Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / ABŞ səfiri reneqat Eldar Namazovdan “ana müxalifət” düzəltməyə çalışır

ABŞ səfiri reneqat Eldar Namazovdan “ana müxalifət” düzəltməyə çalışır

30.01.2014 [09:39]

Pərviz Sadayoğlu

Bu fakt bir daha göstərir ki, xarici anti-azərbaycançı dairələr ilə ənənəvi radikal düşərgə partiyalarından ümidini üzüb
Azərbaycan dövlətçiliyinə və xalqına qarşı müxalifətçiliyi özünün “peşəsinə” çevirən radikal düşərgə təmsilçiləri xarici antimilli, ermənipərəst dairələrin sifarişləri əsasında fəaliyyət göstərirlər. Bunu atdıqları hər addımda büruzə verən düşərgə təmsilçiləri üçün ən əsası şəxsi maraqlardır ki, bu maraqları təmin edən xarici dairələrin siyasi sifarişləri, təlimatları əsasında da öz “planlarını” qurmağa çalışırlar. 20 ildən artıqdır ki, siyasi palitrada yaratdıqları partiyalarla, birliklərlə eyni “məqsədə” xidmət göstərdiyini nümayiş etdirən radikal müxalifətin son dövrlərdə apardığı “siyasi kurs” da bunun davamı sayıla bilər.
Ötən il keçirilən prezident seçkilərindən öncə yaradılan və birmənalı şəkildə Rusiyadakı antimilli qüvvələrin layihəsi kimi xarakterizə olunan “Milli şura” da analoji xəttə “sadiqlik” nümayiş etdirdi. Belə ki, ermənipərəst dairələrin sifarişi əsasında Azərbaycanda siyasi sabitliyə xələl gətirməyə, o cümlədən, Azərbaycan xalqının siyasi iradəsinin əksinə çıxış etməyə çalışan radikal müxalifət partiyaları maddi “kömək” qarşılığında adıçəkilən maraqlı antiazərbaycançı dairələrin xidmətçiliyini həyata keçirirdilər. Maraqlıdır ki, radikal düşərgə təmsilçiləri ilk başda bunu təkzib etməyə çalışsalar da, prosesin sonunda, şəxsi maraqları toqquşduğu zaman bunu etiraf etmək məcburiyyətində qaldılar.
Bu xəyanətkar “xəttə” sadiqlik nümayiş etdirən, siyasi “karyerasını” xəyanətlər üzərində quran radikal düşərgə təmsilçilərindən biri də vaxtilə “Milli şura”nın qurulmasında canfəşanlığı ilə seçilən, sonradan isə şəxsi mənfəət əldə etmək üçün fərqli ünvanlara əl açan reneqat Eldar Namazovdur. Birmənalı şəkildə xəyanəti özü üçün siyasi olimpə dırmanış üsulu hesab edən E.Namazovun “xəyanət dosyesi” kifayət qədər zəngindir. Elə onun adının qarşısında işlədilən “reneqat” sözü E.Namazovun əsl kimliyinin ortaya qoyulmasında ən əsas açar rolunu oynayır.
ABŞ səfirinin “ana müxalifətə” çevirməyə çalışdığı reneqat buqələmun siyasi kimliyə malikdir
Bilindiyi kimi, “reneqat” düşərgəsini dəyişən, siyasi xainlik edən, hakimiyyətdə təmsil olunduğu zaman əldə etdiyi resurslardan müxalifətə keçərək istifadə etməyə çalışanlara deyilir. Məhz, E.Namazov da bu cür “reneqat”lardandır. Hətta radikal müxalifət düşərgəsinə keçdikdən sonra da siyasi xainliyini davam etdirən E.Namazov bəzən “rusiyapərəstlərin”, bəzən isə “amerikapərəstlərin” “süfrəsindən” qidalanmaqla öz siyasi kimliyini açıq şəkildə ortaya qoyub.
Maraqlıdır ki, “El” hərəkatının ictimai təşkilatdan partiyaya keçidi də E.Namazovun siyasi “əldəyişkənliyi” ilə əlaqələndirilir. Dünənə qədər Rusiyadakı antimilli dairələrlə radikal müxalifət düşərgəsinin, konkret olaraq “Milli şura”nın “əsas əlaqələndiricisi”, ermənipərəst dairələrin Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı mövqe tutması üçün radikal müxalifətə göndərdiyi pulların daşıyıcısı rolunu oynayan E.Namazovun ABŞ səfiri ilə görüşündən sonra birdən-birə partiya yaratmaq eşqinə düşməsi təbii ki, bir sıra müəmmaların üzərinə işıq salmış oldu. Reneqat Namazovun özünün də etiraf etməsinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Rirçard Morninqstarın qəbulunda olan zaman səfiri “El” hərəkatının Azərbaycanda “gələcək siyasi mübarizədə” əsas rol oynayacağına inandırmağa səy göstərib. Belə demək mümkündürsə, reneqat Namazov dünənə qədər ona müttəfiq olanların qarşısına keçmək üçün fürsət əldə edib.
ABŞ səfirinin də reneqat Namazova “diqqəti” sübut edir ki, ondan yeni “ana müxalifət” düzəltməyə səy göstərirlər. AXCP və Müsavat Partiyası kimi ənənəvi radikal düşərgə təmsilçilərinin tükəndiyini hiss edən xarici antiazərbaycançı dairələr bu partiyaların onların sifarişlərini “keyfiyyətli” şəkildə həyata keçirə bilməyəcəyini artıq yəqinləşdiriblər. Bu səbəbdəndir ki, ABŞ səfiri reneqat Namazovla görüşündə “El” hərəkatını izlədiklərini və təşkilatın gələcək fəaliyyəti ilə bağlı konkret planlarının olduğunu açıqlayıb.
Bu planlar nədən ibarətdir? Təbii ki, yuxarıda qeyd edildiyi kimi, bu dairələr reneqat Namazovu yeni cilddə-“ana müxalifət” qiyafəsində siyasi palitrada “zühur” etdirməyə çalışırlar. ABŞ səfiri E.Namazovla görüşündə əbəs yerə “Milli şura”nın mövcud “miskin durumu”na, AXCP və Müsavat arasında ziddiyyətlərin daha da kəskinləşməsinə eyham vurmayıb. Bu, o deməkdir ki, artıq indiyə qədər istifadə olunanlar özlərini “siyasi zibillik”də tapacaqlar. Xarici dairələrin sifarişlərini yerinə yetirməklə, görəvləndirilən yeni “ana müxalifət postuna” isə məhz, E.Namazov “təyinat” alır. Təbii ki, ABŞ səfirinin 3-4 nəfərdən başqa üzvü olmayan “El” hərəkatını gələcək dövrdə “güclü siyasi qüvvə”yə çevriləcəyi haqda “proqnozları” da məhz bu amilə söykənir.
Azərbaycan xalqı erməni lobbisinin maraqlarını müdafiə edən reneqat Eldar Namazov kimilərini heç bir zaman qəbul etməyib
Əlbəttə ki, vaxtilə AXCP ilə “Müsavat”ı analoji iş üçün istifadə edənlərin arzuları yenə də arzu olaraq qalacaq. Ötən illərdə radikal müxalifət düşərgəsinin xəyanətlərini görən Azərbaycan xalqı birmənalı şəkildə onlardan imtina edib. Reneqat Namazov da Azərbaycan xalqının analoji münasibəti ilə üz-üzə olub. Çünki...
Reneqat Namazovun siyasi kimliyi Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Yuxarıda qeyd edildiyi kimi, buqələmun siyasi kimliyə malik Namazov özünün siyasi fəaliyyətində hər zaman Azərbaycan dövlətinin və xalqının mənafeyinə zidd mövqe tutub. Xarici ölkələrdə keçirilən toplantılarda Azərbaycan dövlətinin müsbət imicinə zərər vurmağa çalışan bu yalançı demokrat bir dəfə də olsun, həmin toplantılarda Azərbaycan dövlətinin ən ağrılı problemindən-Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsindən bəhs açmayıb. Bu isə bir daha göstərir ki, E.Namazov sadəcə öz “ağalarından” aldığı sifarişlər əsasında danışır, hərəkət edir. Əlbəttə ki, ona bunun üçün pul ödəyən erməni lobbisi E.Namazova Qarabağ həqiqətləri haqda danışmağı qəti şəkildə qadağan edib.
Bəli, bu gün Qərbdəki bir sıra dairələrin özlərinə “ana müxalifət” düzəltməyə çalışdıqları E.Namazov “layihəsi” də fiaskoya məhkumdur. Çünki bu müxalifət heç də sosial sifarişdən yaranmır. Bu müxalifət sadəcə ABŞ səfirinin “sifarişindən” ortaya çıxır. Azərbaycan xalqı isə heç zaman özünün olmayan, ona yad olan, başqalarına xidmətçilik göstərən siyasi qüvvəni qəbul etməyib. Azərbaycan xalqı görür ki, E.Namazovun çabası yalnız və yalnız dostları Əli Kərimli ilə İsa Qəmbərə verilməyəcək pulları əldə etməkdir. Yəni, bu “ana müxalifət” sadəcə “ABŞ səfirinin müxalifəti” funksiyasını yerinə yetirməyə təlimatlandırılır.

Paylaş:
Baxılıb: 1086 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30