Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin təməl prinsiplərindəndir

Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin təməl prinsiplərindəndir

05.08.2020 [08:50]

“Yeni Azərbaycan” qəzetində “Azərbaycançılıq ideologiyasının milli dövlətçiliyimizin inkişafında rolu” mövzusunda onlayn formatda keçirilən “dəyirmi masa”da da bildirildiyi kimi, azərbaycançılıq milli həmrəyliyin və xalqımıza məxsus mənəvi dəyərlərin qorunmasında mühüm əhəmiyyət kəsb edir
Məlum olduğu kimi 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ölkəmizdə vahid, milli birliyimizə xidmət edən azərbaycançılıq ideologiyasını bərqərar etməklə Azərbaycan dövlətinin bütövlüyünü təmin etdi. Vurğulamaq yerinə düşər ki, müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ keçirmiş AXC-”Müsavat” qruplaşmasının səriştəsizliyi və yarıtmaz siyasəti nəticəsində qısa zaman ərzində ölkəmizin bir sıra regionlarında separatizm baş qaldırdı, Azərbaycan parçalanma təhlükəsi ilə qarşı-qarşıya qaldı. Məhz belə bir çətin dövrdə Ulu Öndərimizin hakimiyyətə qayıdışı və xalqımızı vahid milli ideologiya ətrafında birləşdirməsi müasir Azərbaycanın suverenliyini və bütövlüyünü təmin etdi. Yeri gəlmişkən, “Yeni Azərbaycan” qəzetinin KİVDF-nin elan etdiyi müsabiqə üzrə keçirdiyi onlayn formatda “dəyirmi masa”da da bu məqamlar xüsusi olaraq vurğulanıb. Azərbaycançılıq ideyasının təbliği istiqaməti üzrə “Azərbaycançılıq ideologiyasının milli dövlətçiliyimizin inkişafında rolu” mövzusunda təşkil edilən, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının, YAP Sumqayıt şəhər təşkilatının sədri, Sumqayıt Dövlət Universitetinin prorektoru Ramiz Hüseynovun və yazıçı-publisist Əkbər Qoşalının iştirak etdiyi tədbirdə azərbaycançılığın milli həmrəyliyin təmin olunmasında və xalqımıza məxsus mənəvi dəyərlərin qorunmasında rolundan danışılıb. Diqqətə çatdırılıb ki, azərbaycançılıq xalqımıza məxsus mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasını milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olub.
Beləliklə, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının da bildirdiyi kimi, müasir Azərbaycan dövlətinin inkişafında mili ideologiyanın-azərbaycançılıq ideologiyasının böyük rolu var. Belə ki,1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası mili dövlətçiliyimizin möhkəmlənməsində, milli birliyin formalaşdırılmasında təməl prinsipinə çevrildi. Ulu Öndər Heydər Əliyevin yaratdığı bu milli ideoloji konsepsiya o dövrdə kövrək, yeni əldə olunmuş müstəqilliyimizin, suverenliyimizin qorunmasında mühüm tezis oldu, həmin dövrün siyasi gərginliklərinin, bir sıra separatçı meyllərin aradan qaldırılmasında mühüm şərtə çevrildi. Ulu Öndər Heydər Əliyevin banisi olduğu bu ideoloji konsepsiya eyni zamanda ölkəmizdə yaşayan bütün xalqları bir amal-Azərbaycan dövalətinin qorunması və inkişafı amalı uğrunda səfərbər etməyi bacardı.
Qeyd olunduğu kimi, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və 1995-ci ilin sentyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında da vətəndaş hüquqlarının təsbitində vahid milli ideoloji prinsiplər öz əksini tapdı. “Dəyirmi masa”dakı çıxışında bu ideoloji xəttin 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayan millət vəkilinin qeyd etdiyi kimi məhz vahid ideoloji birliyimiz bütün çətinliklərə sinə gərməyimizdə, düşmənlərimizlə mübarizədə uğura nail olmamızda əsaslı rol oynayır: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətimizdə vətəndaş həmrəyliyi prioritet istiqamətlərdən biridir. Məhz bu siyasi kursun uğurlu icrası nəticəsində bu gün Azərbaycan dünyada milli həmrəyliyin, birgəyaşayışın nümunəsi olaraq qeyd edilir. Təsadüfi deyil ki, ötən dövr ərzində ölkəmizdə sivilizasiyalararası, dinlərarası dialoq mövzularına həsr olunan beynəlxalq tədbirlər keçirilib. Ölkəmizdə qonaq olan bütün xarici vətəndaşlar Azərbaycanda yaşayan xalqların vahid amal uğrunda-Azərbaycan dövlətçiliyinin inkişafı uğrunda mübarizə apardığını xüsusilə qeyd edirlər. Bu olduqca qürurvericidir. Bu gün ölkəmizdə dinindən, etnik kökündən asılı olmayaraq hər bir vətəndaş milli maraqlarımızın qorunması, milli mənafeyimizin təmin edilməsi üçün bütün gücünü səfərbər edir. Ölkəmizdə yaşayan bir sıra xalqların nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçiblər və onlarla belə vətəndaşımız Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu fakt özlüyündə ölkəmizdəki həmrəyliyin sübutudur”.
YAP Sumqayıt şəhər təşkilatının sədri, Sumqayıt Dövlət Universitetinin prorektoru Ramiz Hüseynov isə bu qənaətdədir ki, azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaqla yanaşı, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnir. Bu isə milli dəyərlərimizin bəşəri təbliğində müstəsna rol oynayır. R.Hüseyünov deyib ki, bu gün Azərbaycan dövlətinin hər bir vətəndaşı öz dövlətinin inkişafı, milli vəhdətin və birliyin qorunub saxlanılması, daha da gücləndirilməsi üçün vahid amal uğrunda-dövlətçilik amalı uğrunda mübarizə sərgiləyir. Bu mübarizədə azərbaycançılıq ideologiyası xalqımız üçün bir çətir altında bir yumruq kimi birləşmənin vahid formuludur. Elə bir sıra xarici ölkələrdə yaşayan soydaşlarımızın son günlərdə xalqımıza, dövlətimizə dəstək aksiyaları da bu deyilənləri təsdiqləyir: “Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq hər bir azərbaycanlı öz dövlətinin maraqlarını qorumalıdır. İyulun 12-dən başlayaraq ermənilərin həyata keçirdiyi hərbi təxribatların qarşısının uğurla alınması, bununla yanaşı, dünyanın bir sıra ölkələrində keçirilən Azərbaycan dövlətinə, Prezidentinə, Silahlı Qüvvələrinə dəstək aksiyaları bir daha onu göstərir ki, xalqımız öz idealları uğrunda hər zaman bir yumruq kimi birləşməyi bacarır. Yeri gəlmişkən, ölkəmizin haqq səsini dünyaya çatdıran, erməni təcavüzünün ifşasına yönəlik dinc aksiyalar keçirən soydaşlarımız yaşadıqları ölkələrdə erməni lobbi və terror qruplarının təcavüzü ilə qarşılaşır, onlara xəsarətlər yetirilir. İstər ölkə daxilində, istərsə də ölkə xaricində soydaşlarımızın Azərbaycanın haqq işi uğrunda birlik nümayiş etdirməsi, düşmənə qarşı bir yumruğa çevrilməsi, heç bir fiziki təzyiqdən çəkinməyərək milli mənafeyimiz uğrunda mübarizə aparması azərbaycançılıq ideologiyasının milli birliyimizin formalaşmasında, milli həmrəyliyimizin təmin edilməsində necə böyük rol oynadığını bir daha təsdiqləyir”.
YAP Sumqayıt şəhər təşkilatının sədri onu da əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcıçsı olduğu Yeni Azərbaycan Partiyasının da əsas ideologi xətti Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən azərbaycançılıq ideologiyasıdır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu bu ideologiyanın cəmiyyətə təqdimatı və uğurla təbliğ olunması isə Yeni Azərbaycan Partiyasının öz tarixi inkişafı yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir. Yeni Azərbaycan Partiyası daima azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinə, ölkəmizdə milli birliyin daha da gücləndirilməsinə xidmət göstərib.
Onlayn “dəyirmi masa”da çıxış edən yazıçı-publisist Əkbər Qoşalı da öz növbəsində əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının təməlinin daha da möhkəmləndirilməsi istiqamətində Prezident İlham Əliyevin, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın yorulmadan səy göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, mili kimliyimizin təbliği yönündə effektiv işlər görülür. Həm dövlət, həm də qeyri-hökumət sektorunda müxtəlif istiqamətlər üzrə aparılan çeşidli işlər azərbaycançılıq ideologiyasının cəmiyyətdə daha mökəm əsaslarda bərqərar olmasını təmin edir. Ölkə Prezidentinin istər ölkə daxilində, istərsə də ölkə xaricində milli birliyin formalaşdırılması istiqamətində apardığı siyasi kurs gənc nəslin vətənpərvər ruhda yetişməsində əsaslı rol oynayır: “Müstəqil Azərbaycanın inkişafında böyük potensiala malik, yenilməz qüvvə kimi fəallıq göstərən gəncliyin cəmiyyətdəki rolu hər keçə gün daha da artır. Prezident İlham Əliyevin “Azərbaycanı ən qüdrətli ölkəyə çevirək” çağırışına uyğun aparılan islahatlarda yeni nəslin nümayəndələrinin fəallığı hər sahədə hiss olunur. Son illərdə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda keçirilən, gənclər arasında məşğulluğun və savadlılığın artırılması kimi mühüm əhəmiyyətli problemlərə həsr olunmuş beynəlxalq simpozium və konfranslar da ölkə gəncliynin daha gözəl sabahı üçün nəzərdə tutulan tədbirlərdir”.
Qeyd olunub ki, istər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, istərsə də digər məsələlərlə bağlı qəbul olunmuş Dövlət proqramları ölkəmizdə gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir. “Azərbaycanın ölkə sərhədlərindən kənarda tanınması və təbliği üçün zəmin yaradan, əsası hələ 1970-ci illərə söykənən və Ulu Öndərimiz tərəfindənt qoyulan bu ənənə müasir dövrümüzdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi həmin kadrlar ölkəmizin inkişafının qüdrətlənməsində təcrübəli mütəxəssislər kimi çalışırlar, dövlətçiliyimizin inkişafına öz töhfələrini verirlər. Bu siyasət Azərbaycan gəncliyinin dünya birliyinə inteqrasiyasının sürətlənməsini təmin edən başlıca amildir”, - deyə Əkbər Qoşalı bildirb.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 666 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30