/ / “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
17.03.2021 [09:27]
Martın 16-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Novruz bayramının qeyd olunması və “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva açaraq qarşıdan gələn Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib.
G.Əfəndiyeva qeyd edib ki, Novruz bayramı ümumi mədəni dəyəri ilə dünyada mühüm yerə sahibdir və təsadüfi deyildir ki, artıq 10 ildən çoxdur ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT tərəfindən martın 21-i beynəlxalq bayram kimi bütün dünyada hər il böyük coşqu ilə qeyd olunmaqdadır. Bu, bütün dünya ölkələri tərəfindən Novruz bayramına verilən dəyərin göstəricisidir.
“Novruz yeni ilin başlanğıcıdır. Türkdilli xalqların mədəniyyətində Novruz yazı, yaşam sevincini, ruhun təmizlənməsini ifadə etməklə yanaşı, oyanan təbiət ilə birlikdə məhsuldarlığı ifadə edən məna və elementlərlə zəngindir. Türk dünyasında sülh bayramı kimi də xatırlanan Novruz bizim genetik yaddaşımızın göstəricisidir. Bu bayram günlərində unudulmuş adətlər xatırlanır, qədim ənənələr canlanır. Qürurverici haldır ki, Novruz 30 ildən sonra doğma Qarabağımıza, işğaldan azad etdiyimiz yurd-yuvamıza qayıdır. Əcdadlarımızdan qalan bu ənənələr bizim üçün bir mirasdır. Bizim məqsədimiz bu ənənələri yaşatmaq və dünyada təbliğ etməkdir. Bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan, Türkmənistan və Macarıstandan olan uşaqların çəkdikləri əsərlərindən ibarət olan sərgi türk dünyasının qədim tarixini, mədəniyyətini və ən çox da ruhunu əks etdirir. Türk dünyasının qədim adət-ənənənləri bizi həmin o sehrli və sirli dünyaya aparır. Bizi Novruzun gətirdiyi saflığa, xeyirxahlığa və mərhəmətə səsləyir və mənəvi dəyərlərimizə sahib çıxmağa çağırır”, - deyə Günay Əfəndiyeva vurğulayıb.
Tədbirdə xarici işlər nazirinin müavini Ramiz Həsənov çıxışında müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirilib. Qeyd edib ki, Novruz bayramı yazı simvolizə edir. Türkdilli xalqlar yaz fəslini təbiətin canlanması ilə bağlayıb, onu yeni ilin başlanğıcı kimi qeyd ediblər. Novruz bayramı tarixin sınaqlarından çıxaraq bu günə qədər gəlib çıxıb. Sovet dövründə bu bayramın qeyd edilməsinə icazə verilməməsinə baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq qalaraq ölkəmizdə bu bayram hər zaman qeyd edilib. 2021-ci ilin Novruzu xalqımız üçün xüsusi önəm kəsb edir. Belə ki, 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız azad edilmiş və ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Bu bayramın işğaldan azad olunmuş torpaqlarda qeyd olunmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı ordumuza borcluyuq.
Tədbirdə çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Muhammed Lou, Özbəkistanın Azərbaycandakı səfirliyinin attaşesi Oybek Akramov, Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev, Macarıstanın Azərbaycandakı səfirliyinin katibi Mixay Qruber, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M. İshaqzai müsabiqəni yüksək qiymətləndirib və Novruz adət-ənənlərindən söz açıblar.
Sonra rəsm müsabiqəsi iştirakçılarının sertifikatları təmsil olunduqları ölkələrin səfirlərinə təqdim edilib.
Mərasimdə Fond tərəfindən elan olunan “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin şəkillərindən ibarət sərgiyə baxış keçirilib.
Türkdilli xalqların milli mətbəxinin nümunələrindən, onların tarixini və mədəniyyətini əks etdirən simvollardan ibarət stendlər qurulub. Fonda üzv və müşahidəçi ölkələrin milli musiqisinin müşayiəti ilə milli geyimlər nümayiş etdirilib.
Qeyd edək ki, tədbir pandemiya şəraitinə uyğun olaraq təşkil olunub.
Xəbər lenti
Hamısına baxGündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Siyasət
05 Oktyabr 22:14
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09

