UNESCO-da Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən danışılıb
19.04.2018 [09:43]
UNESCO-nun baş qərargahında qurumun “Mədəniyyətlərin yaxınlaşması naminə beynəlxalq onillik layihə”nin həyata keçirilməsi ilə bağlı iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, UNESCO baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Nada Al-Naşif iclası giriş sözü ilə açaraq, mədəniyyətlərarası dialoqun əhəmiyyətinə, Azərbaycanın bu istiqamətdə quruma verdiyi töhfələrə toxunaraq, 5 il ərzində bu sahədə görülən işləri diqqətə çatdırıb.
Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov çıxış edərək mədəniyyətlərarası dialoqun inkişafında ölkəmizin rolundan söz açıb.
Azərbaycan Prezidentinin mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə 2008-ci ildə “Bakı Prosesi”ni irəli sürməsindən danışan səfir bu prosesin əsas məğzinə toxunub. Bildirib ki, mədəniyyətlərarası dialoqun beynəlxalq platformasına çevrilmiş Azərbaycan tezliklə “Bakı Prosesi”nin 10 illiyini qeyd edəcək.
2011-ci ildən ölkəmizin Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməsindən, onun UNESCO, BMT Sivilizasiyalar Alyansı, Beynəlxalq Turizm Təşkilatı, Avropa Şurası və ISESCO kimi beynəlxalq tərəfdaşlarından danışıb. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin ilk dəfə məhz “Bakı prosesi” çərçivəsində bir araya gəldiyi vurğulanıb.
Mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində elektron mənbələrin inkişaf etdirilməsi layihəsinin həyata keçirilməsinə ölkəmizin verdiyi töhfələri, UNESCO-nun bu sahəni bundan sonra da dəstəkləyəcəyini diqqətə çatdırıb.
Bakıda keçirilən sonuncu Mədəniyyətlərarası Dialoq Forumunda mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində elektron mənbələrin inkişaf etdirilməsi məqsədilə “Müxtəliflik, Dialoq və bölüşmə” adlı nəşrin çap edilməsi irəli sürülüb.
A.Kərimov mədəniyyətlər və dinlərarası dialoqun təşviqində yeni paradiqm və metodlardan istifadənin vacibliyini vurğulayıb.
Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə “Bakı Prosesi” haqqında məlumat verərək, bu konsepsiyanın daha da inkişaf etdiriləcəyini, ona insan təhlükəsizliyi və diversifikasiyası, siyasətdə və iqtisadiyyatda insan faktoru konsepsiyalarının əlavə olunacağını bildirib. O, növbəti forum haqqında ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

