/ / Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin yaradılmasının 50 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin yaradılmasının 50 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib
23.12.2017 [10:00]
Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlət təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə böyük uzaqgörənliklə əməkdaşların övladlarının istedadının üzə çıxarılması, yaradıcılıq qabiliyyətinin artırılması, ümumən gənc nəslin mədəni-mənəvi aləminin zənginləşdirilməsi və ölkədə musiqi təhsilinin inkişaf etdirilməsi məqsədi ilə 1967-ci ildə xüsusi musiqi məktəbi təsis edib. Həmin il musiqi məktəbi DTX-nin indiki Mədəniyyət Mərkəzində fəaliyyətə başlayıb.
Bu məktəbdə vaxtilə Ulu öndərin övladları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Sevil xanım Əliyeva musiqi təhsili alıblar.
Yarım əsrlik tarixə malik bu tədris ocağı Azərbaycan musiqi mədəniyyətinin təbliğində xidmətləri olan xeyli sayda incəsənət xadimi və tanınmış ifaçı yetişdirib. Məktəbin uğurlu fəaliyyəti DTX əməkdaşlarının övladları ilə yanaşı, burada təhsil alan digər şagirdlərimizin də milli mədəniyyətimizin və incəsənətin inkişafına töhfə vermək əzminin yüksəldilməsində özünəməxsus rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyev orta musiqi məktəbinin yaradılmasının 50 illiyi ilə əlaqədar məktəbin bir qrup əməkdaşını mükafatlandırıb. Prezidentin bu il dekabrın 19-da imzaladığı sərəncamları ilə Azərbaycanda musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin əməkdaşları - Kərimova Elnurə Camal qızı və Tağıyeva Leyla Əliyevna “Tərəqqi” medalı ilə təltif edilib, Hüseynova Elmira Bahadur qızı, Əsədova Nailə Əsəd qızı və İsmayılov Zakir Xeyrulla oğluna “Əməkdar müəllim” fəxri adı verilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin yaradılmasının 50 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə respublikanın görkəmli ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, müxtəlif dövlət qurumlarının rəhbərləri və nümayəndələri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev çıxış edərək, yaradılmasının 50 illiyi münasibətilə musiqi məktəbinin müəllim-şagird kollektivini təbrik edib, fəaliyyətlərində bundan sonra da uğur qazanmalarını arzulayıb.
General-leytenant Mədət Quliyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafı və tanınması sahəsində göstərdiyi misilsiz xidmətlərdən danışaraq bildirib ki, bütün bunlar dahi rəhbərin Azərbaycanı dünyada təmsil edən böyük sənət adamlarına diqqətindən, qayğısından, Vətənə, xalqına sevgisindən irəli gəlirdi. Çünki Onun doğma Azərbaycana olan məhəbbəti sonsuz idi.
General-leytenant Mədət Quliyev qeyd edib ki, Ulu öndərin müəyyən etdiyi siyasi xətt bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə xalqın milli mənəvi dəyərlərinin qorunması, mədəniyyətin və incəsənətin yüksəlişi sahəsində ölçüyəgəlməz işlər görülür. General-leytenant Mədət Quliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin tərəqqisinə, geniş beynəlxalq arealda milli tariximizin, incəsənətin, musiqinin, o cümlədən klassik muğam və aşıq sənətinin inkişafı üçün böyük töhfələr verdiyini, möhtəşəm layihələr həyata keçirdiyini bildirib, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda təşkil olunan mədəni tədbirlərin, beynəlxalq musiqi və mahnı müsabiqələrinin dünyaya səs saldığını vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin yaratdığı musiqi məktəbinin bu gün də diqqət mərkəzində olduğunu qeyd edən DTX-nin rəisi Mədət Quliyev Prezident İlham Əliyevin sərəncamları ilə məktəbin əməkdaşlarının yüksək dövlət mükafatlarına layiq görülmələrinin dövlətimizin başçısı tərəfindən mədəniyyətə, incəsənətə və musiqi təhsilinə göstərilən qayğının və verilən ali qiymətin daha bir parlaq nümunəsi olduğunu bildirib və buna görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.
Sonra general-leytenant Mədət Quliyev Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunmuş musiqi məktəbinin əməkdaşlarına medalları təqdim edib.
DTX-nin rəisi tərəfindən mükafatlandırılan Xalq artisti Fidan Hacıyeva və Əməkdar incəsənət xadimi Əliqismət Lalayevə fəxri fərman verilib.
Tədbirdə DTX-nin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Mərasimin bədii hissəsi musiqi məktəbinin 50 illik fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Sonra Mədəniyyət Mərkəzinin böyük zövqlə bəzədilən və göz oxşayan səhnəsində məktəbin şagirdləri tərəfindən maraqlı musiqili kompozisiyalar, səhnəciklər və rəqslər təqdim olunub, məşhur bəstəkarların əsərlərindən hissələr ifa edilib.
Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən məharətlə və yüksək peşəkarlıqla hazırlanan və nümayiş olunan bədii proqram tədbir iştirakçılarında xoş təəssürat yaradaraq alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

