/ / Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edib
Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasəti ölkəmizin beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edib
08.07.2020 [09:10]
Hazırda respublikamız iki nüfuzlu beynəlxalq təşkilatda sədrlik fəaliyyətini uğurla həyata keçirir
Müstəqil Azərbaycan milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasətində daim xoş məram nümayiş etdirir. Respublikamız indiyədək özünün geniş imkanlarına əsaslanaraq regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, ölkələr və xalqlar arasında etimad mühitinin möhkəmlənməsinə sanballı töhfələr verib. Öz növbəsində zamanın dəyişən çağırışları nəzərə alınmaqla qurulan belə praqmatik siyasət qlobal miqyasda ölkəmizə böyük nüfuz qazandırıb və respublikamızın beynəlxalq birliyə sıx inteqrasiyasını təmin edib. Bu gün Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Qısa müstəqillik tarixində müstəqil Azərbaycanın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır. Eyi zamanda, ardıcıllıqla həyata keçirilən məqsədyönlü xarici siyasətin məntiqi nəticəsidir ki, respublikamızla sıx əməkdaşlıq etmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır. Ölkəmiz həmçinin nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən məkana çevrilib ki, bu da qlobal səviyyədə Azərbaycana etimadın artmasının daha bir təzahürüdür. Bütün bunlar respublikamızın kifayət qədər aktiv xarici siyasət apardığını təsdiqləyir.
Vurğulamaq yerinə düşər ki, müstəqil Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu xarici siyasətinin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər elə ilk vaxtlardan ölkəmizin xarici siyasətinin düzgün istiqamətdə qurulmasını təmin etmək üçün mühüm qərarlar verdi. Müstəqil dövlətin xarici siyasətinə böyük önəm verən Ulu Öndər Heydər Əliyev deyirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir. Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin”.
Son 16 ildə ölkəmizdə həyatın hər bir sahəsində Heydər Əliyev siyasətinin varisliyi yüksək səviyyədə təmin edilib. O cümlədən respublikamız xarici siyasətdə də Ulu Öndərin ideyalarını əsas tutmaqla dünyaya sıx inteqrasiya kursunu inamla davam etdirir.
Bu məqamda qeyd etmək yerinə düşər ki, müstəqil Azərbaycanın xarici əlaqələrinin genişlənməsinə Yeni Azərbaycan Partiyası (YAP) da özünün sanballı töhfələrini verir. İndiyədək YAP-ın dünyanın ayrı-ayrı ölkələrinin aparıcı siyasi partiyaları ilə sıx əməkdaşlıq əlaqələri formalaşıb. Partiyanın rəsmiləri tez-tez müxtəlif beynəlxalq tədbirlərə qatılırlar. Eyni zamanda, tərəfdaş partiyaların yüksək səviyyəli nümayəndələri də YAP-ın dəvətini qəbul edərək vaxtaşırı respublikamıza səfərlərə gəlirlər. Belə fəal siyasi dialoq respublikamızın müsbət reallıqlarının, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyinin dünya birliyinin diqqətinə çatdırılmasında səmərəli platforma qismində çıxış edir.
Ölkəmiz işğalçı Ermənistan istisna olmaqla, qonşu dövlətlərlə əlaqələrin möhkəmlənməsinə böyük önəm verir
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasətində daim xoş məram nümayiş etdirməsi ölkəmizin öz qonşularına münasibətində də qabarıq şəkildə nəzərə çarpır. Respublikamız Cənubi Qafqaz və Xəzər hövzəsi regionunun inkişaf və təhlükəsizlik məkanına çevrilməsinə böyük səy göstərir. Son vaxtlarda ölkəmizin təşəbbüsü ilə yaradılan və region dövlətlərini bir araya gətirən ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformaları uğurla fəaliyyət göstərir. Bütövlükdə, respublikamız işğalçı Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox müsbət əlaqələr qurmağa nail olub. Münasibətlərin yüksələn xətlə inkişafının nəticəsidir ki, Azərbaycan Prezidentinin qonşu dövlətlərin yüksək səviyyəli rəsmiləri ilə həm ölkəmizdə, həm də qonşu dövlətlərdə müntəzəm görüşləri baş tutur. Bu görüşlərdə regional inkişaf və təhlükəsizlik məsələləri müzakirə edilərək ümumi mənafeyə, qarşılıqlı maraqların təmin olunmasına hesablanan qərarlar qəbul edilir.
Qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan arasında əlaqələr həm siyasi məsələləri, həm iqtisadi sektoru, həm də humanitar-mədəni sahələri əhatə edir və yaxşı nəticələr verir. Bütövlükdə, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Respublikamız Gürcüstanda fəal investisiya siyasəti həyata keçirir. Azərbaycanın SOCAR şirkəti qonşu dövlətin enerji təchizatında böyük paya malikdir.
Azərbaycanla İran arasında münasibətlərin möhkəmlənməsi regional əməkdaşlığın dərinləşməsinə yaxşı nümunədir. Prezident İlham Əliyevin İran Prezidenti və bu ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşlərdə ilk növbədə regional təhlükəsizlik, iqtisadi bloka aid məsələlər müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsinin və səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb. İki ölkə arasında iqtisadi əlaqələr də durmadan genişlənir. Azərbaycanla İran müştərək iqtisadi layihələr həyata keçirir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirlər.
Azərbaycan-Rusiya əlaqələri isə çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr çox uğurla inkişaf edir. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Azərbaycan da qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Hazırda respublikamız Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi təqribən 20 faiz artıb və 3 milyard dollardan çox olub.
İki qonşu və qardaş ölkənin - Türkiyə və Azərbaycanın yüksək səviyyədə olan münasibətləri regional əməkdaşlığa yaxşı nümunədir. Çox doğru olaraq bu münasibətlər dünyada nümunə kimki dəyərləndirilir. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Türkiyə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq bu ölkə ilə bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən işğalçı dövlətlə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır.
Bu gün siyasi maraqları bütün regional və qlobal miqyaslı məsələlərdə sıx uzlaşan iki qardaş ölkənin iqtisadi sahədə çoxşaxəli əməkdaşlığı da kifayət qədər yüksək səviyyədədir. Yeri gəlmişkən, cari ilin fevralında keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında ikitərəfli münasibətlərin geniş spektri müzakirə edilib. Bildirilib ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Perspektivdə iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf qoyulub və bu, tamamilə real məqsəddir.
Azərbaycanla Avropa İttifaqına daxil olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb
Respublikamız beynəlxalq təşkilatlarla da fəal əməkdaşlıq edir. Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan söhbət açarkən ölkəmizlə sıralarında 27 dövlətin yer aldığı Avropa İttifaqı arasında əlaqələrin getdikcə daha da möhkəmlənməsini xüsusi qeyd edə bilərik. Sevindirici haldır ki, Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. Deyə bilərik ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Azərbaycanın Avropa İttifaqı və qurumda təmsil olunan dövlətlərlə əlaqələri qarşılıqlı maraqlara əsaslanır və müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində respublikamızın Aİ ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bir daha nəzərə çatdıraraq vurğulayıb ki, Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. “Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb”, - deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının fəal tərəfdaş ölkəsidir. Hazırda respublikamızla Avropa İttifaqı arasında konstruktiv əməkdaşlıq şəraitində yeni tərəfdaşlıq sazişi üzərində fəal iş aparılır. Danışıqların gedişindən razılığını bildirən Prezident İlham Əliyev “Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır”, - deyə qeyd edib.
Enerji sektoru Azərbaycanla Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın çox mühüm bir istiqamətidir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi perspektivdə respublikamızın Avropanın enerji təchizatında rolunu daha da artıracaq. Cənub Qaz Dəhlizi vasitəsilə ildə ilkin mərhələdə 16 milyard kubmetr Azərbaycan təbii qazının Türkiyənin və Avropanın istifadəsinə verilməsi təmin olunacaq. Bu 16 milyard kubmetr qazın 6 milyard kubmetrini qardaş Türkiyə, yerdə qalan 10 milyard kubmetrini isə Avropa ölkələri alacaq.
Respublikamız, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycan əsgərləri 2002-ci ildən NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edirlər. Bu yaxınlarda isə Azərbaycan Əfqanıstandakı hərbi kontingentini 120 hərbçiyə qədər artırıb. Qeyd edək ki, NATO Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18

