Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Opera və Balet Teatrında "Koroğlu" operası nümayiş olunacaq

Opera və Balet Teatrında "Koroğlu" operası nümayiş olunacaq

04.09.2009 [10:03]

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 101-ci teatr mövsümünün açılışına hazırlaşır. Teatrın mətbuat xidmətindən APA-ya bildirilib ki, ənənə üzrə bu il də mövsümün açılışı sentyabrın 18-də üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşası ilə baş tutacaq. Bu opera “TüRKSOY” beynəlxalq layihəsi çərçivəsində nümayiş olunacaq və tamaşada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan və Tatarıstan opera sənəti ustaları iştirak edəcəklər. Tamaşada əsas partiyaları Azərbaycanın əməkdaş artistləri, Prezident mükafatçıları Həsən Enami (Koroğlu) və Zemfira İsmayılova (Nigar) ifa edəcək. Tamaşanın dirijoru isə Azərbaycanın Xalq artisti, professor Rauf Abdullayevdir.
Məlumatda bildirilib ki, sentyabrın 27-də dünya şöhrətli bəstəkar İohann Ştausun musiqisi əsasında “Düyməcik” baletinin premyerası keçiriləcək. Tamaşa “Uşaq ili” çərçivəsində səhnəyə qoyulacaq.
2009-cu ilin sonuna kimi Opera və Balet Teatrında daha iki yeni tamaşanın quruluşu həyata keçiriləcək. Bunlar italyan bəstəkarı C.Rossininin “Sevilya bərbəri” və Maskaninin “Kənd namusu” operalarının tamaşalarıdır. Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan “Kənd namusu” operasının quruluşunu həyata keçirmək üçün teatr rəhbərliyi Latviyanın Xalq artisti, məşhur latviyalı rejissor Andrey Jaqarsı dəvət edib. Hər il olduğu kimi, cari teatr mövsümündə də Opera və Balet Teatrının tamaşalarında Rusiya, Ukrayna, Belorus, Pribaltika dövlətləri, Almaniya və s. ölkələrdən dəvət olunan opera və balet sənəti ulduzları çıxış edəcək.

Paylaş:
Baxılıb: 1494 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30