Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında meyvəçiliyin inkişafı məşğulluğun təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın regionlarında meyvəçiliyin inkişafı məşğulluğun təmin edilməsində mühüm rol oynayır

12.08.2020 [08:49]

Dövlətin məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar cari ildə meyvə sahələrindən bol məhsul əldə etməkdədirlər
Məlum olduğu kimi, son 17 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı siyasət sayəsində ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm uğurlar əldə olunub. Bunun nəticəsidir ki, ölkədə iqtisadiyyatın digər sahələri kimi, aqrar sektor sürətlə inkişaf edir. Qeyd etmək yerinə düşər ki, son illərdə kənd təsərrüfatı sahəsində ixracyönümlü məhsulların istehsalı istiqamətində həyata keçirilən tədbirlər meyvəçiliyin inkişafına da təkan verib. Ekspertlərin qeyd etdikləri kimi, Azərbaycanın regionlarında meyvəçiliyin inkişafı öz növbəsində məşğulluğun təmin edilməsində də mühüm rola malikdir.
Vurğulamaq yerinə düşər ki, kənd təsərrüfatı üçün prioritet istiqamətlərdən biri sayılan meyvəçiliyin daha da inkişaf etdirilməsi ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə regionlarda davamlı və genişmiqyaslı işlər həyata keçirilir. Hazırda ölkənin müxtəlif rayonlarında meyvəçilik sahəsi üzrə mövsümi məhsulların yığımı sürətlə davam edir. Məsələn, Biləsuvar rayonunda meyvə yığımı uğurla davam edir. Rayon Statistika İdarəsindən bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən altı ayı ərzində rayonda mövcud olan 1509 hektar meyvə bağından 1716 ton meyvə toplayıblar ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 391 ton çoxdur. Yığılmış məhsulun 197 tonunu alma, 261 tonunu ərik, 96 tonunu albalı, 989 tonunu alça, 173 tonunu isə gilas təşkil edib. Bağbanlar, həmçinin bağlardan 223 ton giləmeyvə də yığıblar. Rayonda meyvə yığımı davam edir.
Yeri gəlmişkən, dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar cari ildə meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərir, qurumuş, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəz olunur. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.
Bu kontekstdə qeyd edək ki, İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 784 hektar meyvə bağından 10 min 73,2 ton meyvə tədarük ediblər. Rayon Statistika İdarəsindən bildiriblər ki, cari ilin ötən ayları ərzində imişlili bağbanlar meyvə bağlarından 3 min 53,9 ton meyvə tədarük ediblər. Tədarük olunan meyvənin 567,3 tonunu alma, 552,2 tonunu armud, 179,2 tonunu ərik, 421,6 albalı, 137 tonunu şaftalı, 491,5 tonunu gavalı, 621,5 tonunu alça, 82,3 tonunu gilas və 1,3 tonunu digər meyvələr tədarük ediblər. Rayonda meyvə yığımı davam edir.
Sabirabad rayonunda da təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Rayon Statistika İdarəsindən bildiriblər ki, xeyli vaxtdır sabirabadlı bağbanlar 1851 hektar meyvə bağında yetişdirdikləri məhsulun yığımına başlayıblar. Cari ilin altı ayı ərzində təsərrüfatçılar meyvə bağlarından 3 min 223 ton meyvə tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 ton çoxdur.Tədarük olunan meyvənin 483 tonunu ərik, 262 tonunu albalı, 443 tonunu gavalı, 1290 tonunu alça, 294 tonunu alma, 451 tonunu isə gilas meyvəsi təşkil edib. Həmçinin bağlardan 1540 ton giləmeyvə də toplanılıb. Rayonda meyvə yığımı davam edir.
Bu ilin birinci yarısında Balakən rayonunda 100 hektarda yeni meyvə bağları salınıb. Yeni salınan bağların 73 hektarına fındıq, 8 hektarına şaftalı, 7 hektarına alma, 12 hektarına isə armud, gilas, ərik, gavalı və badam ağacları əkilib. Hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 13 min 194,6 hektardır.Balakən Rayon Statistika İdarəsindən bildirilib ki, hazırda bağlarda meyvə yığımı davam edir. İndiyədək meyvə bağlarından 2200 tonadək məhsul tədarük olunub. Yığılan meyvələr arasında alma, armud, albalı, alça, gilas və giləmeyvələr üstünlük təşkil edir.
Bunlarla yanaşı, Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Rayon Statistika İdarəsindən bildiriblər ki, xeyli vaxtdır ki, hacıqabullu bağbanlar meyvə bağlarında yetişmiş məhsulun yığımını aparırlar. Bağbanlar indiyədək rayonda mövcud olan 1559,3 hektar meyvə bağlarından 781 ton meyvə yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Tədarük olunan meyvənin 8 tonunu alma, 21 tonunu armud, 39,1 tonunu albalı, 3,3 tonunu gavalı, 160 tonunu alça,79,8 tonunu gilas, 437 tonunu ərik, 14,5 tonunu şaftalı və 18,3 tonunu isə sair meyvələr təşkil edib. Rayonda meyvə yığımı davam edir.
Göyçay rayonunda isə meyvə tədarükü davam edir və artıq bağlardan 5413,1 ton məhsul yığılıb. Rayon Statistika İdarəsindən bildirilib ki, meyvəçilik sakinlərin məşğul olduqları əsas təsərrüfat sahələrindəndir. Hazırda bölgədə 6340,1 hektar sahədə meyvə bağı var və təkcə ötən bir il bağların sahəsi 129, 3 hektar artırılıb. Qeyd edək ki, cari ildə daha bol meyvə yetişdirilib. Tədarük olunan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 1290,2 ton çoxdur. Dərilən meyvə birbaşa yerli və ətraf rayonların, habelə iri şəhərlərin bazarlarına çıxarılır. Məhsul bolluğu bazar qiymətlərinə də xeyli təsir edib. Belə ki, bazarda ötən illə müqayisədə gilasın qiyməti 33,4 faiz, alçanın qiyməti 33 faiz, əriyin qiyməti 25 faiz ucuzlaşıb.
Neftçalanın meyvə bağlarında da məhsul tədarükünə başlanılıb. Ötən il çoxillik meyvə bağlarından 2358,2 ton məhsul tədarük edən bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün meyvə ağaclarına lazımi qulluq göstərib. Rayon Statistika İdarəsindən bildiriblər ki, qısa müddətdə bağlardan 330,8 ton məhsul götürülüb. Yığılan meyvənin 11,4 tonunu albalı, 118,4 tonunu alça, 26,6 tonunu armud,75,9 tonunu alma, 36,8 tonunu ərik, 10 tonunu şaftalı, 49.2 tonunu gavalı, 2,5 tonunu isə gilas təşkil edib. Qeyd edək ki, hazırda Neftçalada 595,8 hektar meyvə bağı vardır ki, bunun da 96 faizdən çoxu barverəndir.
Eyni zamanda, Saatlı rayonunda da meyvə yığımı uğurla davam edir. Ötən il çoxillik meyvə bağlarından 2 min 74,8 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər. Rayon Statika İdarəsindən bildirilib ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən ayları ərzində rayonda mövcud olan 2 min 474,3 hektar meyvə bağından 2 min 146,7 ton meyvə toplayıblar ki, bu da ötən ildəkindən 71,9 ton çoxdur. Yığılmış məhsulun 128,3 tonunu alma, 368,7 tonunu ərik, 197,5 tonunu albalı, 269 tonunu gavalı, 742,5 tonunu alça, 140,9 tonunu gilas, 299,8 tonunu isə sair meyvələr təşkil edib.
Əhalinin əsas məşğuliyyət növlərindən birinin bağçılıq və tingçilik olduğu rayonlardaan biri cəbhə bölgəsində yerləşən Tərtər rayonudur. Rayonda aqrar sektorun digər sahələri ilə yanaşı, bu istiqamətdə də inkişafa nail olunub. Son illərdə rayon ərazisində meyvə bağlarının sahəsi artırılaraq 1510 hektara çatdırılıb. Hazırda rayonun digər bağlarında olduğu kimi, “Aqropat” MMC tərəfindən rayonun Xoruzlu kəndində yaradılmış intensiv bağçılıq təsərrüfatında da meyvə yığımı davam edir. MMC-nin direktoru Elçin Maqsudov bildirib ki, xarici bazarlara çıxarmaq üçün rəqabətqabiliyyətli məhsul istehsal etmək məqsədilə ilkin olaraq 128 hektarda yaradılan və sonradan sahəsi 250 hektara çatdırılan təsərrüfatda İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar meyvə tingləri müasir texnologiya əsasında əkilib. Bağçılıq təsərrüfatının yaradılmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən də istifadə edilib. Burada almanın, armudun, gilasın, əriyin, gavalının, şaftalının müxtəlif sortları, həmçinin alça, nar, xurma və badam ağacları müasir texnologiyalar əsasında becərilir. Bağın salınmasında xaricdən dəvət olunmuş mütəxəssislərdən məsləhət alınıb. Rayonun beş illik iqlim şəraiti nəzərdən keçirilib. Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında şam ağacları əkilib. Təsərrüfatda yollara asfalt örtük salınıb, bağın daxilindəki yollar çınqıl tökülərək hamarlanıb. Bununla yanaşı, bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Bağda ağacların suvarılması damlama üsulu ilə həyata keçirilir. Ənənəvi üsulla suvarmadan fərqli olaraq damlama üsulu ilə suvarma zamanı suya qənaət edilir, torpağın keyfiyyəti qorunur, məhsuldarlıq artır. İntensiv bağçılıq təsərrüfatında 70 nəfər daimi, 200 nəfərə yaxın sakin isə mövsümi işlərə cəlb olunub. Təsərrüfatda işlə təmin olunan sakinlərdən biri də Gülşən Ağayevadır. “Bağçılıq təsərrüfatı yaranandan burada işləyirik. Bağın salınmasında, ağacların becərilməsində iştirak etmişəm. Ötən il meyvələrin ilk barı olub. Bu il karantin dövrünün tələblərinə uyğun olaraq işləyirik. Məhsulumuz boldur, meyvələr gözəldir”, - deyə G.Ağayeva bildirib.Təsərrüfatda işçilər üçün istirahət otaqları, yeməkxana, ofis binası inşa edilib. Bu il, həmçinin soyuducu anbarın tikintisi nəzərdə tutulub. Gələcəkdə bağın genişləndirilməsi davam etdiriləcək. Onu da qeyd edək ki, ötən il ilk barını verən ağaclarda bu il bol məhsul yetişib. Artıq yaylıq sortların yığımı başa çatıb. Yığılan məhsul çeşidlənir, qablaşdırılır, soyuducu anbarda çəyirdəyi müəyyən olunmuş temperaturda soyudulur, sonra satışa çıxarılır. Təsərrüfatda istehsal edilən məhsul yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da göndərilir. Avqust ayının 20-dən sonra armudun digər sortunun və badamın yığımına başlanılacaq.
Qaşqay

Paylaş:
Baxılıb: 643 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30