Azərbaycanda Qərb sosiologiyasına aid ilk kitab...
24.10.2009 [10:37]
“ötən əsrin sonunda Azərbaycanın müstəqilliyə nail olması SSRİ məkanında yaranmış digər müstəqil dövlətlərdə olduğu kimi, respublikamızda da cəmiyyətşünaslıq elmlərinin, o cümlədən, sosiologiyanın inkişafına, müstəqil fənn kimi tədrisinə əlverişli şərait yaratdı. Sosiologiyanın tarixini, nəzəri və praktiki problemlərini öyrənən mütəxəssislər haqlı olaraq qeyd edirdilər ki, keçmiş sosialist birliyi ölkələrində, o cümlədən, Azərbaycanda uzun müddət kommunist ideologiyasının hökmranlığı əslində, cəmiyyət haqqında bilikləri məhdudlaşdıraraq müəyyən qəlibə salmış, sosioloji tədqiqatlara birtərəfli münasibət formalaşdırmış, bununla da bir çox xalqların sosial və mənəvi cəhətdən zənginləşməsinə mane olmuşdur”. Bu fikirlər Bakı Dövlət Univesitetinin dosenti, Politologiya və Sosiologiya kafedrasının müdir müavini Azər Şirinovun yenicə nəşr olunmuş, nəfis tərtibatda verilmiş “Qərb sosiologiyası” kitabındandır. Müəllifin yazdıqlarına görə, müasir dövr həyatımız sübut edir ki, sosial və siyasi biliklərin öyrənilməsi, əhalinin ümumi bilik və mədəniyyət səviyyəsinin yüksəldilməsi zəruri praktik tələbata çevrilmişdir. Azərbaycanda sosiologiya elminin kökləri ötən əsrin 60-cı və 70-ci illərinə təsadüf edir. Həmin dövrdə respublikamızda sosiologiyanın tədris olunması zərurəti ciddi şəkildə əsaslandırılmış, sosial problemlərin tədqiqi sahəsində müəyyən addımlar atılmışdır. Azərbaycan müstəqil inkişaf yolunu tutması, sosial elmlərin, o cümlədən, sosiologiyanın inkişafına təkan verdi. Bunun nəticəsində son illər respublikamızda sosiologiya və sosioloji tədqiqat sahəsində bir sıra monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri buraxılmışdır. Bütün bu tədqiqatlarda ümumi sosiologiyanın mühüm nəzəri və metodoloji problemləri öz əksini tapsa da, Qərb sosiologiyasının nəzəri axtarışlarına ya toxunulmuş, ya da səthi şəkildə münasibət bildirilmişdir. Doğrudur, Qərb sosioloji nəzəriyyələrini, xüsusilə, müasir konsepiya və baxışlarını öyrənmək müəyyən çətinliklərlə əlaqədardır. Bu, hər şeydən əvvəl, onunla əlaqədardır ki, respublikamızda bu sahədə elmi ədəbiyyat və tərcümə əsərləri kifayət dərəcədə deyildir. İkincisi, rus dilində sovet dövrünə aid olan ittifaq ədəbiyyatında Qərb və Amerika sosiologiyası marksist-leninçi metodologiya baxımından təhlil və tənqid edilmişdir. üçüncüsü, son illərdə rus dilində bu sahəyə aid nəşr edilən ədəbiyyatın qıtlığı geniş və əhatəli tədqiqat işinin yazılmasını çətinləşdirir.
Nəzərə almaq lazımdır ki, hazırda müstəqillik yolu ilə inamla irəliləyən respublikamızın Qərb dünyası ilə əlaqələri xeyli dərəcədə inkişaf edib, məzmunca dolğunlaşıb. Qloballaşma meyli, əslində, milli qapalılıq, milli əlahiddəlik hüdudlarını getdikcə məhdudlaşdırır, milli təhlükəsizlik probleminə yeni müstəvidə yanaşmağı tələb edir. Qərb dünyası ilə təmas nöqtələrinin artması oradakı fəal mənəvi-intellektual axtarışların əsas istiqamətlərini düzgün başa düşməyə, milli inkişafımızın real zəmininə istinad etməyə, eyni zamanda, qloballaşmanın, inteqrasiyanın açdığı imkanlardan maksimum bəhrələnməyə tələbat yaradır. Ona görə də, cəmiyyətimizin sosial həyatının daha rasional təşkilinə, sosial nizamın daha yüksək və humanist keyfiyyətinə olan ehtiyac Qərbin müasir sosioloji axtarışlarının zənginliyi barəsində aydın təsəvvür əldə olunmasını zəruri edir. Zənnimizcə, hazırkı kitab həmin ehtiyacın müəyyən səviyyədə ödənilməsinə köməklik göstərəcək.
Xatırladaq ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşr respublikamızda Qərb sosiologiyasına aid ilk kitabdır.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27

