/ / Transmilli şirkətlərlə uğurlu əməkdaşlıq Azərbaycanın beynəlxalq birliyə inteqrasiyasına müsbət təsir göstərir
Transmilli şirkətlərlə uğurlu əməkdaşlıq Azərbaycanın beynəlxalq birliyə inteqrasiyasına müsbət təsir göstərir
18.07.2020 [01:16]
Transmilli şirkətlər ölkəmizdəki uzunmüddətli sabitlikdən və əlverişli investisiya mühitindən bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər
(əvvələ ötən sayımızda)
Respublikamızın zəngin “Şahdəniz” yatağından çıxardılacaq “mavi yanacaq” bu kəmərlə daşınaraq regiondakı və Avropadakı istehlakçılara çatdırılacaq. Xatırladaq ki. Cənub Qaz Dəhlizi 4 mühüm seqmentdən ibarətdir. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənub Qafqaz boru kəməri, TANAP və TAP layihələri daxildir. Arxada qalan 5 il ərzində layihənin bütün seqmentləri üzrə böyük iş həcmi yerinə yetirilib. O cümlədən Azərbaycanda layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə istismar quyuları qazılıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. “Şahdəniz Mərhələ 2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. Nəzərdə tutulan işlər tamamlandıqdan sonra Səngəçal terminalı dünyanın ən iri və müasir terminallarından birinə çevrilib. Cənub Qaz Dəhlizinin daha bir mühüm seqmentinin-Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) inşası da bütünlüklə tamamlanıb. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Cənub Qaz Dəhlizinin diğər bir seqmenti olan Trans Adriatik Boru Kəməri (TAP) seqmenti üzrə işlər də uğurla davam etdirilir. TAP TANAP layihəsinin davamı kimi seçilib. Azərbaycan qazı məhz TAP vasitəsilə Avropanın mərkəzi ölkələrinə çatdırılacaq. Hazırda bu seqment üzrə işlərin 90 faizdən çoxu tamamlanıb. Layihənin yaxın vaxtlarda bütünlüklə tamamlanması gözlənilir.
“Microsoft” şirkətinın Azərbaycanla əməkdaşlığı qlobal pandemiya şəraitində davam etdirməsi ölkəmizə olan böyük inamın ifadəsidir
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda ölkə həyatının müxtəlif sahələrində yeni, daha mütərəqqi yanaşmaların, innovativ texnologiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Deyilənlər kontekstində Azərbaycanın dünyada innovativ texnologiyaların istehsalı və təchizatı üzrə ixtisaslaşan şirkətlərlə əməkdaşlığı böyük aktuallıq daşıyır. Bu sahədə ixtisaslaşan transmilli şirkətlər dünya birliyinə sıx inteqrasiya edən Azərbaycanda müasir yanaşmalara və innovativ texnologiyaların tətbiqinə həm güclü siyasi iradə göstərildiyini, həm də respublikamızın geniş potensiala malik olduğunu nəzərə alaraq ölkəmizlə əməkdaşlığı davamlı şəkildə genişləndirirlər. Belə transmilli şirkətlərdən biri bütün dünyada tanınan “Microsoft” şirkətidir. Bu qurumun Azərbaycanla əməkdaşlığı qlobal pandemiya şəraitində də davam etdirməsi ölkəmizə olan böyük inamın ifadəsidir.
Qeyd edək ki, 2020-ci il iyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Videokonfransda Azərbaycanla “Microsoft” şirkəti arasında əməkdaşlıq əlaqələrinin yaxşı perspektivə malik olduğu diqqətə çatdırılıb.
Bütün dünyada ən böyük texnologiya şirkətlərindən biri kimi tanınan “Microsoft” şirkəti ilk növbədə Windows əməliyyat sistemləri, eləcə də sənədlərlə işləmək üçün Microsoft Office proqramları ailəsi ilə məşhurlaşıb. Qurumun məhsulları onlarca milli dilə çevrilərək dünyanın müxtəlif ölkələrində yayılır.
Bütün dünyada məşhur olan bu şirkətin Azərbaycanla əməkdaşlıq əlaqələri müxtəlif istiqamətləri əhatə edir. Videokonfransda bildirildiyi kimi, ölkəmiz “Microsfot”la bütün sahələrdə, xüsusilə açıq açar infrastrukturu ilə mübarizə, kibertəhlükəsizlik, informasiya texnologiyalarının təhsildə tətbiqi, internet əşyalar texnologiyası və kadrların təlimi kimi sahələrdə sıx əməkdaşlıq edir. Hökumət agentlikləri üçün lisenziyalı proqram təminatını almaq məqsədilə 2018-ci ildə “Microsoft” şirkəti ilə müqavilə imzalanıb. Bildirilib ki, indiyədək on minlərlə lisenziya verilib və proses hazırda da uğurla davam etdirilir.
Məlum olduğu kimi, hazırda innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasiya strategiyası üzərində iş aparılır. Respublikamız bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edir. Videokonfransda Azərbaycanla “Microsoft” şirkəti arasında əməkdaşlığın geniş spektirinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bizim piratçılığa qarşı birgə səylərimiz yaxşı nəticələr verir. Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır”.
Videkonfransda da bildirildiyi kimi, “Microsoft” şirkətinin innovativ tətbiqləri həmçinin yeni növ koronavirus pandemiyasının meydana çıxartdığı çağırışları qarşılamağa imkan verir. O çümlədən şirkət pandemiya şəraitində ölkəmizdə təhsil sahəsində vacib layihələr həyata keçirir. Qurum respublikamızda çox qısa müddətdə - cəmi bir neçə həftə ərzində təxminən 1 milyon auditoriyanı əhatə edən əlaqələr qurmağa nail olub. Əlbəttə, vurğulandığı kimi, təhsil sahəsində müvafiq proqramın uğurla reallaşdırılması həm də ölkəmizdə İKT sektorunun yüksək inkişaf səviyyəsi sayəsində mümkün olub.
Videokonfransda şirkətinin vitse-prezidenti Filip Roq “Microsoft”un evdən işləmə təcrübəsi barədə məlumat verərək bildirib ki, qurum bir çox ölkələrdə bu cür həll yollarının tətbiqini həyata keçirib və tələb olunan zaman insanların infrastruktura təhlükəsiz çıxışını həyata keçirmək üçün virtual iş masalarının yaradılması təşəbbüsü ilə çıxış edib. Filip Roq “bulud hesablamaları” barədə də söhbət açıb, onun səmərəsi və əhəmiyyəti haqqında məlumat verib. Vurğulayıb ki, bu texnologiya artıq bir çox ölkələrdə istifadə olunur. Filip Roq məmnunluqla bildirib ki, “Microsoft” şirkətinin süni intellekt platforması Azərbaycan dilini də tezliklə dərk edəcək. Şirkət rəsmisi nəzərə çatdırıb ki, Azərbaycan dilində tərcümə xidmətinin tezliklə istifadəyə verilməsi gözlənilir. Bunun iqtisadiyyatın qloballaşmasında, onlayn və oflayn iqtisadiyyatın aparılmasında, turizmin inkişafında rolu böyükdür.
Asiya İnkişaf Bankı Azərbaycanda reallaşdırılan bir sıra önəmli layihələrə məmnuniyyətlə sərmayələr yönəldir
Dünya birliyinə sıx inteqrasiya edən Azərbaycan son illərdə regional və qlobal əhəmiyyət daşıyan bir sıra enerji və nəqliyyat layihələrinin təşəbbüskarı qismində çıxış edib. Ölkəmizin moderatorluğu ilə reallaşdırılan belə layihələrin icrasına bir qayda olaraq transmilli şirkətlər də qoşulurlar. O cümlədən beynəlxalq maliyyə qurumları Azərbaycanın dünyadakı artan nüfuzuna əsaslanaraq ölkəmizlə qarşılıqlı əməkdaşlığı dərinləşdirirlər və bəhs olunan layihələrə dəstək verirlər. Bu baxımdan respublikamızın Asiya İnkişaf Bankı ilə əlaqələrinin genişlənməsi diqqəti xüsusi olaraq cəlb edir. Bəhs olunan qurum Azərbaycanın moderatorluğu ilə reallaşdırılan və Avropanın enerji xəritəsinin yenilənməsinə hesablanan Cənub Qaz Dəhlizinin əsas və ilk maliyyə təminatçılarından biridir. Bankın çətin pandemiya dövründə Azərbaycanla əməkdaşlığı davam etdirməsi ölkəmizin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir.
Xəbər verildiyi kimi, iyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. Prezident İlham Əliyev videokonfransda Azərbaycanla Asiya İnkişaf Bankı arasında tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsindən məmnunluğunu bildirib.
Videkonfransda məlumat verilib ki, Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq 1999-cu ildən bəri dərinləşməkdədir. Burada söhbət təkcə bir sıra layihələrdən getmir. Respublikamızla qurum arasında həmçinin birgə regional əməkdaşlıq da mövcuddur. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının 2015-ci ildə Bakıda uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığın bariz nümunəsidir.
Asiya İnkişaf Bankının respublikamıza ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür.
Qarşılıqlı əməkdaşlığın perspektivləri də kifayət qədər genişdir. Videokonfransda bildirildiyi kimi, portfeldə suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələr var ki, bunlar çox böyük əhəmiyyət daşıyır. Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava rəhbərlik etdiyi qurumun COVID-19-la mübarizə sahəsində dəstək paketi haqqında məlumat verib. Bildirib ki, bu paketə tibbi ləvazimat və şəxsi qoruyucu vasitələrin alınması üçün qrantların ayrılması, iqtisadiyyata və cəmiyyətə təsirin azaldılması üçün büdcə dəstəyi, özəl sektorda işlə təminatın və fəaliyyətin dayanıqlı olması üçün kredit və zəmanətlərin verilməsi məsələləri daxildir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

