Heydər Əliyev Mərkəzində məşhur bəstəkar və ifaçı Qoran Breqoviçin konserti olub
05.05.2018 [16:11]
Mayın 3-də Heydər Əliyev Mərkəzində məşhur bəstəkar və ifaçı Qoran Breqoviçin konserti olub.
AZƏRTAC xəbər verir ki, Qoran Breqoviç Bakıdakı ilk konsertində rəhbəri olduğu orkestrin müşayiəti ilə çıxış edib. Orkestrin üzvlərinin səhnəyə musiqi sədaları altında tək-tək çıxması tamaşaçıların gözəl bir gecə yaşayacağından xəbər verirdi. Nəhayət, səhnəyə çıxan Qoran Breqoviç orkestri tamaşaçılara təqdim edərək bu gecə, həmçinin öz bəstələrini ifa edəcəyini bildirdi.
Gözəl musiqilər və oynaq ritmlərlə zəngin proqramda ifaçı məşhur filmlərə yazdığı, həm də dünyada populyarlıq qazanmış mahnılarını səsləndirdi. Konsertin sonunda tamaşaçıların alqışları ilə bir daha səhnəyə qayıdan Qoran Breqoviç çox sevilən “Maki Maki”, “Bella Çao” və “Kalaşnikov” mahnılarını oxudu. Auditoriya ayağa qalxaraq müğənniyə qoşuldu, salonda təkrarolunmaz bir ab-hava yarandı.
Qoran Breqoviç Şərqi Avropada “Ağ düymə” (“Bijelo Dugme”) rok qrupu ilə tanınıb, dünyada isə filmlərə yazdığı musiqilərlə şöhrət qazanıb. O, 1970-ci illərdən müxtəlif ekran əsərlərinə musiqi bəstələyir. Bu sahədə ən uğurlu iş birliyi rejissor Emir Kusturitsa ilə alınıb. Onun “Qaraçıların zamanı” (“Time of the Gypsies”), “Arizona arzusu” (“Arizona Dream”) və 1995-ci ildə Kann festivalında mükafat almış “Yeraltı” (“Underground”) filmlərinə yazdığı musiqilər dünyada populyarlaşıb. Musiqisini Qoran Breqoviçin yazdığı fransız rejissor Patris Şeronun “Kraliça Marqo” (“La Reine Margot”) filmi də Kann festivalında iki mükafata layiq görülüb. Qoran Breqoviçin ekran əsərləri üçün bəstələri Balkan və qaraçı musiqilərinin elementləri ilə zəngindir.
O, bir sıra məşhur müğənnilər - Sezen Aksu, Kaya, Kşiştof Kravçik, Yorqos Dalaras ilə albomlar yazdırıb.
Qoran Breqoviçin müxtəlif musiqi mədəniyyətlərini duymaq və mənimsəmək bacarığı ona ayrı-ayrı xalqların nəğmələrini, eləcə də elektron musiqi elementlərini sintez etmək imkanı verir.
İyirmi ildən artıq müddətdə bütün qitələrdə konsert verən musiqiçi indiyədək 3000-dən çox şou təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

