Ədəbiyyat adamı
15.05.2018 [08:59]
Azərbaycan ədəbiyyatında və jurnalistikasında istifadə olunan janrlardan biri də məktub janrıdır. Tanınmış yazıçı, dramaturq, Əməkdar İncəsənət Xadimi Afaq Məsud Xalq Yazıçısı Elçin Əfəndiyevə anadan olmasının 75 illiyi ilə bağlı təbriklərini artıq unudulmaqda olan bu janr vasitəsilə çatdırır. AZƏRTAC “Ədəbiyyat adamı” adlı məktubu təqdim edir.
Əziz Elçin müəllim, dünən Sizin 75 yaşınız tamam oldu. Açığı, bu rəqəm məni həm sevindirir, həm də kövrəldir. Sevinməyimin səbəbi - bu yaş həddinə illərin və hadisələrin axarıyla zatən dəyişmədən, həmin nəcibliklə, şəxsiyyət, alim və yazıçı kamilliyi, dərin elmi-analitik təfəkkür, ədəbiyyata və ədəbiyyat adamlarına hər zaman duyduğunuz sevgi və sədaqətinizlə gəlib çatmağınızdır. Kövrəlməyimin səbəbi - bu illərin içində olanlar, hələ də ilğımvarı işartılarla yanıb sönə-sönə Sizinlə birlikdə yol getməyə, yaşamağa davam edənlərdir... Unudulmaz ədəbiyyat və xalq adamları İlyas Əfəndiyev, Əli Vəliyev, Məsud Əlioğlu Hüsü Hacıyev küçəsi 19 - bu əfsanəvi Yazıçılar Binasının tarixi sakinləri uzaq uşaqlıq illərində tez-tez həyətimizdə, pilləkənlərdə, evimizdə, yaxud ikinci ev saydığımız Yazıçılar İttifaqında rastlaşdığımız yaxın qohumlarımız, əmi-dayı bildiyimiz İsa Hüseynov, İsmayıl Şıxlı, Kamal Talıbzadə, Zeynal Xəlil, Əliağa Kürçaylı, Salam Qədirzadə, Hüseyn Abbaszadə, Qabil, daha kimlər və kimlər...
Bu gün bu yubiley tarixi ilə bağlı təsirləndiyim ayrı məqamlar da var. Bu, Sizin hələ lap gənclik illərindən özünüzü hər şeydən təcrid edib bütünlüklə ədəbiyyata bağlanmağınız, illərin və hadisələrin axarıyla iş yerinizi, vəzifənizi dəyişsəniz də, ədəbiyyatı, Bədii Sözü hər şeydən uca tutmağınız, hər zaman heç nəyin fərqinə varmadan, böyük Ədəbiyyat Adamı olaraq qalmağınızdır.
Bir insanın o biri insan üçün təmənnasız olaraq nə isə etməsi hər zaman məndə qəribə kövrəklik hissi yaradıb. Sizin timsalınızda bu təmənnasızlığın miqyası xeyli böyükdür və göz önünə böyük bir xalq, millət üçün görülən misilsiz işlər, Vətənə, milyonlarla insana yarım əsrdən çox zaman kəsiyində göstərilən təmənnasız xidmətlər gəlir.
Məni təsirləndirən, həm də qürurlandıran digər məqam - Sizin gəlib çatdığınız bu yaş həddindən qat-qat yaşlı əsərlər külliyyatınızın - Azərbaycanın ədəbi fikir, elm, teatr tarixində öz layiqli yerini tutmuş unikal yaradıcılıq irsinizin, eyni zamanda, bu gün hər sahədə nadir rast gəlinən və bu səbəbdən, sözün əsl mənasında, təbərrükə çevrilən Mükəmməl Ədəbi Dil Nümunələri olması, Azərbaycan dilinin, ondan istifadə mədəniyyətinin qorunmasına və zənginləşməsinə xidmət etməsidir.
Azərbaycanın ədəbi-mədəni, elmi-ictimai həyatı üçün əlamətdar olan bu tarixi gündə milli ədəbiyyatın, mədəniyyətin, ədəbiyyatşünaslıq elminin tərəqqisi naminə göstərdiyiniz misilsiz xidmətlərə görə Sizə, ilk növbədə, vətəndaş minnətdarlığımı bildirir, milli mənəvi maarif uğrunda göstərilən bu əvəzsiz xidmətin, ərsəyə gətirilmiş titanik əməyin daim öz bəhrəsini verəcəyinə, ziyasını bu xalqdan, millətdən əsirgəməyəcəyinə inanıram.
Yolunuz aydın və rəvan olsun! Yaradıcılıq əzminiz, ədəbiyyata, bədii Sözə sevginiz tükənməsin! Bu 75 ilin axarıyla Sizi isti, doğma ata ocağıtək qoruyan müqəddəs xatirələr, yüksək amal, əqidə və məslək sahibləri olan o işıqlı, nurlu simalar hamımızın köməyi olsun!
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

