirləri çərçivəsində xarici ölkələrdən məhsuldar heyvan sortlarının gətirilməsinə maraq artıb. Təchizatçı şirkətlər və sahibkarlar tərəfindən ölkəmizə gətirilən yeni iribuynuzlu və xırdabuynuzlu heyvanların yerli təsərrüfatlarda yetişdirilməsi genişlənir. Bu günlərdə “Aqronaft” MMC şirkəti tərəfindən Azərbaycana Avropadan məşhur Laqun qoyunları gətirilib. Bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir, eyni zamanda, yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar.
Heyvandarlıqla məşğul olan Kərim Hüseynov fermerlərin gəlirli sahə olan qoyunçuluğu inkişaf etdirməkdə maraqlı olduqlarını qeyd edib: “Respublikada heyvandarlığın inkişafı ilə bağlı proqram hazırlanıb. Həmin proqramda qoyunçuluğun inkişafı məqsədilə hədəflər müəyyənləşdirilib. Biz fermerlər çalışırıq ki, qoyunçuluğu inkişaf etdirək. Respublikada qoyunçuluğu inkişaf etdirmək məqsədilə Avropa ölkələrindən xüsusi cins - Laqun cinsindən qoyun gətirmişik. Laqun cinsinə mənsub olan qoyunlar balavermə qabiliyyətinə görə yerli qoyunlardan üstündür. Bu cinsdən olan qoyunların artım qabiliyyəti yüksəkdir. Laqun qoyunlarının əksəriyyəti əkiz balalayır. Bu da sürünü artırmaq üçün mühüm şərtdir”.
Qəbələdə fəaliyyət göstərən bu təsərrüfatın sahibi deyir ki, Laqun qoyunlarının südlük və ətlik keyfiyyətləri çox yüksəkdir. “Laqun cinsinə mənsub olan qoyunların üstünlüyü həm də ondadır ki, bu cinsdən olan qoyunlar 3 litrə yaxın süd verir. 3,5 ay ərzində 30-35 kiloqram ət yığır. Bu qoyunlarda südün yağlılıq dərəcəsi 8%-dir. Süddə yağlılıq dərəcəsinin yüksək olması əla keyfiyyətli pendir istehsalına imkan verir. Düşünürük ki, respublikada süd istehsalının artırılmasında bu cinsin çox böyük rolu olacaq. Ümumilikdə, Avropadan 700 baş Laqun cinsinə məxsus qoyun gətirməyi planlaşdırırq. Artıq 400 baş gətirmişik, 300 baş qoyun isə yaxın zamanlarda gələcək. Pendir istehsalını artırmaq, süd satışı ilə məşğul olmaq istədiyimizi reallaşdırmaq üçün gələcəkdə Laqun cinsindən daha 2000 baş qoyun gətirməyi planlaşdırırq”, - deyə Kərim Hüseynov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda heyvanların damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən ciddi dəstək tədbirləri həyata keçirilir. Xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəşti ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir. Bütün bunlar isə fermerlər üçün böyük üstünlüklər yaradır. Onlar dövlət dəstəyindən və çoxsaylı təşviq tədbirlərindən maksimum dərəcədə bəhrələnərək öz təsərrüfatlarını genişləndirməyə çalışırlar.
“Azaqrokənd” MMC Tərtərdə intensiv meyvə bağları salır
Tərtər rayonunun iqlimi və münbit torpaqları bağçılığın inkişafı üçün əlverişlidir. Odur ki, son illərdə aqrar sektorun digər sahələri ilə yanaşı, bu istiqamətdə də inkişafa nail olunub. Rayon ərazisində yeni intensiv meyvə bağları salınır, mövcud bağların sahəsi genişləndirilir.
Rayondakı bağçılıq təsərrüfatlarından biri də 2010-cu ildən “Azaqrokənd” MMC tərəfindən yaradılıb. Fermer Nofəl Nəsirov bildirib ki, 30 hektar bağçılıq təsərrüfatının 20 hektarı xurma, qalanı isə alma, armud, alça, gavalı və digər meyvə ağaclarından ibarətdir. Xurma bağının 8 hektarı barverəndir. Xurma ağacının məhsuldarlığı və xəstəliklərə davamlı olması, ən əsası isə satış bazarının mövcudluğu bu sahəyə marağı daha da artırıb. Xurma ağacının hər birindən orta hesabla 200 kiloqram, hektardan isə 15 ton məhsul yığılır. Məhsullar soyutma anbarlarında saxlanılır və qış aylarında, əsasən, Rusiyaya ixrac olunur.
Fermer deyib ki, bu il 11 hektar sahədə İspaniyadan gətirilmiş yeni sort xurma tingləri əkilib. Yeni sort xurma yerli şişburun və karalyok sortlarına nisbətən daha məhsuldardır. Həmçinin tez xarab olmur, meyvəsi isə iridir. Bağda tinglərin əkilməsində də yenilik edilib. Belə ki, əvvəlki xurma bağlarında ağacların ara məsafəsi 5-4 metr olurdu. Yeni salınan bağda isə tinglər hər 5 metrdən bir 2 metr ara məsafəsi olmaqla qoşa cərgədə əkilib.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56

