Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / “Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Eldar Namazov, kimdirsə buyurub gəlsin”

“Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Eldar Namazov, kimdirsə buyurub gəlsin”

01.08.2013 [09:41]

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı “Media forum” saytının suallarını cavablandırıb:
- Avqustun 2-də Mərkəzi Seçki Komissiyası prezident seçkisi gününü təyin edəcək, rəsmi seçki kampaniyasına start veriləcək. Seçki ərəfəsindəki durumu necə xarakterizə edərdiniz?
- Azərbaycanda seçki ərəfəsində bütövlükdə durum normaldır. Demokratik seçki keçirilməsi üçün hər bir şərait yaradılıb. Bütün siyasi partiyalar və siyasi təşkilatlar seçki kampaniyasına qatılmaq imkanına malikdir. Yeni Azərbaycan Partiyası da seçkiyə hazırlıqla bağlı geniş proqram həyata keçirir. Seçkiyə hazırlığımız həmişə olduğu kimi bu il də müəyyən olunmuş qrafik üzrə həyata keçirilir. Bu qrafikə uyğun tədbirlərimiz də planlaşdırılıb, bunlar reallaşdırılmaqdadır.
Öncə partiyanın rayon və şəhər təşkilatlarında seçki ilə bağlı tədbirlərimiz keçirilib. Bu tədbirlər davam etməkdədir. Qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələr verilir. Yeni Azərbaycan Partiyasının əksər rayon təşkilatlarında partiya fəalları ilə görüşlər təşkil edilir. Yaxın günlərdə bu görüşlər tam yekunlaşdırılacaq. Bundan başqa partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinin bir neçə müşavirəsi olub. Burada da seçkiyə hazırlıq məsələləri müzakirə olunub. O cümlədən Bakı şəhərinin və ətraf rayonların seçki qərargahı sədrlərinin toplantısı keçirilib. Seçki ilə bağlı hazırlıq işləri, tapşırıq və tövsiyələr verilib. Yeni Azərbaycan Partiyası ölkənin ən güclü siyasi partiyasıdır, 600 mindən artıq üzvü var. YAP-ın bütün rayon və şəhərlərdə təşkilatları, onların fəalları var. Bu fəallarımız da seçki qanunvericiliyinə uyğun olaraq qarşıda duran vəzifələri həyata keçirir.
Seçki bir neçə mərhələdən ibarətdir: seçki öncəsi vəziyyət, seçkinin elan edilməsindən sonra namizədlərin rəsmən qeydiyyata alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciətlərin edilməsi, təşviqat kampaniyasının aparılması və seçki günündə vətəndaşların səsvermədə iştirakı, seçkinin başa çatması. Partiyamızın rayon və şəhər təşkilatları seçkiyə tam hazırdır. Yeni Azərbaycan Partiyasının namizədi partiyanın iyunun 7-də keçirilən qurultayında müəyyən edilib, İlham Əliyevin namizədliyi rəsmən irəli sürülüb. Mərkəzi Seçki Komissiyası seçkini elan etdikdən sonra buna müvafiq olaraq seçki prosedurunun növbəti mərhələsində qarşıda duran vəzifələri həyata keçirəcəyik.
- Yeni Azərbaycan Partiyası seçki kampaniyası dövründə cəmiyyətə konkret hansı vədləri verəcək?
- Hər bir siyasi partiya seçkiyə gedərkən seçki ilə əlaqədar lazımi işləri görür. Seçki prosesində az əvvəl sadaladığım işlərlə yanaşı namizədin gələcəkdə irəli sürdüyü prinsipial məsələlər təşviqat kampaniyasında əhaliyə çatdırılır. Prezident İlham Əliyev partiyanın qurultayında böyük nitq söyləyib. Onun nitqində həm partiyanın qarşıda duran vəzifələri müəyyən olunub, həm də Azərbaycanın qarşısında duran vəzifələr müəyyən edilib. Strategiya aydındır. Seçdiyimiz yol bəllidir. Bu, Heydər Əliyevin müəyyən etdiyi yoldur. Prezident İlham Əliyev bu yolu uğurla davam etdirməkdədir. Prezidentin həm partiyanın qurultayındakı, həm Nazirlər Kabinetinin yığıncağındakı çıxışlarında, həm də vətəndaşlarla keçirdiyi digər görüşlərdə gələcəkdə qarşımızda duran vəzifələr qəti şəkildə müəyyən olunub.
Hədəflərimiz bəllidir. Azərbaycanda növbəti mərhələdə ümumi daxili məhsul iki dəfə artırılmalıdır. 2003-cü ildən indiyə qədər ölkədə ümumi daxili məhsul üç dəfə artıb. Bu məsələ növbəti beş ildə yenə də aktualdır. 2003-cü ildən indiyə qədər yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə endirilib, ölkənin büdcəsi dəfələrlə artıb. Dövlət büdcəsinin artması hər bir vətəndaşın rifahının yaxşılaşması deməkdir. İlham Əliyevin apardığı siyasət nəticəsində keçid dövrünü arxada qoyduq. Postsovet respublikaları içərisində siyasi, iqtisadi, sosial baxımdan keçid mərhələsini başa çatdıran və yeni mərhələyə qədəm qoyan ölkələr sırasında Azərbaycan birincidir.
Azərbaycan bütövlükdə Cənubi Qafqazın lider dövlətidir. Növbəti mərhələdə ölkəmiz bu liderliyi daha yüksək səviyyədə qoruyub saxlayacaq. Hədəfimiz sürətlə inkişaf etmiş və sənaye cəhətdən inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Azərbaycanın Dağlıq Qarabağ problemi var. Diplomatik yolla və düşməni iqtisadi cəhətdən taqətdən salma yolu ilə bu problemin həlli üçün vəzifələr müəyyən olunub. Bunlar tədricən həyata keçirilir, bu da çox böyük effekt verəcək.
Bütövlükdə müxtəlif xətlər var. Yeni sənaye parklarının yaradılması, kənd təsərrüfatının inkişafı üçün daha yüksək səviyyədə texnika və texnologiya ilə təmin olunma, aqrar bölmənin inkişafı üçün dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, gənc ailələrin sosial müdafiəsi, ipoteka kreditlərinin yüksək səviyyədə artırılması, ölkənin hər yerində aparılan quruculuq, abadlıq işlərinin davam etdirilməsi, iş yerlərinin açılması, xaricdə gənclərin təhsil alması prosesinin genişləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, enerji, iqtisadi, sosial və ərzaq təhlükəsizliyi sahəsində uğurların daha yüksək səviyyəyə çatdırılması növbəti dövrün islahatlarına daxildir.
Bütövlükdə Azərbaycanın potensialının və gücünün artırılması ilə onun beynəlxalq aləmdəki nüfuzunun bundan sonra daha yüksək səviyyəyə qaldırılması əsas vəzifə kimi müəyyən olunub. Biz indi beynəlxalq təşkilatlarda əhəmiyyətli yer tuturuq, rol oynayırıq. Bütün bu uğurları sadalayaraq növbəti mərhələ ilə bağlı qarşıda duran vəzifələri həll etmək lazımdır. Prezident də növbəti beş illə bağlı Azərbaycanın qarşıda duran vəzifələrini strateji, taktiki olaraq müəyyənləşdirib, bunu öz çıxışlarında da qeyd edib.
Əlbəttə, təşviqat kampaniyası dövründə bunlar kompleks olaraq, aydın və rəsmi şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq. Mən sadəcə bəzi istiqamətləri dedim. Bu, geniş proqramdır, Azərbaycan vətəndaşına, ailəsinə, onun rifahına, güclü lider, güclü Azərbaycan xəttinə yönəlib.
- Bəs müxalif qüvvələrin seçkidə iştirak imkanlarını necə qiymətləndirmək olar? Sizcə, seçkidə İlham Əliyevə əsas rəqib kim olacaq, Rüstəm İbrahimbəyov, yoxsa başqa şəxs?
- Ümumiyyətlə mətbuatın seçki kampaniyası dövründə ayrılıqda bir qrupun, ya bir dairənin üzərində dayanması jurnalistika baxımından yanlışdır. Yalnız “Milli şura” və onun namizədi üzərində dayanmaq bir az əcaib görünür. Bu gün prezidentliyə bir sıra namizəd elan edilib. Yəqin ki, Mərkəzi Seçki Komissiyası seçki gününü təyin etdikdən sonra müxtəlif partiyaların namizədləri, müstəqil namizədlər ortaya çıxacaq. Hazırda bir neçə şəxsin öz namizədliyini irəli sürməsi barədə mətbuatda yazılar gedir. O cümlədən müxalifətin radikal qanadını özündə birləşdirən, “Milli şura” adlanan qrup da öz namizədini elan edərək onu irəli sürmək istəyir. Biz həmişə demişik, buyursunlar. Süni ajiotaj yaratmağa ehtiyac yoxdur. Kimsə süni ajiotajla medianın diqqətini cəlb etmək istəyir. Rüstəm İbrahimbəyov gah Azərbaycana gəlir, gah gəlmir. Ay nə bilim, gələrəm, məni həbs edərlər. Əgər sizi bu bədgümanlıq, özünəinamsızlıq, bədbinlik basıbsa, bu cür bədbinliklə əhatə olunmusunuzsa, necə siyasətlə məşğul olursunuz? Əgər qanunla problemin yoxdursa, buyur gəl. Qanunla problemin varsa, probleminə qanuni yolla cavab ver. Yox, əgər başqa problemin varsa, bəhanə gətirərək onu ört-basdır etmək üçün özünü namizəd irəli sürmək istəyirsənsə, bu da qanunla həll olunmalıdır.
Seçki müstəvisində kimin iştirak etməsinə fərdi yanaşmırıq. Kim namizədliyini irəli sürəcəksə, hansı seçki proqramı ilə çıxış edəcəksə, baxacağıq, ona müvafiq fikirlərimizi bildirəcəyik. Hələlik namizədlik irəli sürmədən haradasa toplaşıb oradan kimlərəsə müraciətlər göndərmək yalnız medianın diqqətini cəlb etməyə yönəlmiş məsələlərdir. Bizim üçün seçki kampaniyası dövründə seçki kampaniyasına qatılanlar, seçki müstəvisində bizimlə üz-üzə gələn şəxslər, namizədlər var. Onlarla da seçki kampaniyası dövründə debatlarda, görüşlərdə həm ideoloji baxımdan, həm də seçki proqramlarını müqayisəli şəkildə ictimaiyyətə çatdırmaq baxımından yarışacağıq.
Amma biz irəli sürülən namizədləri əsas və qeyri-əsas rəqiblərə bölmürük. Seçki müstəvisində rəqiblər var. Onlarla da seçki müstəvisində yarışa hazırıq. Buyursun, kim gəlir, gəlsin. “Milli şura” deyilən qurumda kimin namizəd olması bizi narahat etmir, bunu da xüsusiləşdirmək istəmirik. Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Eldar Namazov, kimdirsə buyurub gəlsin. Qanunla, ikili vətəndaşlıqla bağlı problemləri var, çözsünlər, seçkiyə qatılsınlar. Kimsə onları xüsusiləşdirmək iddiasında deyil. Sadəcə, mətbuat “Milli şura”nı xüsusiləşdirmək istəyir. “Milli şura”ya yığışanlar kimdir ki? Guya onların qeyri-adi gücü, sosial bazasımı var? Vahid namizədləri də bizimlə rəqib olacaq şəxslərdən öndə durmayan sıradan biridir. Biz gözləyirik, buyurub yarışa qatılsınlar.

Paylaş:
Baxılıb: 1131 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30