Azərbaycan teatrları yeni mövsümə hazırdır
29.08.2018 [08:58]
Sənət ocaqları teatrsevərlərə bir-birindən zəngin və maraqlı repertuar vəd edir
Zəngin tarixi yol keçən Azərbaycan teatr sənəti yeni inkişaf dövrünü yaşayır. Son dövrlərdə teatrlarımızda yüksək yaradıcı atmosfer mövcuddur. Başlamaqda olan yeni teatr mövsümünün repertuarına nəzər saldıqda da bunu aydın şəkildə görə bilərik. Ötən mövsümlərdə olduğu kimi, bu dəfə də teatrlarımız tamaşaçıların qarşısına bir-birindən zəngin repertuar ilə çıxmağa hazırlaşır. Məzuniyyətdən qayıdan yaradıcı heyət böyük həvəs və ruh yüksəkliyi ilə artıq yeni tamaşanın məşqlərinə başlayıb.
Milli Dram Teatrı yeni mövsümdə premyeralarla tamaşaçıların görüşünə gələcək
Belə ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümə “Qarabağnamə” tamaşası ilə başlayacaq. Qurumun mətbuat katibi Cavid Zeynallının verdiyi məlumata görə, teatr ənənəvi olaraq mövsümü “Qarabağnamə” tamaşası ilə açır və bağlayır. Görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası hər zaman tamaşaçılar tərəfindən çox maraq və coşqu ilə qarşılanıb. Teatrın tarixinə silinməz sətirlərlə yazılıb. Teatrın kollektivi, həmçinin görkəmli yazıçı və publisist Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan “Manqurt” tamaşası, o cümlədən “Qəribə, çox qəribə əhvalat”, “Bir, iki - bizimki!” və başqa səhnə əsərləri ilə teatrsevərlərin görüşünə gəlməyə hazırlaşır.
“Həmçinin yeni mövsümdə müasir və klassik dramaturgiya nümunələri əsasında hazırlanan yeni və maraqlı səhnə əsərləri ilə tamaşaçıları sevindirəcəyik. Teatrın repertuarında ənənəvi olaraq dünya və Azərbaycan klassikasından, o cümlədən müasir dramaturgiyadan nümunələr yer alacaq”, - deyə C.Zeynallı əlavə edib.
Üzeyir Hacıbəyli X Beynəlxalq musiqi festivalı çərçivəsində...
Öz növbəsində, aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümdə klassik əsərlərin ən parlaq nümunələri, operaları, qastrol səfərləri, teatrın səhnəsində xarici ölkələrdən dəvət olunacaq məşhur sənət ulduzlarının çıxışları və s. ilə yadda qalacaq. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevadan aldığımız məlumata görə, qurum 110-cu teatr mövsümünə sentyabrın 19-da ənənəvi olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası ilə başlayacaq. Bununla yanaşı, sentyabrın 22-də teatrın səhnəsində “Məhəbbət tanqosu” baleti nümayiş olunacaq. Tamaşanın əsas mövzusunu böyük sevgi və nifrət, sevimli qadına sahib olmaq uğrunda mübarizə, amansız intiqamdan bəhs edən xoreoqrafik dram təşkil edir. Bütün bu hadisələr alovlu və coşqun tanqo stilində təqdim olunur. Qeyd edək ki, teatrda tamaşanın ilk premyerası 2013-cü il mayın 14-də baş tutub. Sentyabrın 23-də isə Müslüm Maqomayevin “Şah İsmayıl” operası səhnəyə qoyulacaq. Bildirilib ki, bu üç tamaşa Üzeyir Hacıbəyli X Beynəlxalq musiqi festivalı çərçivəsində nümayiş olunacaq.
Rus Dram Teatrı 98-ci mövsümün repertuarını açıqlayıb
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı isə 98-ci teatr mövsümünə başlayır. Yeni mövsümün ilk ayında teatrsevərləri maraqlı tamaşalar gözləyir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, qurum mövsümə premyera ilə başlayacaq. Belə ki, sentyabrın 15-də “Yuxularımdan kənar ol” (“Təhminə və Zaur”) adlı səhnə əsəri nümayiş olunacaq. Bundan başqa, sentyabrın 16-da İnqmar Berqmanın pyesi və Boris Yerxovun tərcüməsi əsasında səhnəyə qoyulmuş “Payız sonatası” tamaşası göstəriləcək.
Tanınmış ingilis dramaturqu, “vəziyyət komediyası”nın (“situation comedy” - sitcom) ustası Rey Kuninin əsəri tamaşaya hazırlanır. Müəllifin “Qarışıqlıq” adlandırdığı pyes sentyabrın 22-də isə “Kişi, qadın, pəncərə... məşuq” adı ilə Bakı tamaşaçısına təqdim ediləcək. Xalq artisti İranə Tağızadənin quruluş verdiyi “sitkom” qəhrəmanların aramsız olaraq düşdüyü ekssentrik situasiyalar kaleydoskopuna çevrilir. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu “Vestminster” hotelində nömrə kirayələyir ki, burada ürəkaçan bir axşam keçirsin. İşə bax ki, pəncərələri “Biq-Ben”ə baxan otağın nömrəsi 13 imiş! Elə tamaşadakı bütün gərginliklər nəhs rəqəmin ucbatından başlayır. Sonra da... Daha nələr olacaq, nə baş verəcək, bütün bunları premyerada biləcəyik.
Musiqili Teatr yeni mövsümə sentyabrın 20-dən başlayacaq
Öz növbəsində, respublikanın ən böyük musiqili teatrlarından olan Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu teatr mövsümünü sentyabrın 20-də dahi bəstəkar Ü.Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası ilə açacaq. Sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri teatrsevərlərin ixtiyarına veriləcək.
Kukla Teatrı 87-ci mövsümünə hazırlaşır
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da öz mövsüm repertuarını hazırlayıb. Teatrın ədəbi dram hissə müdiri Həmidə Rüstəmovanın sözlərinə görə, daim axtarışda olan teatrın yaradıcılıq planına “Qırmızıpapaq” və “Durnabalığı” tamaşaları daxil edilib. Teatrın baş rejissoru Qurban Məsimovun “Qırmızıpapaq” tamaşası Şarl Perronun eyniadlı nağılının motivləri əsasında səhnələşdirilib. “Durnabalığı” tamaşası “Durnabalığının buyruğu ilə” rus xalq nağılının motivləri əsasındadır. Onun quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı Əfşan Əsədovdur.
Yeni mövsümdə teatr “Əlibaba və qırx quldur”, “Göyçək Fatma”, “Şəngülüm, Məngülüm”, “Tıq-Tıq və Taq-Taq”, “Cik-Cik xanım”, “Karlson”, “Gözəl və bədheybət”, “Çipollino” və “Üç muşketyor” tamaşalarını da təqdim edəcək.
Bir sözlə, uşaqlarda teatra sevgi və məhəbbət oyatmaq missiyasını daşıyan sənət ocağı sentyabrdakı repertuarında da Azərbaycanın tarixi, ədəbiyyatı və nağıllarının təbliğinə xüsusi önəm verib.
Pantomima Teatrı yeni mövsümü “İt gəzdirən xanım”la açacaq
Azərbaycan Dövlət Pantomima Teatrı 26-cı teatr mövsümünü sentyabrın 15-də “İt gəzdirən xanım” adlı səhnə əsəri ilə açıq elan edəcək.
Qurumdan verilən məlumata görə, sənət ocağında sentyabrın 16-da “Pantomima buketi”, sentyabrın 22-də “Vuvana” və 23-də isə “Dejevu” tamaşaları oynanılacaq.
Həmçinin sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan “Qoca və Mələk”, 30-da isə “Fəlakət və İnsan” tamaşaları izləniləcək.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34

