Azərbaycançılıq milli dövlətçilik ideologiyasıdır
14.01.2021 [09:15]
Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini, sosial hüquqlarının bərabərliyi və milli həmrəylik ideyası dayanır
Məlum olduğu kimi azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Bir qədər də geniş ifadə etsək, azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və ölkəmizdə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Təbii ki, zaman-zaman azərbaycançılıq ideologiyası haqqında fikirlər irəli sürülüb, məqalələr yazılıb, araşdırmalar aparılıb. Bütün buların fonunda Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycançılıq ideologiyasının iqtisadi, sosioloji və politoloji aspektləri diqqəti daha çox cəlb edir. Azərbaycançılığın bir ideologiya olaraq məqsədi bir sıra elmlərin nəticələrindən istifadə etməklə Azərbaycan və azərbaycanlılar haqqında elmi təsəvvür yaratmaq və onun dünyadakı universal mövqeyini müəyyənləşdirməkdir. Bu istiqamətdə Ulu Öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasət tariximizin silinməz şanlı səhifələrinə və dövlətçilik ideologiyasının əsas bazasına çevrilib.
Azərbaycançılıq ideyasının təkamül prosesi çoxşaxəli olub
Vurğulandığı kimi, müxtəlif dövrlərdə görkəmli elm və mədəniyyət xadimlərimiz azərbaycançılıq ideyasını əsərlərində geniş şəkildə təhlil etmişlər. Ümumiyyətlə, ötən əsrin əvvəllərindən azərbaycançılıq ətrafında gedən ideya və fikir mübarizələrinə nəzər saldıqda aydın olur ki, azərbaycançılıq ideyasının təkamül prosesi çoxşaxəli və ziddiyyətli olub. Milli dövlətçilik hərəkatının qabaqcıl nümayəndələrinin və Xalq Cümhuriyyətinin qurucularının konsepsiyasına görə müstəqillik ideyası ölkədə yaşayan bütün xalqların hüquq bərabərliyinin tanınmasına əsaslanırdı. Onun fəlsəfi əsası azərbaycançılıq, islamçılıq və müasirləşmə şüarından ibarət idi. Bu şüar Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi doktrinasını təşkil edirdi.
Azərbaycançılıq ideologiyası ayrı-ayrı şəxslərin düşüncə və duyğularına hakim kəsilən təsəvvürlərin məcmusunu, onların özlərinin, ailələrinin, xalqının, Vətəninin sabahı naminə arzularını əks etdirir. İdeologiya dövləti yaradır, dövlət isə siyasi ideyanı məqsədyönlü istiqamətə yönəldir. Lakin bu prosesə birdən-birə yaranan, necə deyərlər, yoxdan var olan bir hadisə kimi baxmaq olmaz. Azərbaycançılığın ilkin dövrlərdə türkçülük və islamçılıq kimi ideyalardan faydalandığını da inkar etmək olmaz. Azərbaycan milli hərəkatının ilk tədqiqatçılarından olan Mirzə Bala Məhəmmədzadənin qeyd etdiyi kimi, hələ 1905-ci ilə qədər Azərbaycan cəmiyyətində milli birlikdən daha çox dini birlik anlayışı üstünlük təşkil edirdi.
Azərbaycançılıq ideyasını ilk dəfə yaradıcılığının ana xəttinə çevirməkdən çəkinməyən Cəlil Məmmədquluzadənin özü də əsərlərində İslam və Şərq siyasi mənliyinin ideoloqu kimi çıxış edirdi. XIX əsrin ortalarında Mirzə Fətəli Axundov tərəfindən qaldırılmış, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın qərarı ilə rəsmiləşdirilmiş latın əlifbası məsələsi sonradan gerçəkləşdirilməmiş, əksinə, 1939-cu ildə Azərbaycan xalqının milli iradəsi əleyhinə olaraq mərkəzdən çıxarılmış xüsusi qərarla xalqımız üçün yad olan yeni bir əlifbaya-kirilə keçilmişdi. XX əsrin sonlarına qədər bir çox milli əhəmiyyətli problemlər kimi latın qrafikalı əlifba məsələsi də öz aktuallığını itirməyərək həllini gözləyirdi. Məsələni Ümummilli Liderimiz Heydər Əliyevin tarixi qətiyyəti həll etdi. Belə ki, Ulu Öndərimiz latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi ilə bağlı 18 iyul 2001-ci il tarixli Fərman imzalamaqla iki əsrə qədər uzun bir zaman ərzində həll olunmamış bu problemin aradan qaldırılmasında həmişə olduğu kimi, qətiyyətli mövqeyini nümayiş etdirdi. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı və xüsusilə latın qrafikalı əlifbaya keçid Ulu Öndər Heydər Əliyevin Özünün dediyi kimi “milliliyimizi, azərbaycançılığımızı göstərən çox mühüm bir amil kimi” qiymətləndirilməlidir. Müstəqil dövlətimizin qurucusunun həmin ilin 9 avqustunda “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” növbəti Fərmanı ilə 1 avqust günü əlifbamızın və dilimizin bayramı kimi rəsmiləşdirildi ki, bu da azərbaycançılığın yeni bir ifadəsi oldu.
Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin hər biri azərbaycançılığı bir ideya olaraq görürdü. Ulu Öndər Heydər Əliyevin isə onlardan böyük fərqi ondan ibarət oldu ki, O, azərbaycançılığı dövlət ideologiyasına çevirdi. Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir”.
Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji əsaslar var
Müasir dünya yalnız iqtisadi, sosial-siyasi münasibətlər dünyası deyil, həm də etnik münasibətlər dünyasıdır. Odur ki, bu və ya digər xalqın ön sıralarda getməsi üçün tarixən qazandığı etnik potensialdan tələb olunan səviyyədə istifadə etməsi lazım gəlir. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, ana dilidir, Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həm həmrəyliyi gücləndirməkdən, həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrinə səfərlərində Azərbaycan icmalarının nümayəndələri ilə görüşən, onlara hərtərəfli dəstək verən Ulu Öndərimiz dünya azərbaycanlılarının milli birliyi uğrunda mübarizəni Azərbaycan dövlət siyasəti səviyyəsinə yüksəldib.
Azərbaycançılıq ideologiyasında vətənpərvərlik amili də mühüm yer tutur. Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətinin təcəssümüdürsə, vətənpərvərlik insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlığının göstəricisidir.
Azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir. Azərbaycançılıq kontekstində vətəndaşlıq, vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə və dövlətə vahid yanaşma sistemdir. Bu üçlüyün vəhdətində birlik və sabit dövlət quruluşu mümkündür.
Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində
Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Lakin vətəndaşlıq məsuliyyəti daha çox mənəvi məsuliyyətlə bağlıdır. Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.
Azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi, azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosial-mədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin əsasını təşkil edir.
Hazırkı dövrə gəlincə qeyd etməliyik ki, azərbaycançılıq bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Bu da səbəbsiz deyil. Çünki bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlar qazanan Azərbaycan Respublikası məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ideologiya və strategiya əsasında inkişaf edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək demişdir: “Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Bir sözlə, azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli-ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Hazırda bu proses uğurla davam edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17

