Daha güclü Azərbaycan üçün...
15.02.2024 [10:35]
Xalq və dövlət maraqlarının uğurlu vəhdəti təmin edilir
Hər bir Azərbaycan vətəndaşının borcu dövlətin mənafeyindən çıxış etmək, şəxsi münasibətləri kənara qoyub, ictimai maraqlara üz tutmaqdır. Çünki bu maraqlar üst-üstə düşmədən və müdafiə edilmədən cəmiyyət inkişaf edə bilməz. Ona görə də bu gün torpağı, Vətəni, xalqı sevən hər bir kəs dövlət və ictimai maraqları üstün tutur və öz fəaliyyətini bu istiqamətdə qurur.
Bu mənada, deyə bilərik ki, Azərbaycan dövlətinin maraqları xalqın, ictimaiyyətin maraqlarıdır. Bunu 44 günlük müharibə və lokal antiterror tədbirlərinin timsalında bir daha gördük. Həmin günlərdə dövlət də, ictimaiyyət də eyni məqsəd uğrunda mübarizəyə qoşuldu. Hər ikisi özünün tarixi qələbəsini çaldı. Bu gün ölkədə baş verən inkişaf iqtisadiyyatın yüksəlişi, beynəlxalq aləmdə əldə olunan nailiyyətlər, Azərbaycanın ən mötəbər tədbirlərə ev sahibliyi etməsi, digər tərəfdən iqtisadi ticarət əlaqələrinin gündən-günə genişlənməsi, məhz dövlət maraqlarının xalq tərəfindən, ictimaiyyət tərəfindən müdafiə olunmasının bir nəticəsidir. Çünki Azərbaycan dövləti demokratik, sivil bir dövlətdir. Bu, dövlətin möhkəmləndirilməsi və inkişafı xalqın birliyindən, eyni zamanda, dövlətə inamından, etimadından qaynaqlanır.
Politoloq İlyas Hüseynov mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, ictimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir: “Çünki bu məsələ hər bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim öz aktuallığını qoruyur. Xüsusilə qeyd etmək lazımdır ki, ictimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirirlər. Azərbaycan Respublikasında da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı bildirib ki, bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”.
O qeyd edib ki, Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusu milli maraqlardır: “Nəzərə alsaq ki, müasir Azərbaycan cəmiyyəti intellektual əsaslarda formalaşmış modern bir cəmiyyətdir, o zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edir. Son illər prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm və vacib addımlar atılıb. Sirr deyil ki, beynəlxalq müstəvidə Azərbaycanın dövlət və milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürüdülür. Xüsusilə də, Ermənistan-Azərbaycan gərginliyinin sonlanması, yekun sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər, aparılan uğurlu xarici siyasət təqdirəlayiqdir”.
İ.Hüseynov bildirib ki, Azərbaycanda dövlət maraqları ilə ictimai maraqlar uzlaşır: “Bu, bütün sahələrdə özünü göstərir. İstər iqtisadiyyatda, istər siyasətdə, istər mədəni-mənəvi aləmdə milli dəyərlərimizin qorunmasında xalqın məqsədi dövlət mənafeləri ilə birgə uzlaşmaqdadır. Azərbaycan dövləti bu gün xalqın sosial rifah halının yaxşılaşdırılmasına birinci dərəcəli vəzifə kimi baxır. İlham Əliyev Prezident seçkiləri zamanı öz platformasında da sosial rifahı birinci dərəcəli vəzifə kimi təqdim etdi. Bu da öz növbəsində xalqa, ölkənin gələcəyinə bəslənilən qayğının diqqətin əyani nümunəsi idi. Çünki bu gün ictimai maraqları təmin etmək, xalqın səsinə səs vermək, insanların arzu və təkliflərini əməli işdə həyata keçirmək dövlətin və ölkə rəhbərinin başlıca vəzifəsi sayılır. Bu məqsəd, eyni maraqlara xidmət etdiyi üçün Azərbaycan xalqı özünün gələcəyinə böyük ümidlə baxır”, - deyən politoloq vurğulayıb ki, Azərbaycan Prezidentinin seçkilərdə yüksək səs qazanması və ona xalqın böyük etimadı məhz dövlət və ictimai maraqların uzlaşmasından irəli gəlir. Çünki Azərbaycan xalqı bilir və aydın düşüncədədir ki, dövlətin maraqlarını ictimai maraqlarla uzlaşdırmaq və bərabərləşdirmək dövlətin gələcəyi üçün önəmlidir.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24

