/ / Həm ölkəmizdə, həm də xaricdə yaşayan soydaşlarımızın nümayiş etdirdikləri milli birlik haqq savaşımızın qələbə ilə başa çatmasında əhəmiyyətli rol oynadı
Həm ölkəmizdə, həm də xaricdə yaşayan soydaşlarımızın nümayiş etdirdikləri milli birlik haqq savaşımızın qələbə ilə başa çatmasında əhəmiyyətli rol oynadı
01.12.2020 [08:53]
Bu fikir “Yeni Azərbaycan” qəzetinin “Azərbaycançılıq ideologiyasının diasporumuzun fəaliyyətindəki rolu” mövzusunda keçirdiyi onlayn “dəyirmi masa”da səsləndirilib
(davamı növbəti sayımızda)
Həmin gənclərin sosial şəbəkələrdəki aktivliyinin, təbliğatlarının, digər dövlətlərin rəhbər şəxsləri qarşısında Azərbaycanla bağlı həqiqəti əks etdirən məsələləri qaldırmasının çox əhəmiyyətli olduğunu söyləyən Ayaz Mirzəyev bildirib ki, bunun əsas səbəbi həm də bu gənclərin yaşadıqları ölkənin vətəndaşları olmasıdır. “Gənclərimizin yaşadıqları xarici ölkənin vətəndaşı olaraq öz tarixi vətəni Azərbaycanla bağlı reallığı, həqiqəti işıqlandırmaları, təqdim etmələri daha böyük effekt verir. Bəli, bunlar həm də dövlətimizin uzaqgörən siyasətinin nümunəsidir”, - deyən Ayaz Mirzəyev sentyabrın 27-də başlanan Vətən müharibəsinə də toxunaraq bildirib ki, bu günlərdə biz, sanki yenidən doğulduq, ürəyimizdəki nisgil aradan qalxdı. Azərbaycan dövlətinin 30 ilə yaxın bir müddətdə münaqişənin sülh yolu ilə həlli üçün bütün gücünü və səyini ortaya qoyduğunu diqqətə çatdıran QHT rəhbəri Vətən müharibəsi dövründə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun öz gücünü düşmənə göstərdiyini söyləyib.
Qeyd olunub ki, bu müharibə zamanı bizim diaspor nümayəndələrimiz də əvəzsiz fəaliyyət nümayiş etdiriblər: “Müharibə dövründə işğaldan azad edilən bəzi rayonlarda xaricdən gələn jurnalistlərlə birgə fəaliyyət göstərdim. Həmin jurnalistlərin bəziləri ilə ünsiyyətdə olduqda fikir verdim ki, bu insanlar münaqişənin mahiyyətindən xəbərsizdirlər, informasiya qıtlığı yaşayırlar. Hətta işğaldan azad edilən rayonlar haqqında bəzən internetdən axtarış verib məlumatlar toplamağa çalışırdılar ki, bu zaman informasiyaların bəziləri ermənilərin yalan “mənbə”lərindən olurdu. Həmin günlərdə bir neçə həmkarımızla birgə bu reallıqları gördüm və anladım ki, bu müharibədə hər kəs mütləq şəkildə əlindən gələni ən yüksək şəkildə həyata keçirməlidir, təbliğata üstünlük verilməlidir. Necə ki, əsgərimiz səngərdə mübarizliklə düşməni məğlub etdisə, biz də əlimizdən gələnin ən yüksəyini ortaya qoymalıyıq. Adi bir misal çəkim ki, “TF1” kanalının nümayəndəsi çəkiliş edən zaman biz ordaydıq və çəkiliş komandası ilə tarixi məsələlərlə bağlı müzakirələr aparırdıq. Əminəm ki, məhz aparılan genişmiqyaslı iş öz bəhrəsini verdi. Çünki bizim işimiz haqq işidir”.
Diaspor nümayəndələrimiz də sınaqdan üzüağ çıxdılar
İşğalçı Ermənistanın Bərdə, Gəncə şəhərlərinə, eləcə də digər rayonlarımıza xain raket hücumlarına toxunan Ayaz Mirzəyev bildirib ki, yalnız Bərdəyə edilən hücum zamanı 70-ə yaxın insan yaralandı, 21 nəfər dünyasını dəyişdi. Bunların arasında qadınlar və uşaqlar da vardı. “İnanın ki, diasporumuzun səyi nəticəsində bu kimi faktlar dünyanın bir sıra aparıcı mətbuatında yer aldı, çap olundu, yayımlandı. Bir daha bildirildi ki, bizim hədəfimiz heç vaxt mülki insanlar olmayıb. Biz öz ərazilərimizi işğaldan azad etmək uğrunda mübarizə apardıq. Cəbhədə əsgərlərimizin mübarizliyini vurğuladıqda, diaspor nümayəndələrimizin hər birinin də bu günlər ərzində ayaq üstə olduğunu deməliyik. Döyüş günlərində onlar öz şəxsi fəaliyyətlərini kənara qoyub Azərbaycanın problemləri ilə yaşadılar, nəbzləri bizimlə vurdu. Eləcə də, bəzi xarici, məşhur ictimai insanların münaqişənin mahiyyəti ilə bağlı paylaşdıqları səhv məlumatların əksəriyyəti, məhz diasporamızın nümayəndələri tərəfindən qınanıldı. Bu qınaq yüksək effekt verdi və həmin şəxslər sonra Azərbaycana qarşı haqsız fikirlərini sosial şəbəkələrdən sildilər. Bu o deməkdir ki, bizim insanımız, diasporumuz da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində öz gücünü ortaya qoyur. Bu proses davamlıdır. Diaspor üzvlərimiz bizdən məsafəcə uzaq olsalar da, hazırkı COVID-19-la bağlı ölkəmizə rahat gələ bilməsələr də mübarizələrində, mənəvi dəstəklərində qətiyyətlidirlər”, - deyən QHT rəhbəri onu da bildirib ki, bu günlərdə hər kəs öz fəaliyyətini məhz dövlətimizin təbliği, haqq işimizin geniş yayılmasına yönləndirməlidir.
Diaspor üzvlərimizin yaşadıqları ölkələrin ictimai həyatında aktiv olmaları çox ciddi strateji məsələdir
Ayaz Mirzəyev onu da deyib ki, Ulu Öndərimiz hələ Dünya Azərbaycanlılarının I Qurultayında bildirmişdi ki, xaricdə yaşayan hər bir azərbaycanlı yaşadığı ölkənin dilini bilməli, onun ictimai həyatında fəal iştirak etməlidir. QHT rəhbərinin fikrincə, bu, Azərbaycanın milli maraqları baxımından çox vacibdir. “Bu fikirlər hazırkı vəziyyətimizlə tamamilə uzlaşır. Düşünürəm ki, hansısa xarici ölkədə yaşayan soydaşlarımızın, diaspor üzvlərimizin həmin dövlətlə bağlı gələcək planları varsa, həmin ölkənin tarixini, adətini və dilini öyrənməlidir. Təəssüf ki, bəzi hallarda soydaşlarımız müəyyən ölkələrdə kompakt halda yaşasalar da, heç də hamısı o ölkənin dilini bilmir. Bu, bir sıra hallarda həmin ölkələrdə xırda problemlərin yaranmasına belə gətirib çıxarır. Dil bilməmək, həmin ölkənin ictimaiyyətinə daxil olmamaq deməkdir. Bu çox ciddi faktdır. Dil bilməmək, sənin həmin ölkənin siyasi məsələlərinin müzakirəsində iştirakına qarşı ən böyük baryerə çevrilir. Hələ Ümummilli Lider Heydər Əliyevin dövründə bu məsələ çox ciddi bir nüans kimi nəzərdən keçirilmişdi. Eləcə də cənab Prezident İlham Əliyevin xarici səfərlərində bu məqam ən vacib elementlərdən sayılırdı. Cənab Prezidentimiz xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla keçirdiyi görüşlərdə bunu xüsusi vurğulayırdı. O görüşlərin bəzilərinin canlı şahidi kimi deyə bilərəm ki, cənab Prezident bir nömrəli vəzifə kimi diaspor üzvlərimizə bildirirdi ki, siz Azərbaycanın elçilərisiniz, siz Azərbaycanın burada görən gözü, vuran ürəyisiniz. Diaspor üzvlərimizin yaşadıqları ölkələrin ictimai həyatında aktiv olması çox ciddi strateji məsələdir”, - deyən Ayaz Mirzəyev əlavə edib ki, bu gün ortaya adi bir nüans çıxdığı zaman dövlət orqanlarımıza, Xarici İşlər Nazirliyi səviyyəsində rəsmi müraciətlər edilməsi məcburiyyəti yaşanır. Məhz bu zaman aktiv diaspor nümayəndələrimizin rolu, çəkisi, onların nə dərəcədə intellektual olması, hansı dərəcədə olduqları ölkənin ictimai siyasi həyatında rol oynaması, həmin ölkənin qanunvericiliyinə nə dərəcədə bələd olması ortaya çıxır. Onun fikrincə, bir çox hallarda ortaya çıxan xırda məsələləri diaspor nümayəndələrimiz həll edir. Bu mənada, ölkə Prezidentinin qeyd etdiyi məqamların olduqca mühüm məqamlar olduğunu söyləyən Ayaz Mirzəyev bildirib ki, bu gün atılan addımlar Azərbaycan xalqının gələcəyinə hesablanmış addımlardır.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirən milli məfkurədir
Mövzunu davam etdirən Milli Məclisin deputatı Ramin Məmmədov isə Azərbaycanda diaspor quruculuğu prosesinin məhz azərbaycançılıq məfkurəsinin baza prinsiplərinin əsasında formalaşdığını diqqətə çatdırıb. Bildirilib ki, Ümummilli Liderimiz həm xalqa müraciətində, həm xarici səfərlərində mütləq mənada milli-mənəvi dəyərlər kompleksini önə çəkirdi ki, məhz həmin dəyərlər kompleksi azərbaycançılıq ideologiyasının sütunu və əsasıdır. 70 il Sovet ittifaqı çərçivəsində sovet ideologiyasnın diktəsi altında milli-mənəvi dəyərlərimizin basqı altında olduğunu söyləyən Ramin Məmmədov bunları kifayət qədər dərindən bilən Ümummilli Liderimiz bizləri, xalqımızı bu günlər üçün hazırladığını bildirib: “Ulu Öndər azərbaycançılıq ideologiyasının geniş təbliğ olunması ilə bağlı işlərə start verəndə, məhz bu günləri Öz prizmasında, Öz uzaqgörən siyasəti nəticəsində görürdü. Ümummilli Liderimizin o zamanlar “Mən tamamlamadığım işləri İlham Əliyev davam etdirəcək” ifadəsini biz bəlkə də həmin zaman kəsiyində dərin anlamırdıq. Amma 30 il sonra müstəqillik qazanmış bir dövlətin kifayət qədər dərin yol keçdiyinə nəzər salanda bu ifadənin nə qədər genişməzmunlu olduğunu bir daha görürük. Bu gün Azərbaycanın istənilən guşəsi abaddır, yüksək infrastruktur layihələri həyata keçirilir, Bakı dünyanın ən gözəl şəhərləri sırasında yer alır. Biz buna hardasa texniki nöqteyi-nəzərdən yanaşırıq, amma həm ideologiyamızın yeni çalarda formalaşmasına, həm də diasporamızın öz güclü ölkəsinə bağlılığının artmasına bu kimi amillər çox müsbət təsir edir. Azərbaycanda keçirilən beynəlxalq yarışlar gəncliyin vətənpərvər ab-havada böyüməsinə müsbət təsir göstərir. Eləcə də, azərbaycançılıq ideologiyası start götürdüyü yerdə dayanmır. Həyat davam etdikcə bu ideologiya da getdiyi yollarda müxtəlif komponentlərlə zənginləşir, güclənir, əhatə dairəsi artır, öz daxilinə yeni elementlər daxil edir”.
Millət vəkili deyib ki, bu amil Azərbaycan Respublikasında yaşayan vətəndaşlarımızla yanaşı, geniş miqyasda, bütün dünya azərbaycanlılarını əhatə edir. Azərbaycançılıq ideologiyasının inkişafını 2020-ci ildə bir daha müxtəlif platformalarda müxtəlif məqamlarda çox aydın şəkildə gördüyümüzü deyən Ramin Məmmədov onu da deyib ki, aparılan siyasət nəticəsində bu gün dünyanın istənilən yerində keçirilən mitinqlərdə gənclərimiz bayrağımızı fəxarətlə dalğalandırır.
“Bu bizə sevinc, fəxr hissi yaşadır, həm də bizdə məsuliyyət yaradır. Azərbaycançılıq ideologiyası inkişaf etməli, zənginləşməli, dövrün tələblərinə uyğun müəyyən əlavələri özündə əks etdirməlidir. Düşünürəm ki, azərbaycançılıq ideologiyasının alternativi yoxdur. Sadəcə olaraq, hər bir vətəndaş bu ideologiyanın tərkib hissəsinin zənginləşdirilməsinə çalışmalıdır. Dövlətimizin ideoloji baxımdan apardığı iş aydın, görünən və dərindir. Bu siyasət həm uzun müddətə köklənib, həm də hesablanıb. Həmin ideoloji işin komponentlərindən olan iqtisadiyyatımızın genişləndirilməsi və gənclərimizin yeni dövrün tələblərinə uyğun formalaşdırılması və inkişafı davam etdirilir. Məhz bütün bunların nəticəsidir ki, bu gün istəklərimizi dünyaya qəbul etdirə bilirik. Biz doğru yoldayıq. Dövlətlə diaspor arasındakı siyasət doğru tənzimlənir, idarə olunur”, - deyə millət vəkili əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

