Azər və Baycanın ölməz eşqi yeni quruluşda
04.02.2015 [10:14]
Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə müəllifi olduğu “Eşq və Ölüm” baletinin yeni quruluşda təqdimatı olub.
AzərTAc xəbər verir ki, premyerada dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, həmçinin müəllifin yubiley tədbirinə qatılmaq üçün paytaxtımıza gələn xarici qonaqlar iştirak ediblər.
“Eşq və Ölüm” baletinə Rusiyanın əməkdar incəsənət xadimi, baletmeyster Nadejda Malıgina yeni quruluş verib. Tamaşanın quruluşçu rəssamı isə tanınmış rusiyalı rəssam Dmitri Çerbadjidir. Baleti Azərbaycanın Xalq artisti, professor Cavanşir Cəfərov idarə edib.
Baletin süjet xətti belədir. Azər və Baycan bir-birini sevirlər, amma Yalıncıq da qıza biganə deyil. Oğlanlar qızın sevgisi uğrunda döyüşürlər. Baycan Azəri seçir. Çünki Azər və Baycan birlikdə Azərbaycan olur. Amma onların səadəti çox sürmür. Ölkəyə yağılar saldırır və nakam sevgi Yalıncığı xəyanətə sürükləyir. Azər və Baycan əsir düşürlər və ən sonda ölürlər. Baletin ən yaddaqalan surətlərindən biri də qara geyimli və ağ sifətli Ölümdür.
“Eşq və Ölüm” baleti bir tərəfdən milli məzmun daşısa da, digər tərəfdən əsl sənət sərhəd tanımadığı kimi dünyəvi xarakter daşıyır. “Eşq və Ölüm” baleti həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur.
Tamaşada baş rolları xalq artistləri Kamilla Hüseynova (Baycan) və Gülağası Mirzəyev (Azər) oynayıblar.
Qeyd edək ki, “Eşq və Ölüm” baleti ilk dəfə Bakıda 2005-ci ildə Avropa Balet Akademiyasının professoru Vakil Usmanovun quruluşunda səhnəyə qoyulub. Librettosu “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınan bu balet ölməz məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir. Bakıda çox böyük uğurla premyerası keçirilən tamaşa çox tezliklə Azərbaycan balet ustalarının ifasında Sankt-Peterburqda Mariinski adına Akademik Teatrın və Moskvada Böyük Teatrın səhnəsində nümayiş olundu.
Ötən müddət ərzində bu balet Yekaterinburq Dövlət Opera və Balet Teatrında, Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada nümayiş edilib.
Baletdəki ən oynaq və uğurlu musiqi parçaları hər il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin ifasında Almaniyada keçirilən Qut-İmmlinq Opera sənəti festivalında səslənir və almaniyalı musiqisevərlər tərəfindən maraqla qarşılanır.
Yeni quruluşda təqdim edilən balet bir daha dinləyicilərin diqqətini cəlb edib və alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

