Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub
06.06.2026 [14:32]
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt Aşqabad şəhərində yerləşən Böyük Saparmurat Türkmənbaşı adına Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycan mədəniyyət naziri Adil Kərimli və Türkmənistan Dövlət Təsviri Sənət Muzeyinin direktoru İsmail Orazov çıxış ediblər.
Qonaqların sərgi ilə tanışlığı zamanı məlumat verilib ki, təqdimat Azərbaycan Milli İncəsənət Muzeyinin “Əzim Əzimzadənin əsərlərində yaşayan milli irsimiz” sərgisi, Azərbaycan Milli Xalça Muzeyinin fondundan ənənəvi və müəllif xalçalarının nümayişi, eləcə də ənənəvi sənətkarlıq sərgisi və “Müasir modada milli naxışlar” adlı moda tanıtımını əhatə edir.
Ekspozisiyada Xalq rəssamı, Azərbaycan peşəkar qrafika sənətinin banilərindən olan Əzim Əzimzadənin əsərləri ilə yanaşı, həmin əsərlərdə təsvir edilən mühit muzey eksponatları vasitəsilə tamaşaçılara çatdırılır.
Sərgidə XIX əsrdən bu günədək dövrü əhatə edən xovlu, xovsuz xalçalar və xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur. Sərgini Xalq rəssamı Eldar Mikayılzadənin əl işləri daha da dolğunlaşdırır.
Sərgi məkanında qurama sənəti ilə bağlı nümunələr də yer alıb. Mərhum Xalidə Nəsirova tərəfindən yaradılan quramalar türk dünyagörüşünün parlaq ifadəsidir.
Şəbəkə sənəti, əlvan şüşələrdən hazırlanan işıqlı kompozisiyalar Şəkidən olan sənətkar Hüseyn Hacımustafazadə tərəfindən “ustad dərsi” formatında əyani şəkildə göstərilir. Zərgərliklə bağlı ənənələr isə sənətkar Füzuli Əlizadə tərəfindən təqdim olunur.
Burada, həmçinin tanınmış modelyer Gülnarə Xəlilova və gənc modelyer Anara Zakirlinin “Müasir modada milli naxışlar” adlı geyim kolleksiyası nümayiş etdirilir.
Ümumi konteksti Azərbaycan mədəni irsinin kompleks şəkildə təqdimatına xidmət edən sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30

