Azərbaycanın regionlarında müasir təsərrüfatların yaradılması geniş vüsət alıb
02.07.2020 [09:33]
Böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaradılan müasir təsərrüfatlarda yüksək məhsuldarlıq səviyyəsinə nail olunması üçün istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyalardan istifadə edilir
Azərbaycanda geniş potensiala malik olan aqrar sektoru yeni yanaşmalar əsasında inkişaf etdirilir. Bu strateji kursa uyğun olaraq son illərdə ölkəmizin ayrı-ayrı bölgələrində çoxlu sayda yeni müasir təsərrüfatlar yaradılıb. Dövlət və özəl sahibkarlıq subyektlərinin böyük həcmlərdə investisiya qoyuluşu hesabına yaradılan bu təsərrüfatlarda fermerlər qabaqcıl təcrübənin, innovativ həllərin tətbiqinə geniş meydan verirlər. Öz növbəsində, müasir təsərrüfatçılıq metodlarından istifadə olunması məhsulun maya dəyərinin aşağı düşməsinə, məhsuldarlığın isə artmasına müsbət təsir göstərir. Beləliklə, bölgələrdə əkin-biçinə böyük maraq yaranır, yeni iş yerləri yaradılır, insanların gəlir imkanları artır.
Samuxda “Aqro Dairy” MMC-nin aqroparkı fəaliyyətini uğurla davam etdirir
Son illərdə müasir təsərrüfatların yaradılması ölkənin əksər bölgələrini əhatə edib. O cümlədən Samuxdakı “Aqro Dairy” MMC-yə məxsus aqropark öz fəaliyyətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə regionlara növbəti səfəri çərçivəsində sözügedən aqroparkın fəaliyyəti ilə tanış olub və burada yüksək məhsuldarlıq əldə edilməsindən məmnunluğunu bildirib. Qeyd edək ki, sahəsi 5 min hektardan və ümumi dəyəri 65 milyon manatdan çox olan layihə çərçivəsində Qarasaqqal su kanalında nasos quraşdırılıb, 5,4 min kubmetrlik iki su anbarı, su hovuzları və saxlama anbarları tikilib. Aqroparkda istifadə olunması üçün 20 adda 91 ədəd texnika və aqreqat alınıb. 2019-cu ilin payızında 2 423 hektar sahədə buğda və 222 hektar sahədə arpa əkilib. Bu ilin yazında 74 hektar sahədə şəkər çuğunduru əkilib və taxıl biçini aparılan ərazilərdə qarğıdalı əkini nəzərdə tutulub.
“Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev dövlətimizin başçısına aqroparkın fəaliyyəti barədə məlumat verərək bildirib ki, rəhbərlik etdiyi qurum Samuxda dövlət ehtiyat fondundan 5 min hektar, Tovuz rayonunda isə 12 min hektar ərazini uzunmüddətli icarəyə götürüb. Həmin ərazilərdə iki min hektar suvarılan sahələr var. Hazırda suvarılmayan ərazilərin də suvarmaya cəlb olunması istiqamətində intensiv iş aparılır. Təsərrüfatda arpa bicini artıq başa çatdırılıb. Samux rayonunda arpa əkilən 222 hektarda biçin aparılıb və hər hektardan 47-48 sentner məhsul götürülüb. Tovuzda isə məhsuldarlıq daha yüksək oub - hər hektardan 62-67 sentner məhsul götürülüb. Vahid Hacıyevin məlumatına görə, hazırda sahələrdə buğda biçini aparılır. Samuxda artıq 1500 hektar buğda zəmisi biçilib və hər hektardan məhsuldarlıq orta hesabla 58 sentner, bəzi ərazilərdə isə 65-67 sentner təşkil edib. Təsərrüfat rəhbərinin sözlərinə görə, Tovuzda göstəricilər daha yüksəkdir - orta hesabla hər hektardan 78 sentner. Tədbirdə dövlət başçısına məlumat verilib ki, aqroparkın pivot suvarma sistemi ilə təchiz olunmuş 70 hektar ərazisi var. Bu 70 hektarın bəzi sahələrində hektardan məhsuldarlıq 84-85 sentnerdir.
Qeyd edək ki, buğda, arpa, şəkər çuğunduru və qarğıdalı məhsullarının istehsal olunduğu aqroparkda xaricdən alınan müasir avadanlıq quraşdırılıb, 60 min tonluq taxıl anbarı kompleksi yaradılıb. Satış bazarı üçün ölkə daxili müəyyən edilib və burada 89 nəfər işlə təmin olunub.
“Yalama Aqropark”da daha məhsuldar bitki sortlarının əkilib becərilməsinə üstünlük verilir
Bu il “Yalama Aqropark”da 159 hektar dənlik, 100 hektar sahədə isə silosluq qarğıdalı əkini aparılıb. Təsərrüfatdan verilən məlumata görə, avqustun ikinci yarısından silosluq, sentyabrın 15-dən isə dənlik qarğıdalının toplanmasına başlanılacaq. Əldə olunan məhsul aqroparkdakı heyvandarlıq təsərrüfatlarının əsas qaba yem komponenti ilə təmin olunmasında istifadə ediləcək.
Aqroparkın arpa sahələrində biçin yekunlaşdıqdan sonra 138 hektarda təkrar dənlik və 248 hektarda isə təkrar silosluq qarğıdalı əkiləcək. Artıq 38 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb.
“Yalama Aqropark”da qarğıdalı üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunması üçün istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə olunur. Son illərdə aqroparkın sahələrində dənlik qarğıdalı əkini üzrə orta məhsuldarlıq, ümumilikdə, 15 ton və ondan yuxarı olub. Bu, ölkə üzrə qeydə alınan ən yüksək göstəricidir.
“Yalama Aqropark” MMC-nin əkinçilik mütəxəssisi Cəmil Rəşidov bildirib ki, qarğıdalı sahələrindən yüksək məhsul əldə etmək üçün bitkilərə aqrotexniki qulluq davam etdirilir. Əkin sahələri ziyanverici və alaq otlarına qarşı dərmanlanır, herbisid səpilir. Qarğıdalı sahələri ay ərzində müasir suvarma şəbəkəsi vasitəsilə 7-8 dəfə suvarılır. Aqroparkın ərazisində qarğıdalı ilə yanaşı, arpa, yonca, şəkər çuğunduru bitkiləri də becərilir.
“Yalama Aqropark” MMC-nin İdarə heyətinin sədr müavini Mirrəhman Ağazadə bildirib ki, təsərrüfatın bu il üzrə ümumi əkin sahəsi 1610 hektardır. Bunun 285 hektarı təkrar əkin sahələridir. Bu sahələrdə dənlik və yemlik arpa, qarğıdalı və yonca əkilib.
“Yalama Aqropark”ın əkin dövriyyəsinə yeni cəlb olunan İstisu kəndi ərazisindəki əkin sahələrində dənlik arpa əkilib. Həmin sahələrdə pivot suvarma sisteminin quraşdırılmasına başlanılıb. Artıq iki böyük su anbarı qurulub. Müasir suvarma sistemi kənddəki 956 hektarlıq əkin sahəsinin 500 hektara yaxınını əhatə edəcək.
Fındıqçılıqda məhsuldarlığın artırılmasına hesablanan yeni layihəyə start verilib
Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) fındıqçılıq sahəsində birgə layihəyə başlayıb. “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” (HAZER) adlanan layihədən bu sahədə fəaliyyət göstərən kiçik fermerlər faydalanacaq.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib ki, ümumi büdcəsi 1,3 mln. ABŞ dolları olan layihənin əsas məqsədi Azərbaycanda fındıqçılıq sahəsində dəyər zəncirlərini inkişaf etdirməklə məhsuldarlığı artırmaq, intensiv texnologiyalardan istifadə ilə fındıq istehsalının effektivliyini yüksəltmək, aflatoksin maddəsinin mövcudluğu riskinin azaltmaqla məhsulun keyfiyyətini artırmaqdır.
“Azərbaycanda fındıqçılığın inkişafına yüksək maraq var. Ötən illər ərzində 20 min hektardan çox ərazidə yeni bağ salınıb. 2019-cu ilin statistikasına görə Azərbaycan fındıq ixracında dünyada Türkiyə və İtaliyadan sonra 3-cü yerdə dayanır. Həmçinin, ötən il ölkəmizdə fındıq məhsulu 124.2 milyon ABŞ dolları dəyəri ilə ixrac olunan əsas qeyri-neft mallarının siyahısında pomidor və qızıldan sonra üçüncü yeri tutub”, - deyə Mirzə Əliyev vurğulayıb.
Bununla belə, AKİA sədri fındıq bağlarında hər hektara düşən məhsuldarlığın artırılmasının vacib olduğunu qeyd edib: “Fındıq bağlarında hər hektara düşən məhsuldarlıq aşağı səviyyədədir. Ölkəmizdə fındıqçılıq sahəsində hər hektara düşən məhsuldarlıq orta hesabla 1.2 ton təşkil edir. Halbuki bu rəqəm dünya üzrə əldə olunan yüksək məhsuldarlıq göstəricisindən aşağıdır. Eyni zamanda, istehsal olunmuş məhsulun keyfiyyətinə mənfi təsir göstərən aflatoksin maddəsi və digər problemlər bu sektorun mövcud potensialından tam istifadə edilməsinə mane olur”.
AKİA sədrinin sözlərinə görə, Azərbaycan hökuməti bu istiqamətdə mövcud olan çətinliklərin aradan qaldırılması üçün lazımi dəstək göstərir. Buna misal olaraq Mirzə Əliyev qeyd edib ki, 2019-2020-ci illərdə fındıqçılıq sahəsinin inkişafı üçün AKİA vəsaitlərindən 368 000 manat məbləğində güzəştli kredit ayrılıb. O cümlədən fındıqçılıq sahəsi üçün alınmış texnikalar üzrə fermerlərə 319 900 manat güzəşt vəsait, 206 100 manat məbləğində isə kredit verilib. Bununla yanaşı, 2019-2020-ci illərdə fındıqçılıq sahəsində fəaliyyət göstərən 32 366 fermerə 10 249 954 manat məbləğində subsidiya ayrılıb.
Azərbaycanda qadın fermerlər tərəfindən 118 kiçik müəssisə yaradılıb
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) arasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların bilik və bacarıqlarının artırılması mövzusunda onlayn görüş keçirilib. Onlayn görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, Azərbaycan Kənd Qadınları Assosiasiyasının Beynəlxalq Məsləhət Şurasının sədri və Dünya Bankının əməkdaşı Tara Şarafudhin, eləcə də Bakı, Balakən, İsmayıllı, Ağcabədi, Goranboy, Ağdam, Sabirabad, Neftçala, Beyləqan, İmişli, Saatlı, Bərdə, Lənkəran, Masallı rayonlarından 22 qadın fermer iştirak edib.
Videoformatda keçirilən görüşdə Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova bildirib ki, assosiasiya və onun tərkibindəki Qadın İnkişaf və Müəssisə Qruplarının fəaliyyəti nəticəsində kənd qadınları öz bizneslərini formalaşdırmağa nail olublar. Görüşdə xüsusi karantin rejimində aqrar sahədə fəaliyyət, regionlarda Qadın İnkişaf və Müəssisə Qruplarının fəaliyyəti, kənd qadınlarının kollektiv şəkildə idarə etdiyi bizneslərin inkişaf istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası kənd qadınlarının sosial və iqtisadi inkişafına dəstək göstərmək məqsədilə 2018-ci ilin noyabr ayında Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi Kənd İnvestisiya Layihəsinin “Kənd Qadınlarının İqtisadi Səlahiyyətlənməsi” komponenti əsasında yaradılıb və dövlət qeydiyyatına alınıb. Hazırda assosiasiyanın üzvü olan 38 Qadın İnkişaf və Müəssisə Qrupu ümumilikdə 118 təsərrüfat, qeyri-təsərrüfat və təsərrüfatdan kənar kiçik biznesləri idarə etməklə 462 kənd qadınını işlə təmin edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

