Mübariz Qurbanlı: Belə hesabatlar yaymaqla Azərbaycana təzyiq etmək mümkün deyil
14.12.2012 [00:46]
Məlum olduğu kimi, bu günlərdə “Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatı dünyada insan hüquqları və azadlıqlarının vəziyyətinə dair növbəti illik hesabatını yayıb. “Dünyada azadlıq-2012” adlı illik hesabatda ənənəvi olaraq Azərbaycana qarşı qeyri-obyektiv münasibət ifadə olunub. Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bu hesabatın reallıqla qətiyyən uzlaşmadığını deyib:
- “Freedom House” adlanan təşkilatın hesabatında Azərbaycanla bağlı müddəalar tam qərəzlidir, qeyri-obyektivdir və məqsədli şəkildə yayılmış məlumatdır. “Freedom House” və onun rəhbərliyində olan şəxslər məqsədli şəkildə müstəqil Azərbaycana və onun yürütdüyü siyasətə qarşı “qara piar” kampaniyasına qoşulub. Bu, birinci dəfə deyil. Hər il təşkilat belə qərəzli hesabatlar yayır. Əgər biz dərindən araşdırsaq, bu təşkilatın arxasında Azərbaycanla bağlı hadisələri qərəzli göstərmək istəyən dairələrin olduğunu görə bilərik. Bunun da müəyyən səbəbləri var. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir, ölkəmiz böyük neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan Prezidenti tam müstəqil siyasət həyata keçirir və bizim xarici siyasətimizdəki mövqe ədalətə söykənir.
Təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimlərinsə xoşuna gəlmir. Burada bir neçə amil var. Birincisi, erməni lobbisi nəyin bahasına olursa olsun, Azərbaycana qarşı “qara piar” kampaniyasına rəvac verir və bunu müxtəlif təşkilatlarda özünün nümayəndələrinin vasitəsilə həyata keçirməyə çalışır. İkincisi, Qərb ölkələrindəki müəyyən qüvvələrdə islamofobiya özünü açıq şəkildə göstərir. İslam ölkələrinin inkişafından təşvişə düşən dairələr bu ölkələr haqqında qeyri-obyektiv məlumatlar yayırlar. “Freedom House” qeyri-azad ölkələrin siyahısında ən çox islam ölkələrinin adını çəkir. Bu da təsadüfi deyil. Üçüncüsü, Azərbaycanın bölgədə güclənməsi, iqtisadi və siyasi baxımdan tam müstəqil ölkə kimi dünya miqyasına çıxması, beynəlxalq xarakterli iqtisadi layihələrdə həlledici rol oynaması bəzi xarici qüvvələri narahat edir və onlar belə təşkilatlar vasitəsilə ölkəmizə təzyiq göstərməyə çalışırlar. Azərbaycana birbaşa hansı yolla təzyiq edə bilərlər? Aydın məsələdir ki, Azərbaycanın hansısa qurumdan, maliyyə təşkilatından asılılığı yoxdur. Biz müstəqil ölkəyik və investisiya layihələrində iştirak edirik, kapital ixrac edən dövlətik. Azərbaycana başqa cür təziyq etmək imkanı olmadıqda, insan haqları, media azadlığı və bu kimi məsələlərdən istifadə edərək ölkəmizə təzyiq etmək istəyirlər. Amma bu, baş tutan iş deyil. Belə təzyiqləri dəf etməyə qadirik.
- Hesabatda Azərbaycanda internet azadlığı və sərbəst toplaşmaq azadlığı məsələlərində ciddi problemlərin olduğu iddia edilir. Bu iddialara münasibətiniz necədir?
- “Freedom House” təşkilatının hesabatında göstərilir ki, Azərbaycanda internet azadlığı sahəsində problem var. Guya internetdə fəaliyyət göstərən bloggerlərə və başqalarına təzyiq edilir. Bu təzyiq haradadır? Azərbaycanda internetdə kim nə istəyir yerləşdirir, kim istəyir səhifə açır və orada istədiyini yazır və bunun üzərində heç bir nəzarət yoxdur. Mən deyərdim ki, Azərbaycan internet azadlığı baxımından bölgənin ən demokratik ölkəsidir. Ölkəmizdə internet şəbəkəsində əgər hansısa bloggerə qarşı bu və ya digər fakt varsa, bu, göstərilməlidir. Əgər nə vaxtsa ictimai asayişi pozmağa görə hansısa blogger məsuliyyətə cəlb edilibsə, bunu blogger fəaliyyəti ilə əlaqələndirmək, əlbəttə, “Freedom House” kimi təşkilata yaraşa bilər.
Hesabatda Azərbaycanda sərbəst toplaşmaq azadlığının da pozulduğu iddia olunur. Bunu iddia edənlər ölkəmizdə bu məqsədlə yaradılmış şəraitə baxsınlar. Hər bir ictimai qurumun, siyasi təşkilatın sərbəst surətdə mitinqlər, yürüşlər keçirmək haqqı var. Bakı şəhər İcra Hakimiyyəti bunun üçün müvafiq yerlər ayırıb. Amma radikal müxalifət sərbəst toplaşmaq azadlığından sui-istifadə edərək ayrılmış yerlərdə deyil, şəhərin mərkəzində qarışıqlıq yaratmaq, ictimai asayişi pozmaq, digər vətəndaşların hüquqlarına xətər yetirmək təhlükəsi yaradaraq bu cür hərəkətlər edir. Təbii ki, belə qanunsuz hərəkətlərin də qarşısı alınır.
- Mübariz müəllim, maraqlıdır ki, Avropa ölkələrində qanunsuz aksiyaların qarşısı daha sərt şəkildə alınsa da, beynəlxalq təşkilatlar buna seyrçi mövqeyindən yanaşırlar. Bu yanaşmanı hansı amillərlə izah edərdiniz?
- “Freedom House” təşkilatının arxasında duran dairələrin mənsub olduğu ölkələrdə qeyri-qanuni mitinqlərə rəvac verilir. Bəlkə orada qanunsuz mitinqlərə şərait yaradılır, icazə verilir, hökumət tərəfindən müdafiə olunur? Xeyr. İstənilən ölkədə buna yol verilmir. Məsələn, Nyu-York, London, Paris, Afina və Avropanın digər ölkələrinin paytaxtlarında qanunsuz aksiyaların qarşısının necə alındığı dünyanın nüfuzlu telekanallarında nümayiş olunub. Amma qanuni aksiyaların qarşısını isə heç kim heç zaman almır. “Freedom House” niyə həmin hadisələrə münasibət bildirmir? Bu, bir daha onu göstərir ki, təşkilatın Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə əlaqədar “iddialarının” heç bir əsası yoxdur.
Eyni zamanda, hesabatda Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinə də yanlış mövqedən münasibət bildirilir. Bilirsiniz ki, bu işlər nəticəsində köhnəlmiş tikililər qanunauyğun olaraq sökülür. Bu söküntü işlərindən isə narazılıq edən insanlar barmaqla sayılacaq qədərdir. Bunların içərisində müəyyən məqsədlərə xidmət edənlər var. Amma həmin insanların mütləq əksəriyyəti söküntü işlərinə görə kompensasiya alır və aldıqları vəsait hesabına yeni evlərə sahib olurlar. Belə olan şəraitdə bu abadlıq işlərini xüsusiləşdirib Azərbaycan hakimiyyətinə qarşı istifadə etmək olduqca gülməlidir. İstənilən ölkədə böyük layihələr həyata keçiriləndə müəyyən söküntü işləri də aparılır.
- Digər məqam isə hesabatda Ermənistana göstərilən münasibətdir. Bu barədə nə deyə bilərsiniz?
- Hesabatda çox anormal bir məsələ var ki, bu da Ermənistanla bağlıdır. Azərbaycan Ermənistandan qat-qat üstün ölkədir və bütün sahələr üzrə irəlidədir. Amma görün “Freedom House” təşkilatındakı “ağıllılar” nə dərəcəyə çatıblar ki, terrorçu, regionda ən antidemokratik və öz millətinə təcavüz edən, minlərlə azərbaycanlını girov götürüb saxlayan Ermənistanı qismən azad ölkə kimi göstərirlər. Əgər Ermənistan qismən azad ölkədirsə, onda mən Roma Papasıyam. Yəni, bu gülüş doğuran bir məsələdir. İşğalçı, başqa dövlətin forpostu olan, xaicdən verilən ianələrlə dolanan Ermənistanı azad ölkə kimi qəbul etmək nə qədər məntiqlidir? Əslində, bu, Sarkisyan hakimiyyətinə göstərilən münasibətdir və təkcə buna əsasən də demək olar ki, “Freedom House” təşkilatının yaydığı hesabat qərəzlidir, başdan-ayağa kimi yalandır. Belə bir məsəl var: Dənizin suyunun duzlu olduğunu bilmək üçün bütün dənizin suyunu içmək lazım deyil, ondan biraz dadmaq kifayətdir. Bu mənada, “Freedom House”un bu “faktının” özü göstərir ki, Ermənistanı qismən azad ölkə sayırsa bəri başdan onun yaydığı hesabatın üzərindən xətt çəkmək lazımdır.
İnsanların ən ali azadlığı onların yaşamaq azadlığıdır. Azərbaycanın bir milyon vətəndaşı Ermənistanın hərbi təcavüzü nəticəsində öz torpaqlarından didərgin düşüb. “Freedom House” bu azadlıqlardan niyə danışmır?
Bütövlükdə hesab edirəm ki, “Freedom House” təşkilatının Azərbaycanla bağlı hesabatı yanlışdır. Azərbaycan inkişaf edən, azad, demokratik ölkədir. Azərbaycan bu gün bölgədə bütün sahələrdə irəlidə gedən ölkədir. Digər tərəfdən, “Freedom House” təşkilatının yaydığı məlumatların kökündə nə dayanır? Bu məlumatlar hardan alınıb? Hesabat təqdim edilərkən onun mənbələri göstərilməlidir. “Freedom House” bu “faktları” radikal müxalifət və müəyyən QHT-lərin məlumatına əsasən yayırsa necə obyektiv ola bilər? Nə zaman gəlib görüşlər keçirib, araşdırma aparıblar? Bütün bu suallar cavabsız qalır. Ona görə də, əminliklə söyləmək olar ki, bu hesabat Azərbaycana qarşı qara piar kampaniyasının tərkib hissəsidir və biz bunu pisləyirik.clənməsi, iqtisadi və siyasi baxımdan tam m
- Hesabatda Azərbay
Xəbər lenti
Hamısına baxAnalitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21

