Ölkəmizdə plüralizm məhdudlaşdırılmır!
12.03.2024 [10:15]
Azərbaycan demokratiya yolu ilə gedən dövlətdir...
Hər bir ölkədə azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri hesab edilir. Bu gün informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafındakı mövqeyi hər gün artmaqdadır. Etiraf edək ki, bütün ölkələrdə söz və mətbuat azadlığı demokratiyanın əsas meyarlarından biridir. Söz azadlığı senzuraya məruz qalan cəmiyyətlərdə isə insan hüquqlarının tez-tez pozulması hallarına rast gəlinir.
Mətbuat demokratik həyatımızın əvəzsiz elementi, informasiya almaq və yaymaq azadlığının ən təsirli vasitəsi kimi cəmiyyəti maarifləndirmək, düzgün məlumat vermək vəzifəsini yerinə yetirir. Bu vəzifəni azad şəkildə yerinə yetirmək üçün mətbuat azadlığının böyük əhəmiyyəti var. Ölkəmizdə bu hüquq bütün media nümayəndələrinə təklif olunur. İctimaiyyətin və cəmiyyətin sürətli, qərəzsiz və dəqiq məlumat almaq hüququnun təmin edilməsində mühüm rol oynayan belə media mənsublarına hər zaman ehtiyacı duyulur.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən millət vəkili Azər Badamov bildirib ki, söz və mətbuat azadlığı, fikir plüralizmi açıq cəmiyyət quruculuğunun prioritet məsələlərindən biridir, söz və mətbuat azadlığı demokratiyanın göstəricisidir: “Biz açıq cəmiyyət qurmaq, vətəndaşın dövlətin həyatındakı rolunu artırmaq istəyiriksə, mütləq söz və mətbuat azadlığını təmin etməli, fikir müxtəlifliyinə nail olmalıyıq. Demokratik təsisatların inkişaf etməsinin qeydinə qalmalıyıq. Çünki şəffaf cəmiyyət quruculuğu, açıq və ədalətli mübarizə mühitinin inkişafını təmin edir, yeni hədəflərin, ideyaların ortaya çıxmasına səbəb olur. Qapalı cəmiyyətlər isə hər zaman inkişafdan geri qalıb. Fikir azadlığı və demokratiya olmayan, hamının eyni cür düşünməyə məhkum edildiyi ölkələr müxtəlif kriteriyalar üzrə rəqabətdə azad və demokratik dövlətlərə məğlub olurlar”.
A.Badamovun sözlərinə görə, bu gün ölkəmizin media məkanında mövcud qanunvericilik olduqca təkmilləşdirilib: “Azərbaycan demokratiya yolu ilə gedən dövlətdir. Həmçinin 1995-ci ildə qəbul edilən Konstitusiyada söz azadlığı, plüralizm, insan hüquqlarının müdafiəsi və qorunması, vicdan azadlığı, qadın və kişilərin bərabərhüquqlu olması məsələsi açıq-aydın öz əksini tapıb. Sonradan keçirilən referendumlarda da bununla bağlı təkmilləşmələr aparılıb. Qanunvericilikdə söz azadlığı, plüralizmlə bağlı kifayət qədər maddələr var. Bu gün ölkəmizdə plüralizmi məhdudlaşdıran heç nə yoxdur. Azərbaycanda sərbəst toplaşmaq, söz azadlığı haqqında qanunlar yüksək səviyyədə təsbit olunub. Bununla bağlı qəbul edilən qanunların hər biri beynəlxalq ekspertlər tərəfindən nəzərdən keçirilib. Dövlətimiz, eləcə də Milli Məclis yeni qanunların qəbul edilməsinə, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə maraqlıdır. Bu, prioritet məsələlərimizdən biridir. Ölkəmizdə hazırda söz azadlığını, plüralizmin inkişafını ləngidən, problem yaradan hər hansı məsələ varsa, parlament bu məsələnin qaldırılmasına müsbət yanaşır. Belə də olmalıdır, çünki cəmiyyət inkişaf etdikcə ictimai münasibətlərdə də müəyyən tənzimləmələrə zərurət yaranır”.
A.Badamov qeyd edib ki, plüralizm, söz, fikir və məlumat azadlığı Azərbaycan qanunları ilə tənzimlənir: “Azərbaycan dövləti hər zaman mətbuat azadlığı, aşkarlıq, şəffaflıq istiqamətində tədbirlər görür, qanunlar qəbul olunur. Lazım gəldikdə müəyyən dəyişikliklər də edilir. Azərbaycanda bu qədər QHT-lərin, Kütləvi İnformasiya Vasitələrinin mövcud olması özü elə media, söz azadlığıdır. Bu istiqamətdə Azərbaycanda heç bir problem və məhdudiyyətlər olmamalıdır. Bu məsələlərlə bağlı müvafiq qanunlara əməl edilməsi vacibdir”.
Deputatın sözlərinə görə, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir: “Ölkəmizdə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. KİV-lər cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin mühüm tərkib hissəsidir. KİV cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu gün ölkəmizdə medianın azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

