Təbiətin füsunkar gücü
14.03.2026 [09:15]
Dünyanın qeyri-adi çayları...
Təbiətin ən füsunkar və canlı möcüzələri sırasında çayların xüsusi yeri var. Onlar sanki yer üzünün damarları kimi dağlardan başlayaraq vadilərdən, meşələrdən və düzənliklərdən keçib həyat daşıyırlar. Min illərdir ki, çaylar insanlara su verir, torpaqları bərəkətləndirir və saysız-hesabsız canlıların yaşaması üçün şərait yaradır. Təbiətə möhtəşəm görüntü verən çaylar, eyni zamanda, insanların ruhunun yenilənməsinə, estetik zövqünə mühüm təsir göstərir.
Çaylar haqqında geniş və maraqlı məqamları qeyd etmək olar. Dünyada qeyri-adi görünüşləri ilə seçilən çaylar var. Hansı ki, bu çaylar özünəməxsus görüntüsü ilə diqqətləri cəlb edir, eyni zamanda, həmin ölkələrdə olan turistlərin marağına səbəb olur.
Hər il göyqurşağı rənglərinə boyanır...
Kolumbiyada yerləşən Kanyo Kristales çayı hər il göy qurşağı rənglərinə boyanır. Çay bəzən çəhrayı, yaşıl, sarı və mavi rənglərdə axır. Kanyo Kristales xalq tərəfindən “5 rəngli çay”, “Cənnətə doğru irəliləyən çay”, “Axan göyqurşağı” kimi də tanınır.
Çayın davamlı dəyişən rəngləri Kolumbiyanın xüsusi sehiri kimi açıqlansa da, əslində, iyun və noyabr ayları arasında reallaşan təbiətin bir möcüzəsidir. Yaz və yay aylarında qısa müddətə də olsa, rəngarəng açan “Alg” adlı bitki çayı göyqurşağına bürüyür. İl ərzində yosunabənzər bu bitkinin tünd yaşıl rəngdə göründüyü deyilir. Ancaq yağış mövsümü gəldiyində və su səviyyəsi artdığı zaman bitki çay üzərini örtən bənövşəyi, çəhrayı, sarı və yaşıl rənglər halında yayılır.
Quraq mövsümlərdə isə sular çəkildiyindən algların mövcudluğu azalır. Kolumbiyanın yağışlı mövsümündə çayın suları sürətlə axarkən alglar rəng dəyişdirmir. Yalnız sentyabr aylarında 2 və 3 həftə əlverişli şərtlərdə alglar rəngarəng bir görüntüyə sahib olur. Beləliklə, ortaya göyqurşağı kimi bir mənzərə ortaya çıxır.
Yay aylarında donan çay
Çinin Yunnan əyalətindəki Mavi Ay çayı turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir. Mineral sularla zəngin olan çayı yağış yağanda ağ palçıqlar və digər maddələr ağ rəngə boyayır. Buna görə də onu yerli əhali (Naxilər) Ağ su çayı adlandırır.
Çay dağdan axan qar və buzların əriməsi ilə qidalanır. Çayın maraqlı tərəfi isə yay aylarından donmasıdır.
Ən çirkli çay...
Yeri gəlmişkən, Konqo ən dərin çay hesab olunur. Bundan başqa, dünyanın ən qısa çayı Rou adlanır. ABŞ-ın Montana ştatında yerləşən bu çayın qollarından birinin uzunluğu cəmi 17,7 metrdir. İndoneziyada olan Sitarium isə ən çirkli çaydır.
Yarlunq Sanqpo - ən yüksəklikdə yerləşən çaydır. Dəniz səviyyəsindən təxminən 3000 metr yüksəklikdədir. Rio-de-la-Plata isə ən enli çay hesab olunur. Uruqvay və Parana çaylarının qovuşması nəticəsində yaranan bu çayın eni 225 metrdir.
Hansı uzundur, Nil yoxsa Amazon?
Dünyada çoxlu çaylar var. Lakin onlar arasında hansının daha uzun olması maraqlıdır. Çayların uzunluğu isə müəyyən meyarlarla təyin olunur. Dünyanın ən uzun çayı hesab edilən Nil Afrikanın 10 ölkəsinin ərazisindən keçir və uzunluğu 6650 kilometrdir. Nilin iki əsas qolu var: Ağ və Mavi Nil.
And dağlarından başlayaraq Atlantik okeanına tökülən Amazon çayı isə ikinci ən uzun çaydır. Lakin bu məsələdə müəyyən fikir ayrılıqları var. Bəzi tədqiqatçıların fikrincə, Amazon çayı Nildən daha uzundur. Onun uzunluğu 6259-6800 kilometr arasında dəyişir.
Qeyd edək ki, bu gün Beynəlxalq Çaylar Günüdür. Bu ekoloji təqvim 1998-ci ildə təsis edilib. Beynəlxalq Çaylar Günü su hövzələri, onların problemləri barədə cəmiyyəti maarifləndirmək məqsədi daşıyır. Hər il bu günlə əlaqədar müxtəlif tədbirlər və aksiyalar keçirilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45

