Azərbaycanda güclü potensiala malik meliorasiya və su təsərrüfatı kompleksi yaradılıb
30.06.2020 [09:21]
Regionlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində mühüm layihələr həyata keçirilir
Məlum olduğu kimi, son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, reallaşdırılan dövlət proqramları nəticəsində ölkəmizdə yüksək iqtisadi inkişaf göstəriciləri əldə edilib. Ölkəmizdə iqtisadiyyatın inkişafı üzrə yerinə yetirilən tədbirlər çərçivəsində əldə edilən uğurlardan kənd təsəsrrüfatına da pay düşüb. Azərbaycanda aqrar sektorda əldə edilən uğurlardan, həmçinin bu sahədə görülən genişmiqyaslı işlərdən danışarkən bəhs edilən müddət ərzində bütün ölkə üzrə reallaşdırılan suvarma və meliorativ layihələri xüsusi qeyd etmək olar. Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə meliorasiya və su təsərrüfatının inkişafında Ulu Öndər Heydər Əliyevin böyük və tarixi xidmətləri var. Eyni zamanda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriən bu siyasətin nəticəsi olaraq mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, bu sahənin maddi-texniki bazası gücləndirilib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadənin bildirdiyi kimi dövlət başçısı İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət proqramları və Tədbirlər planlarında, həmçinin regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub. Mütəxəssislərin bildirdikləri kimi, bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq.
Yeri gəlmişkən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata əsasən 2020-ci il ərzində ümumilikdə 1415 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub. Ölkənin 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində 10712 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün cari ildə qazılması nəzərdə tutulmuş 443 ədəd subartezian quyusunun layihə-smeta sənədləri hazırlanıb və 45 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılıb.
Məlumatda o da bildirilib ki, eyni zamanda, Şəmkir su anbarı zonasında tikintisi başa çatmış Şəmkir-Samux-Goranboy magistral kanalının 2-ci növbəsinin zonasında 4000 hektar və su anbarından su götürən magistral kanallardan 2000 hektar sahəyə suvarma suyunun səmərəli paylanması və su itkilərinin qarşısının alınması məqsədilə beton üzlüklü və boru kəməri ilə paylayıcı kanalların tikintiləri davam etdiriləcək. Bununla yanaşı, Sabirabad rayonunda qış otlaq sahələrində meliorativ tədbirlər və Araz çayının Yeni qol kanalı zonasında kollektor-drenaj şəbəkəsinin və paylayıcı kanalların tikintisi işlərini davam etdirməklə Sabirabad və Biləsuvar rayonlarının 10950 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılacaq, Saatlı və İmişli rayonlarının torpaq sahələrinə Araz çayının Yeni qolundan suyun verilməsi üçün 21 min hektar sahədə paylayıcı kanallar və 10 min hektara yaxın sahədə suyığıcı kollektorların tikintisinin başa çatdırılması nəzərdə tutulur.
Həmçinin uzunluğu 73 kilometr olan Abşeron magistral kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə onun qalan son 11 kilometrlik hissəsinin yenidən qurulması ilə bu ərazilərdə zeytun, badam və digər kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yeni yaradılmış istixanaların, aqroparklara və iri təsərrüfatlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə və mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan yaranacaq. Taxtakörpü su anbarı zonasında Şabran rayonunun suvarılan torpaq sahələrinin əsas su mənbəyi olan Vəlvələçay-Taxtakörpü kanalından sugötürücü qurğunun tikintisi və sudurulducu tutarın yaradılması, həmçinin suyun suvarma sahələrinə çatdırılması üçün iki ədəd magistral boru xəttinin tikintisi işləri davam etdiriləcək.
Bundan başqa, ölkənin kənd təsərrüfatının inkişafında xüsusi rol oynayan aqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin olunması işləri bundan sonra da yerinə yetiriləcək. Belə ki, 2019-cu ildə tikinti işlərinə başlanılmış “Azərşəkər” MMC-yə məxsus Yevlax və Goranboy rayonlarında 2960 hektar və Ağcabədi rayonunda 2500 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri başa çatdırılacaq. Ağsu, Biləsuvar, Qazax, Ağstafa rayonlarında 4000 hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının tikintisi işləri aparılacaq. Masallı rayonunda 24 və Şamaxı rayonunda 7 sututarda zəruri təmir işlərini başa çatdırmaqla 4500 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və müasir texnologiyaların tətbiqi ilə su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində yeniliklərə imza atır. Belə ki, ölkə regionlarının ərazisində əkinlərin su təminatının yaxşılaşdırılması məqsədilə 2018-2019-cu illərdə qazılan subartezian quyularında SCADA sistemi tətbiq edilib. Artıq 14 rayonda SCADA sisteminə qoşulan 322 subartezian quyusundan əkinlərin suvarılmasında istifadə edilir.
Eyni zamanda Bərdə rayonu ərazisində yeni qazılan subartezian quyularında da SCADA sistemi tətbiq edilib. Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Şəmil Ziyadov KİV-ə açıqlamasında bildirib ki, 2018-2019-cu illərdə Prezident İlham Əliyevin sərəncamları əsasında Bərdə rayonunda 36 subartezian quyusu qazılaraq istifadəyə verilib. Yeni qazılmış bu subartezian quyularında SCADA sistemi tətbiq edilib. Mərkəzdən idarə olunan bu sistem zamanı subartezian quyularına videogörüntü ilə nəzarət etmək, quyunu işə salmaq, suvarma başa çatdıqda söndürmək mümkündür. Yeni sistem əllə nəzarət, avtonəzarət və zamanlı nəzarət rejimləri vasitəsilə idarə olunur. Əllə nəzarət rejimi ilə subartezian quyusunu nəzarətçilər işə sala və ya söndürə bilərlər. Avtonəzarət rejimində isə subartezian quyusunun işə salınması və ya söndürülməsi yalnız mərkəzdən həyata keçirilir. Zamanlı nəzarət rejimində isə subartezian quyusu əvvəlcədən müəyyən olunmuş zaman müddətində işləyir, vaxt tamam olanda isə avtomatik sönür. Yeni sistemlə elektrik enerjisi sərfiyyatına, quyudakı suya, dərinlik nasosuna nəzarət etmək olur, su itkisinin qarşısı alınır.
Subartezian Quyularının İstismarı İdarəsinin sahə rəisi Fədai Əliyev deyib ki, suvarmada SCADA sisteminin tətbiq edilməsi ilə su, elektrik enerjisi və vaxt itkisinə yol verilmir. Onun sözlərinə görə, əvvəllər əkinlərin suvarılması zaman elektrik enerjisi kəsilib yenidən veriləndə ya fermer, ya da idarənin işçiləri tərəfindən subartezian quyusu işə salınmalı idi. Bunun üçün isə xeyli məsafə qət edilməli idi ki, bu da həm vaxt itkisinə səbəb olur, həm də əkin sahəsinin suvarılması ləngiyirdi. Yeni sistemin tətbiqi ilə bütün bu çətinliklər aradan qaldırılıb. Gələcəkdə yeni qazılan bütün subartezian quyularında SCADA sisteminin tətbiq edilməsi nəzərdə tutulur.
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən ölkəmizdə əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Elə Bərdə rayonunun Məmmədli kəndi ərazisində Kür çayı üzərində iki aqreqatlı nasos stansiyasının tikilib istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir. Yeni tikilən nasos stansiyası sayəsində 1000 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşıb. Bərdə Suvarma Sistemləri İdarəsinin sudan istifadə şöbəsinin rəisi Rasim Nəsirov bildirib ki, indiyə qədər Məmmədli kəndində sakinlərin pay torpaqları və həyətyanı sahələrin suvarılması 27 kilometr uzaqlıqdan gələn Yuxarı Qarabağ kanalından su götürən R-13 paylayıcı kanalı vasitəsilə həyata keçirilirdi. Məmmədli kəndi həmin kanaldan su götürən ən axırıncı yaşayış məntəqəsi olduğu üçün suvarmada müəyyən çətinliklər yaranırdı.
Kür çayı üzərində yeni üzən nasos stansiyasının istifadəyə verilməsi ilə sakinlərin bu çətinliyi aradan qaldırılıb. İki aqreqatlı nasos stansiyasının məhsuldarlığı 900 litr saniyədir. Əkinlərin suvarılması üçün nasos stansiyasından 5200 metr uzunluğunda 920 millimetr diametrində təzyiqli metal boru kəməri çəkilib.
Qeyd edək ki, Bərdə rayonunun 54 min 850 hektar əkin sahələri mənbəyini Yuxarı Qarabağ kanalından götürən 1366,8 kilometr suvarma kanalı, Kür və Tərtər çayları üzərində qurulmuş 14 nasos stansiyası, yerli qaynama suları və subartezian quyuları vasitəsilə suvarılır. Əkin sahəsinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə mütəmadi olaraq kanallar lildən təmizlənir, hidrotexniki qurğular təmir edilir.
İlin əvvəlindən Bərdə rayonunun Qaraməmmədli kəndi ərazisində 1,2 kilometr kanala beton üzlük çəkilib. Hazırda 13-cü paylayıcı kanalın bir kilometr hissəsinə beton üzlüyün çəkilməsi davam etdirilir, Yuxarı Qarabağ kanalının sağ sahilində bir ədəd elektriklə işləyən nasos stansiyası inşa olunur, Şəhriyar nasos stansiyası əsaslı təmir edilir.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39

