Azərbaycanda baramaçılığın inkişafına güclü dövlət dəstəyi göstərilir
04.07.2020 [09:45]
Regionlarda barama istehsalı əhəmiyyətli dərəcədə artmaqdadır
Məlum olduğu kimi, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında ciddi uğurlar əldə olunub. Hazırda qlobal iqtisadi çətinliklər fonunda ölkəmizdə aqrar sektorun inkişafının güclü şəkildə dəstəklənməsi heç də təsadüfi deyil. Belə ki, Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Prezident İlham Əliyev digər sahələrlə yanaşı, aqrar sektorun üstün inkişafının təmin olunmasını da prioritet istiqamət kimi bəyan edib.
Aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər müsbət nəticələr verir
Heç şübhəsiz, əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, respublikamızda atılan ardıcıl və məqdsədyönlü addımlar kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan istifadə edilməsinə münbit zəmin yaradır. Ölkə əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Ölkəmizdə kənd təsərrüfatına praktiki müstəvidə geniş maliyyə və texniki dəstək göstərilir, eyni zamanda, bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirilir, qanunvericilik bazası daha da möhkəmləndirilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Eyni zamanda, iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Hazırda aqrar sahənin daha da inkişafı xüsusi diqqət mərkəzindədir.
Qabaqcıl innovasiyaların tətbiqi qarşıya qoyulan hədəflərə çatmağa geniş imkanlar yaradır
Qeyd edək ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur. Hazırda aqrar sahəni innovasiyalar tətbiq etmədən inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. Bunu nəzərə alaraq ölkə başçısının tapşırığı əsasında aqrar sahədə innovasiyanın tətbiqi istiqamətində geniş işlərə başlanıb. İnnovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin islahatlar strategiyasının əsasını təşkil etdiyinə görə dünyanın qabaqcıl ölkələrində kənd təsərrüfatı, istehsal olunan məhsulun daha çox elmi tutumlu olması istiqamətində inkişaf edir. Ona görə də, Azərbaycan Respublikasında da aqrar-sənaye kompleksinin innovasiyalı inkişafı qarşıda duran əsas vəzifədir və onun həll olunması istiqamətində işlər aparılır.
Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olub və müvafiq sənədlər imzalanıb. Prezidentimiz İlham Əliyev gələcəkdə bu uğurları daha da genişləndirmək və dərinləşdirmək üçün müvafiq proqramların hazırlanması barədə 2016-cı il 16 mart tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında“ Sərəncam imzalayıb. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” də bu istiqamətlərdən biridir. Bu Strateji Yol Xəritəsinin ümumi məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı sektorunun yüksək rəqabət qabiliyyətinə və dayanıqlı inkişafına nail olmaqdır. Strateji Yol Xəritəsində ölkəmizin kənd təsərrüfatı məhsullarının istehsalında və emalında istifadə olunan istehsal vasitələri və bu sektorda həyata keçirilən xidmətlə təminat məsələləri də dərindən araşdırılıb və bütün bu məsələlərin yaxşılaşdırılması üçün görülməsi vacib olan istiqamətlər müəyyən edilib.
Baramaçılığın inkişafı diqqət mərkəzindədir
Qeyd edək ki, bölgələridə aqrar sahənin inkişafında regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icra edilməsi də mühüm rol oynayır. Aqrar sektorun inkişafından danışarkən baramaçılığa göstərilən diqqət və qayğını xüsusi vurğulamaq yerinə düşər. Belə ki, son illər ərzində respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində görülən işlər bu sahənin inkişafına mühüm töhfə verib. Eləcə də, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı" bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Bir sözlə, Azərbaycanda qədim ənənələrə malik baramaçılığın dirçəldilməsi ölkə rəhbərliyi tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən olunub. Və regionlarda bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır.
Bölgələrdə barama istehsalı uğurla davam edir
Beləliklə, hazırda bölgələrdə barama istehsalı uğurla davam edir. Bunu cari ilin iyun ayınının 20-dən sonra bölgələrin timsalında açıqlanan statistik göstəricilər də təsdiqləyir. Builki mövsümdə barama yetişdirmək üçün Zaqatala rayonunda kümçülərə 1450 qutu ipəkqurdu paylanılıb. Zaqatalalı kümçülər cari mövsümdə 36,1 ton yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər. Bu barədə rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib. Rayonun Zəyəm kəndindən Zeynəb Babayeva rayon üzrə hamıdan çox – 652 kiloqram yaş barama istehsal edib. Yengiyan kəndindən Altay Qasımov qəbul məntəqəsinə 494 kiloqram, Qandax kəndindən Elvin Məmmədov 426 kiloqram, Lahıc kəndindən Qabil Qasıməliyev isə 393 kiloqram yaş barama təhvil verib.
Qurumdan verilən məlumatda o da deyilir ki, hazırda rayonun təsərrüfatlarında taxıl biçini də yüksək sürətlə davam etdirilir. Cari mövsümdə rayonda 11 min 320 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Bu günədək 2098 hektar arpa və 265 hektar buğda sahəsində biçin işləri görülüb, 6 min 497,5 ton taxıl istehsal olunub. Arpa sahələrinin hər hektarından orta hesabla 27,8 sentner, buğda sahələrindən isə 25,1 sentner məhsul götürülüb.
Kürdəmir rayonunda isə barama tədarükü başa çatıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata əsasən builki mövsümdə kümçülər tərəfindən 14 ton 819,5 kiloqram barama tədarük olunub və “Azəripək” MMC-yə təhvil verilib. Qeyd edək ki, baramaçılıq bölgədə ənənəvi təsərrüfat sahəsidir. Təsadüfi deyil ki, burada onlarca təcrübəli kümçü var. Cari mövsümdə Köhünlü kəndindən Tural Sayidov 9,5 qutu ipəkqurdu toxumundan 384,5 kiloqram barama istehsal edib. Habelə, Sovla kəndindən Mətləb Səfərov və Şilyandan Nəsib Nəsibov hər biri 2,2 qutu ipəkqurdu toxumundan müvafiq olaraq 163 və 114,4 kiloqram, Xırdapaydan Əhmədağa İsgəndərov 3,8 qutudan 179 kiloqram barama götürüblər.
Füzuli rayonuna gəlincə, burada bu il 1250 qutu (23 min 750 qram) ipəkqurdu toxumu yetişdirilib. Rayon kümçüləri 46 min 310 kiloqram barama tədarük ediblər. Onların yetişdirdikləri məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul olunub. Qeyd edək ki, bir neçə ildir Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə 3070 kiloqram, 2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38 ton, 2019-cu ildə isə 49,5 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2019-cu illərdə rayon ərazisində 200 min ədədə qədər tut tingi əkilib.
Bu il Masallı rayonunda da kümçülərə 140 qutu ipəkqurdu paylanılıb. İyunun 23-dək bu rayonda 2 ton yaş barama tədarük olunaraq “Azəripək” MMC-yə təhvil verilib. Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə 11,1 hektar sahədə yeni tut bağları salınıb. Hazırda barama tədarükü davam edir. Qeyd edək ki, Masallı rayonunun kümçüləri ötən il barama qəbulu məntəqəsinə 5 ton 319 kiloqram barama təhvil veriblər.
"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamına müvafiq olaraq Astara rayonunda da ənənəvi təsərrüfat sahəsi olan baramaçılıq yenidən inkişaf etdirilir. Astara Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu il kümçülərə 50 qutu ipəkqurdu toxumu paylanılıb. İndiyədək “Azəripək” MMC-yə 182 kiloqram yaş barama təhvil verilib. Qeyd edək ki, məhsul istehsalçılarına baramanın hər kiloqramına görə 5 manat subsidiya verilir. Bundan başqa, məhsulu qəbul edən tədarük məntəqəsində istehsalçılara bir kiloqram yaş barama üçün əlavə 4 manat ödənilir.
Ucar rayonunun kümçüləri isə yaş barama tədarükünü başa çatdırıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, cari mövsümdə kümçülər tərəfindən 11 ton 202 kiloqram yaş barama tədarük olunub və “Azəripək” MMC-yə təhvil verilib.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42

