Bakıda “Real məkan. Konseptual məkan”- alman fotoqrafiyası 90-cı illərdə” adlı sərgi açılıb
25.01.2014 [10:54]
Yanvarın 24-də Müasir İncəsənət Muzeyinin, Almaniyanın Xarici Əlaqələr İnstitutunun (İFA) və Almaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Real məkan. Konseptual məkan” - alman fotoqrafiyası 90-cı illərdə” adlı fotoşəkillərdən ibarət sərgi açılıb.
AzərTAc xəbər verir ki, açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və paytaxtımızda belə bir sərginin açılmasının gənc azərbaycanlı fotoqrafların yaradıcılıq imkanlarının artmasına təkan verəcəyini söyləyib.
Sərginin əlaqələndiricisi Səbinə Şıxlinskaya bildirib ki, “Müasir alman fotoqrafiyasının aspektləri” adlı tədbirlər çərçivəsində keçirilən sərgidə 90-cı illərin alman fotoqrafiyasının inciləri nümayiş etdirilir.
Sərgidə Susanna Brügger, Tomas Demand və Haydi Şpekerin üç müxtəlif mövqeyi bir ictimai məkan daxilində birləşib. Bunu həm Haydi Şpekerin “çəkilmiş” mücərrəd memarlıq şəkillərində, həm Susanna Brüggerin şəhərə baxışından olan parçalarda, həm də Tomas Demandın qurularaq inşa edilmiş məkanla bağlı şəkillərində çox aydın görmək olar. Sərginin adında məkanın reallıq və təsvir kimi ziddiyyəti anlayışlarla əlaqəli vurğulanması təsvir vasitəsilə bağlı spesifik bir polemikanı göstərir.
Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel belə sərgilərin açılmasının ölkələrimiz arasında mövcud mədəni əlaqələrə öz müsbət təsirini göstərəcəyini söyləyib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevaya, “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudovaya və Müasir İncəsənət Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirən səfir hər kəsi fevralın 28-dək davam edəcək sərgi ilə yaxından tanış olmağa çağırıb.
Bakıda ilk dəfə olduğunu bildirən fotoqraf Haydi Şpeker diqqətə çatdırıb ki, sərgidə təxminən otuz müxtəlif fotoşəkil təqdim edilib.
Vurğulanıb ki, “Real məkan. Konseptual məkan” adlı sərgi 1998-ci ildən etibarən dünyanın 50-dək müxtəlif ölkəsində nümayiş etdirilib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
Sərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşən “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova alman fotoqraflarının əsərlərini yüksək qiymətləndirib.
Özünün yaradıcılıq axtarışlarından söz açan Aida Mahmudova vurğulayıb ki, hazırda intensiv işləyir və müvafiq əsərlərini cari ilin ortalarında başa çatdırmaq niyyətindədir. Bu ilin sonunda xaricidə fərdi sərgisinin keçirilməsini də planlaşdırır.
Sərgi çərçivəsində yanvarın 25-də almaniyalı fotoqraf Haydi Şpeker “YARAT” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyasında gənc fotoqraflar üçün seminar keçirəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22

