Sağlam yuxu üçün nə etməliyik?
17.03.2026 [08:54]
Yuxu beynimizin normal fəaliyyəti üçün ən vacib fizioloji proseslərdən biridir. Hər kəs gücünü bərpa etmək və fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyur. Məlumdur ki, yuxu bədənin özünü yenilədiyi vaxtdır və az istirahət insan orqanizmində daha çox problem deməkdir. Lakin bəzən işlərin çoxluğu, bəzən də ekran qarşısında saatlarla vaxt keçirmək kimi səbəblərdən yuxumuzu yetəri qədər almırıq.
Araşdırmalara görə, insanın öz gücünü tam bərpa etməsi üçün 12 saat istirahət və yuxu lazımdır. Amma vacib deyil ki, 12 saatınızı yuxuya həsr edəsiniz. 8 saat normal yuxu kifayətdir, lakin əsas məqamlardan biri saat neçədə yatmaqdır.
Düzgün yuxu saatı...
Tədqiqatlar göstərir ki, yetkin insanlar orta hesabla 6-8 saat yatmalıdır. Bir çoxları gecə saatlarında yuxuya gedib, səhər 9-10-da oyanaraq, 8 saatı başa vurduğundan arxayın olur. Lakin yuxu hesablamasına görə, insanın saat neçədə yatmasından asılı olaraq onun yuxu saatı hesablanır. Belə ki, axşam saat 19-21 arası yatdıqda, bu müddət 6-7 saat yuxuya bərabərdir.
Bu saatlarda yatsanız...
Ən qiymətli və uzun yuxu vaxtı saat 21-23 arasıdır. Əgər bu saatlarda yatsanız, sonra yatmasanız belə, elə hesab edilir ki, 6-7 saat yatmısınız. Çünki məhz bu saatlar arası yuxuda orqanizm gücünü bərpa edir, beyin təmizlənir, hormonlar qaydasına düşür. Düzgün vaxtda yatmadıqda xroniki yuxusuzluq və yorğunluq sindromu başlayır.
Yuxu niyə önəmlidir?
Milyonlarla insan üzərində aparılan epidemioloji tədqiqatların nəticəsi əsasında bu sadə fakta varmaq olar: nə qədər az yatarsan, ömrün bir o qədər qısalar. Yəni qocalmamaq və mümkün qədər sağlam qalmaq istəyirsinizsə, gecələr yaxşı yatmalısınız.
Yuxusuzluğun əsas səbəblərindən biri işlərin çoxluğudur. Bir çox insan işlərini tamamlamaq üçün yuxusuz qalmağı seçsə də, bu, insanın uzun müddət fəaliyyət göstərməsinə əngəl yaradır. Yuxusuzluğun səbəb olduğu və nəticədə məhsuldarlığı aşağı salan bəzi təsirlər bunlardır:
Yavaş reaksiya
Bədən kifayət qədər istirahət etmədikdə beyin yorğun olur, buna görə də insan konsentrasiyanı asanlıqla itirə və ya ləng davrana bilir. Bədən hərəkətlərinin yavaşlaması isə öz növbəsində ətrafdakı dəyişikliklərə reaksiya sürətini azaldır. Bunlar eyni zamanda insanın karyerasına da ciddi zərər verə bilər.
Səhv etməyə meyillilik
Yetəri qədər yatmadıqda səhv etmək ehtimalı normal yuxu alan insanlarla müqayisədə xeyli yüksəkdir. Bu, istənilən fəaliyyətdə problem demək olsa da, xüsusən iş yerində mühüm mərhələləri idarə edərkən olduqca risklidir.
Keyfiyyətli yuxu...
Özünüzü müntəzəm olaraq yorğun və ya yuxulu hiss edirsinizsə bu, kifayət qədər keyfiyyətli yuxu almadığınıza işarədir. Problemi həll etmək üçün bir çox yol var. Əvvəlcə bir yuxu rejimi qurmaq lazımdır. Çox gec olmayan bir yuxu saatı seçdikdən sonra bu vaxta qədər sakitləşmək üçün bəzi məşğuliyyətlər tapıla bilər. Məsələn: kitab oxumaq, meditasiya etmək və s.
Nə üçün qarabasmalar və kabuslar görürük?
Niyə yuxu görürük sualına cavab olaraq bir çox fərqli nəzəriyyələr irəli sürülüb. Mütəxəssislərin fikrincə, yuxular emosional travmalarımızla üzləşmənin bir yoludur. Oyaqkən üzləşə bilmədiyimiz, yaxud üzləşməkdən qorxduğumuz hisslərlə yuxuda olarkən qarşılaşırıq.
Bəzən o qədər gözəl yuxular görürük ki, kaş heç oyanmasaq və ya dərhal yatıb onları bir daha görsək, deyə düşünürük. Bəzən də kabus dolu yuxudan dik atılaraq oyanırıq. Bu, gün ərzində əhvalımıza mənfi təsir edir. Kabus görməyimizə səbəb kimi gün ərzində yaşadığımız stress, yanlış qidalanma və zərərli vərdişlərdən istifadə kimi göstərilir. Deyilənə görə, yuxu utopiyadırsa, kabus əsl distopiyadır. Amerika Yuxu Dərnəyinin (ASA) araşdırmalarına görə, insanların 5 faizi daimi kabuslar gördüyü üçün yuxuya getməkdən qorxurlar.
Yeri gəlmişkən, martın 17-si Ümumdünya Yuxu Günüdür. Bu gün ilk dəfə 2008-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə qeyd edilib.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45

