Heydər Əliyev Mərkəzi “RIBA 2016” beynəlxalq mükafatına namizəddir
11.05.2016 [10:08]
Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects-RIBA) 2016-cı il üzrə elan etdiyi ilk beynəlxalq memarlıq mükafatına 30 binanın namizədliyi irəli sürülüb. Həmin tikililər arasında məşhur arxitektor Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Bakıdakı Heydər Əliyev Mərkəzi də var.
Beynəlxalq mükafata Çindən Kolumbiyaya, İrlandiyadan Azərbaycana qədər 20-dən artıq ölkədə binaların namizədliyi verilib.
Prtizker mükafatının sahibi, məşhur britaniyalı memar Riçard Rocersin rəhbərlik etdiyi münsiflər heyəti iyun-sentyabr aylarında namizəd binaları ziyarət edəcək.
Qeyd edək ki, Beynəlxalq Memarlıq Mükafatı üçün Heydər Əliyev Mərkəzi ilə yanaşı, Zaha Hadidin layihəsi olan başqa bir bina - Honkonq Texniki Universitetinin nəzdindəki Jokey İnnovasiya Klubu Qülləsi də namizəd seçilib.
Namizəd olan binalar sırasında müxtəlif tipli layihələr var: böyük şəhər infrastruktur layihələrindən tutmuş fərdi yaşayış binalarına, mədəniyyət mərkəzlərindən tutmuş ibadətgahlaradək.
Birinci mərhələdə 30 bina sırasından 20-si, son mərhələdə isə 6 tikili arasından qalib seçiləcək.
Mükafatın qalibi 2016-cı ilin dekabr ayında elan olunacaq.
Qeyd edək ki, RIBA Böyük Britaniyanın peşəkar memarlarının ittifaqıdır. 182 illik tarixi olan qurum arxitektura sahəsində dünyanın ən nüfuzlu təşkilatı sayılır. RIBA 1966-cı ildən etibarən regional və milli mükafatlar təqdim edir. Onlar sırasında “Stirlinq mükafatı”, “Kral Qızıl Medalı”, “İlin evi” və s. var. 2016-cı ildən “RIBA” beynəlxalq mükafatı da təsis olunub.
Xəbər lenti
Hamısına baxİdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40

