/ / Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə Beynəlxalq Memarlar İttifaqının konqresində təmsil olunub
Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə Beynəlxalq Memarlar İttifaqının konqresində təmsil olunub
13.09.2017 [10:14]
Seulda Beynəlxalq Memarlar İttifaqının (BMİ) növbəti konqresi keçirilib. Memarlıq sahəsində ən böyük beynəlxalq tədbir hesab olunan konqresdə 124 ölkəni təmsil edən 10 mindən çox iştirakçı, o cümlədən memar, hökumət rəsmiləri, elm adamları, tələbələr iştirak edib. “Memarlıq olimpiadası” adlanan konqresin təşkilatçısı Beynəlxalq Memarlar İttifaqı, Seul bələdiyyəsi və Koreya Memarlar İnstitutları Federasiyasıdır.
Azərbaycan konqresdə geniş nümayəndə heyəti ilə iştirak edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, memarlar daxil olub.
Üç ildən bir təşkil olunan BMİ-nin konqresləri çərçivəsində müxtəlif tədbirlər - sərgilər, simpoziumlar, seminarlar, müsabiqələr, konfranslar keçirilib. Bundan başqa, BMİ-nin ali orqanı olan Baş Məclisin iclaslarında qurumun rəhbər şəxsləri seçilib, hesabatlar dinlənilib.
Sentyabrın 10-da Beynəlxalq Memarlar İttifaqının Baş Məclisi çərçivəsində Azərbaycana həsr olunan təqdimat keçirilib.
Birinci vitse-prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov gənc müstəqil ölkə olan Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışıb, beynəlxalq aləmdə artan nüfuzu sayəsində respublikamızın dünyada etibarlı tərəfdaş kimi qəbul olunduğunu bildirib. O, Şərq və Qərb mədəniyyətinin qovuşduğu Azərbaycanda tarixən tolerantlıq və multikulturalizm ənənələrinin hökm sürdüyünü diqqətə çatdırıb.
A.Ələkbərov Azərbaycanın son illər bir çox beynəlxalq tədbirlərə, idman yarışlarına, mədəni və humanitar forumlara yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib, beynəlxalq ictimaiyyətin ölkəmizin təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Birinci vitse-prezidentin köməkçisi Azərbaycanın gələcəkdə Beynəlxalq Memarlar İttifaqının konqreslərini təşkil etməyə hazır olduğunu bildirib.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə ölkəmizin memarlıq ənənələrindən, son illər inşa olunan və memarlıq nöqteyi-nəzərindən diqqət cəlb edən binalardan danışıb. O, rəhbərlik etdiyi qurumun Beynəlxalq Memarlar İttifaqının işində fəal iştirak etdiyini, Bakıda memarlıq sahəsində təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirləri, müsabiqə və festivalları xatırladıb.
Qeyd edək ki, Seul toplantısında Baş Məclisin qərarı ilə Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə Beynəlxalq Memarlar İttifaqının Büro üzvü seçilib.
Sonra Azərbaycanın tarixi, təbiət gözəllikləri, mədəni irsi, tarixi və müasir memarlıq abidələrinə dair film nümayiş etdirilib.
Konqres çərçivəsində keçirilən sərgidə Heydər Əliyev Fondunun dəstəyi ilə “Bakı Şərq və Qərb memarlığının kəsişməsində” adlı geniş guşə və pavilyon fəaliyyət göstərib.
Pavilyon və guşədə Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, memarlığını, ədəbiyyatını, turizm imkanlarını təbliğ edən vəsaitlər, o cümlədən müxtəlif nəşrlər, xalça və milli geyim nümunələri, musiqi alətləri, Bakının tarixi və müasir memarlıq abidələrinin maketi, əl işləri, milli ornamentli suvenirlər nümayiş olunub. Bundan başqa ölkəmizə, onun tarixinə, görməli yerlərinə, müasir inkişafına, mədəniyyətinə, memarlığına, Azərbaycanda təşkil olunmuş beynəlxalq tədbirlərə, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində keçirdiyi tədbirlərə, Azərbaycanın tolerant və multikultural dəyərlərinə aid videoçarxlar təqdim olunub.
Konqres çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Memarlar İttifaqı və Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən “Azərbaycan gecəsi” keçirilib. Gecədə Azərbaycanın tarixi və müasir memarlıq nümunələrini, Azərbaycanın təbiət gözəlliklərini əks etdirən fotosərgi təşkil olunub, habelə qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim edilib.
Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxslərinin, üzv ölkələrin nümayəndə heyətlərinin, diplomatik korpusun və yerli ictimaiyyət nümayəndələrinin təmsil olunduğu mərasimdə çıxış edən səfir Rəmzi Teymurov Azərbaycanın müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu inkişafından söz açıb. Diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği sahəsində gördüyü işlər barədə məlumat verib, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə həyata keçirdiyi layihə və tədbirlərin əhəmiyyətini qeyd edib.
Beynəlxalq Memarlar İttifaqının vitse-prezidenti Heydər Əli Azərbaycan ilə bağlı təəssüratlarını bölüşərək, ölkəmizin qədim və zəngin mədəniyyətə sahib olduğunu deyib. O, Azərbaycanda şahidi olduğu inkişafı, ölkə rəhbərliyinin mədəniyyətin qorunması və inkişafına göstərdiyi diqqəti yüksək qiymətləndirib.
“Azərbaycan gecəsi”ndə “Mirvari” rəqs ansamblının üzvlərinin, tarzən Şəhriyar İmanov və onun qrupunun ifasında milli rəqslərimiz, Azərbaycan etno-caz musiqisindən ibarət konsert proqramı təqdim olunub. Azərbaycan musiqisinin valehedici təsirinə düşən qonaqlar rəqqaslarımızla birgə “Yallı” gediblər.
Rəsmi qəbulda Azərbaycan mətbəxinin təamları da təqdim olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

