Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Fransalı fotoqraf Bakıda sərgi keçirəcək

Fransalı fotoqraf Bakıda sərgi keçirəcək

03.09.2009 [01:25]

Tanınmış fotoqraf Aleksandra Kremer-Xomasuridzenin Bakıda sərgisi keçiriləcək. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, tanınmış fotoqraf “Paris Match”, “Le Monde”, “Figaro”, “Elle” və “Diapason” kimi məşhur nəşrlərin şəkillərinin müəllifidir. Aleksandra Kremer-Xomasuridzenin Bakıdakı sərgisi 18-25 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan “Şərq-Qərb” kinofestivalı çərçivəsində təşkil olunacaq. Məlumatda o da bildirilib ki, fotoekspozisiya Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunacaq. Müəllifin bir çox fotoşəkilləri tanınmış musiqiçilərə həsr olunub.
Qeyd edək ki, Kremer-Xomasuridze, həmçinin, “Live Music” adlı layihənin də müəllifidir. Aleksandranın qəhrəmanları arasında Yuri Başmet və Mstislav Rostropoviç, Vladimir Spivakov və Qidon Kremer, Valeri Qeorqiyev, Yevqeni Kisin, Qenadi Rojdenstvenski, Mixail Pletnyov və digər tanınmış simalar olub.

Paylaş:
Baxılıb: 1328 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30