Şeirləri həzin musiqiyə çevrilmiş Rəfiq Zəka Xəndan
26.11.2014 [09:49]
Klassik poetik ənənələrin layiqli davamçılarından biri olan Rəfiq Zəka Xəndan zəngin ədəbi fəaliyyəti dövründə milli poeziyamıza dəyərli töhfələr bəxş edib. Onun yaradıcılığının əsas istiqamətləri Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümündən ibarətdir.
AzərTAc xəbər verir ki, bu fikirlər noyabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, professor Rəfiq Zəka Xəndanın 75 illik yubileyinə həsr olunmuş tədbirdə səslənib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli ədibin şəxsi keyfiyyətləri barədə geniş məlumat verib, şairin klassik ənənələrə sadiqliyini, Vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılığını yüksək dəyərləndirib, mədəniyyətimizin inkişafındakı xidmətlərini minnətdarlıq hissi ilə xatırlayıb.
Nazir müavini bildirib ki, R.Zəkanın 23 yaşında çap olunan ilk şeirlər kitabının adı “Çağlayan” idi. Bu kitabı o, unudulmaz şairimiz Mikayıl Müşfiqə ithaf etmişdi. Müşfiqin sağlığında bu adda bir kitabı çap olunmalı idi, lakin məlum səbəblərdən bu, həyata keçmədi. Amma Rəfiq Zəka şairin arzusunu o adla əbədiləşdirməyə çalışdı.
Bütün yaradıcılıq dövründə Rəfiq Zəka 20-dən çox kitab müəllifi kimi böyük şöhrət qazanıb. Yaşadığı 60 illik bir zaman kəsiyində böyük istedadı və yorulmaz fəaliyyəti ilə adını ədəbiyyat tariximizə əbədi həkk etdirib.
Xüsusilə qeyd edilib ki, onun Azərbaycan ədəbiyyatına sonsuz sevgisi XX əsr Azərbaycan elminin böyük simalarından olan atası Cəfər Xəndanla bağlıdır.
Tədbirdə Xalq şairi Fikrət Qoca və filologiya elmləri doktoru Vaqif Yusifli şairin həyat və yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, Rəfiq Zəka Xəndanın əsərləri nəinki vətəni Azərbaycanda, qardaş Türkiyədə də böyük sevgi ilə oxunur. O, Türkiyə Folklor Akademiyasının fəxri akademiki seçilib, Beynəlxalq Atatürk mükafatı laureatı olub, qardaş ölkənin bir çox bədii jurnallarının redaksiya heyətində təmsil olunub. Ankara və İstanbulda kütləvi tirajlarla kitabları çap edilib. Bir sözlə o, Azərbaycan və Türkiyə arasında ədəbi körpü rolunu oynayıb.
Rəfiq Zəka ədəbiyyatımızın müxtəlif problemlərinə aid yazdığı onlarla məqalənin, bir sıra dərs vəsaitinin müəllifi, ötən əsrin ədəbiyyat tarixinin mötəbər və nüfuzlu tədqiqatçılarından biri kimi tanınır. Klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini dərindən bildiyindən görkəmli söz ustadları haqqında əsərlər nəşr etdirib, dünya klassik ədəbiyyatı nümunələrini dilimizə tərcümə edib.
Vurğulanıb ki, onun özünəməxsus poeziyası geniş oxucu rəğbəti qazanıb, sözlərinə mahnılar bəstələnib. Şair heca və əruz vəznlərində əsərlər yaradıb. Bəstəkarların, demək olar ki, əksəriyyəti nəğməkar-şairin 300-dən çox şeirinə müraciət edərək, unudulmaz mahnılar bəstələyib.
Rəfiq Zəkanı iti hafizəli bir insan kimi də xatırlayan natiqlər deyiblər ki, az-az adamların yaddaşı bu qədər güclü ola bilərdi. O, Azərbaycan poeziyasının ən dəyərli nümunələri ilə yanaşı, türk şairi Əbdülhəqq Hamidin 5 min misralıq “Məqbər” poemasını da əzbər bilirdi.
Sonda şairin qardaşı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Akif Hacıyev Xəndanlar ailəsi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib və dövlətimizin başçısının müvafiq Sərəncamını Azərbaycanda sözə və söz adamlarına qiymətin daha bir bariz nümunəsi kimi dəyərləndirib.
Gecədə Rafiq Zəkanın şeirlərindən nümunələr səsləndirilib, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə tanınmış və gənc musiqiçilərin ifasında onun sözlərinə yazılmış mahnılar səsləndirilib.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19

