2018-ci ildə Naxçıvan öz mədəniyyəti ilə bütün müsəlman ölkələrini birləşdirəcək
10.11.2009 [09:32]
Naxçıvanın 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Muxtar Respublikamızın zəngin tarixinə və mədəniyyətinə verilən yüksək qiymətin nəticəsidir. Naxçıvan dünyanın ən qədim mədəniyyətə malik olan şəhərlərindəndir. Yaşı min illərlə ölçülən Naxçıvan torpağı böyük tarixə, zəngin maddi və mədəni abidələrə, gözəl təbiətə, mehriban və qonaqpərvər insanlara malikdir. Bəşər sivilizasiyasının ilkin beşiklərindən sayılan bu qədim oğuz-türk yurdu Azərbaycanın mədəni mərkəzlərindən biridir.
Bu gün məsafə baxımından Azərbaycandan ayrı düşən Naxçıvan Qərblə Şərqi birləşdirən, tarixi ticarət yolları üzərində yerləşən ən qədim Azərbaycan torpağı və onun ayrılmaz parçasıdır. Məşhur “İpək yolu”nun üzərində yerləşən Naxçıvan Muxtar Respublikası işğalçı Ermənistan tərəfindən blokadaya alınmasına baxmayaraq inkişaf edir və müasirləşir.
ölkəmizin digər bölgələri ilə müqayisədə Naxçıvan bu gün daha sürətli inkişaf yolu keçir. Burada digər istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də islahatlar, proqramlar həyata keçirilir. Muxtar Respublikada mövcud olan bütün mədəniyyət müəssisələrində yenidənqurma və bərpa işləri aparılır, köhnə binalar yeniləri ilə əvəz olunur, onlar ən müasir texnologiyalarla təmin edilir. Muxtar Respublikada İslam mədəniyyətinə dair abidələrin, tarixi irs nümunələrinin qorunması və mühafizəsi istiqamətində də ən yüksək səviyyədə tədbirlər görülür. Naxçıvanın İslam mədəniyyətinin paytaxtı seçilməsi təsadüfi xarakter daşımır. Muxtar Respublikada aparılan genişmiqyaslı quruculuq tədbirləri şəhərimizi tarixi görkəmini saxlamaqla dünyanın müasir və gözəl şəhərlərindən birinə çevirib. Buradakı məscidlər ən yüksək səviyyədə bərpa olunaraq dindarların istifadəsinə verilir, İslam adətlərinə yüksək ehtiram göstərilir, dini abidələr bərpa edilir və əhalinin ziyarət yerlərinə çevrilir.
çox uzağa getməyək. ötən ay türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsi onu göstərdi ki, bu gün Muxtar Respublika Ali Məclisi Sədrinin apardığı sosial-iqtisadi siyasət nəticəsində diyarımız ən ali qonaqları belə qarşılayıb yola salmaq iqtidarına malikdir.
Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması çox böyük əhəmiyyətə malikdir. Bir tərəfdən qardaş, dost ölkələrdən gəlmiş qonaqlar Muxtar Respublikanın tarixi, mədəniyyəti ilə daha yaxından tanış olacaqlar. Digər tərəfdən, Naxçıvan son dövrlərdə müxtəlif tədbirlərə ev sahibliyi etmək qüdrətinə malik bir bölgə olduğunu göstərsə də, bu çərçivədə həyata keçiriləcək tədbirlərlə bunu bir daha təsdiqləyəcək və öz mədəniyyətini qorumaq, İslam mədəniyyətini inkişaf etdirmək üçün böyük qüdrətə, imkanlara malik olduğunu sübut edəcək.
Bu, Muxtar Respublika tarixində baş verən qürurverici bir hadisədir.Əminik ki, Naxçıvan bu adı çox böyük qürur hissi ilə daşıyacaq və İKT ilə Azərbaycan arasında mövcud olan əlaqələrə öz töhfəsini verəcək, öz mədəniyyəti ilə bütün müsəlman ölkələrini birləşdirəcək.
Sara ƏZİMOVA,
Naxçıvan
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

