/ / Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ölkədə gənclər siyasətinin formalaşdırılmasına müxtəlif istiqamətlərdə töhfələr verməkdədir
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ölkədə gənclər siyasətinin formalaşdırılmasına müxtəlif istiqamətlərdə töhfələr verməkdədir
06.09.2013 [09:25]
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) 2009-cu ilin noyabrında 39 ali təhsil müəssisəsində fəaliyyət göstərən tələbə gənclər təşkilatının konfederativ əsaslarla birləşməsi nəticəsində təsis edilib. ATGTİ-nin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
ATGTİ-nin sədri Şahin İsmayılovun AzərTAc-a müsahibəsində ölkənin aparıcı gənclər təşkilatlarından olan bu qurumun keçdiyi yola nəzər salınır, qarşıda duran vəzifələrə aydınlıq gətirilir.
- Şahin müəllim, mümkündürsə, Azərbaycanda həyata keçirilən gənclər siyasətində ATGTİ-nin rolu haqqında danışardınız.
- Məmnuniyyətlə. ATGTİ Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasına müxtəlif istiqamətlərdə töhfələr verməkdədir. Hazırda paytaxt və regionlarda yerləşən ali və orta ixtisas təhsil müəssisələrində fəaliyyət göstərən 109 tələbə gənclər təşkilatı ATGTİ-nin tamhüquqlu üzvüdür. Həm İttifaq, həm də tələbə gənclər təşkilatları tələbələri təhsilə həvəsləndirmək üçün müxtəlif müsabiqələr, elmi-əyləncəli oyunlar, seminarlar, “dəyirmi masa”lar, təlim kurslarının təşkili, tələbə gənclərdə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin aşılanması üçün müxtəlif proqramların həyata keçirilməsi, tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə əyləncəli konsert proqramları, şəhərətrafı ərazilərə gəzinti turları, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması məqsədilə müxtəlif layihə və tədbirləri reallaşdırırlar.
Tələbə-gənclərdə liderlik, idarəetmə vərdişlərinin formalaşdırılması üçün keçirilən “Liderlik məktəb”ləri, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən “Tələbə endirim kartı”, nəqliyyat təhlükəsizliyinə həsr olunmuş “İşıqlı həyat”, cəmiyyətin kitaba olan tələbatının ödənilməsi və kitablara həvəsləndirilməsi ilə bağlı reallaşdırılan “Gəzən kitabxana”, musiqi və rəqs istedadı olan tələbələrin iştirakı ilə keçirilən “Tələbə baharı” festivalı, gənclərin ictimai fəaliyyətlərinin stimullaşdırılması məqsədilə hazırlanan “Könüllülük pasportu”, onların karyera imkanlarının genişləndirilməsinə xidmət edən “Tələbə təcrübə proqramı” və s. kimi layihələr son vaxtlar həyata keçirdiyimiz bəzi böyük layihələr sırasında özünəməxsus yer tutmaqdadır.
- ATGTİ indiyədək ölkə gəncliyinin beynəlxalq aləmə inteqrasiyası ilə bağlı hansı layihələri həyata keçirmişdir?
- ATGTİ-nin Avropa Tələbələr Birliyi və Avropa Könüllülük Şəbəkəsinin tamhüquqlu üzvü olması Azərbaycanın tələbə gənclər təşkilatlarının fəal üzvlərinin Avropanın müxtəlif ölkələrində keçirilən konfrans və forumlar, eyni zamanda, Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı çərçivəsində keçirilən beynəlxalq təlim kursu və seminarlarda kütləvi iştirakına zəmin yaratmışdır. Bir sıra beynəlxalq fondlarla əməkdaşlıq çərçivəsində respublikamızda Azərbaycan və xarici ölkə tələbələrinin iştirakı ilə “MDB ölkələri tələbə-liderlərin yay məktəb düşərgəsi”, “Dünyamız QİÇS-yə qalib gələcək” teatr festivalı, “Gənclərin elektron fəaliyyətlərinə investisiya yatırılmasının problemləri və çətinlikləri”, “Boloniya prosesi” mövzularında konfranslar, “Univiziya” tələbə mahnı müsabiqəsi və s. beynəlxalq layihələr həyata keçirilmişdir.
ATGTİ, eyni zamanda, Gənclər və İdman Nazirliyinin reallaşdırdığı beynəlxalq gənclər mübadiləsi proqramlarında da fəal iştirak edir. Bu il onlarla fəal üzvümüz Koreya Respublikası, Hindistan, Səudiyyə Ərəbistanı, Serbiya, Rusiya və başqa ölkələrə səfər etmiş, Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən 1-ci Yay Olimpiya seminarlarına qatılmışdır.
- Hazırda ATGTİ-nin xarici ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq əlaqələri hansı səviyyədədir?
- ATGTİ beynəlxalq qurumlarla əməkdaşlıq etməklə yanaşı, xarici ölkələrin tələbə-gənclər birlikləri qismində də özünə bir çox tərəfdaşlar qazanmağa nail olmuşdur. Belarusun Tələbə Şurası, Serbiyanın SKONUS təşkilatı, Malta, Türkiyə və Fransanın tələbə birlikləri ilə ikitərəfli niyyət protokolu imzalanmışdır. Hazırda xarici ölkələrdəki həmkarlarımızla qarşılıqlı tələbə və təcrübə mübadiləsi reallaşdırılmaqdadır.
- “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramının ölkə gəncliyinin inkişafına verdiyi töhfələrdən söhbət açmağınız maraqlı olardı.
- Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Məhz “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının məqsədinə uyğun olaraq bir sıra vəzifələrin icrası uğurla həyata keçirilməkdədir. Bu vəzifələr sırasında istedadlı gənclərin aşkara çıxarılması, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması əsas yer tutur. Eyni zamanda, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması, gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına kömək göstərilməsi, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların intellektual və yaradıcılıq potensialının inkişafının təmin edilməsi və s. bu kimi çox mühüm əhəmiyyət kəsb edən məsələlər də daim diqqət mərkəzindədir.
Dövlət gənclər proqramına “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əlavə olunması Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə öz töhfəsini verməkdədir. Neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən xaricdə təhsil proqramı tükənən təbii sərvətlərimizin tükənməz bilik və zəka sərvətlərinə çevrilməsinə və nəticə etibarilə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin olunmasına istiqamətləndirilmişdir. Gənclərimizin Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Rusiya, Fransa, ABŞ, İsveçrə, Niderland və digər qabaqcıl ölkələrin universitetlərində təhsil almasına yaradılan şərait, şübhəsiz, ölkəmizin kadr potensialının formalaşdırılmasına dövlətimizin başçısının göstərdiyi diqqət və qayğının bəhrəsidir.
- Dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakının və rolunun artırılması üçün hansı işlər görülür?
- Bizim üçün çox sevindirici və bir o qədər də önəmli haldır ki, gənclərin təklifləri və təşəbbüsləri müvafiq dövlət orqanları tərəfindən nəzərə alınaraq həyata keçirilir və dəstəklənir. Bu işdə gənclər sahəsində görülən işlər haqqında hesabatların ictimaiyyətə çatdırılması, dövlət gənclər siyasəti sahəsində yeni vəzifələrin müəyyən edilməsi və gənclərin onlara yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi məqsədilə reallaşdırılan Azərbaycan gənclərinin forumları xüsusi əhəmiyyət kəsb edir. Bu cür forumlar və forumlararası yığıncaqların mütəmadi təşkili gənclərin söz meydanında öz təklif və təşəbbüslərini, tənqid və iradlarını müvafiq dövlət orqanlarının diqqətinə çatdırılmasına, mövcud nöqsanların aradan qaldırılması, yeni, innovativ təşəbbüslərin reallaşdırılmasına zəmin hazırlayır. Prezident İlham Əliyevin bir qrup gənci qəbul etməsi, onları dinləməsi Azərbaycan dövlətinin gənclərə olan münasibətinin göstəricisi olmaqla yanaşı, sonuncu dövlət gənclər proqramının hazırlanmasına gənc nəslin də cəlb olunmasına şərait yaratmışdır.
İstedadlı və yaradıcı gənclərə dövlət qayğısı nəticəsində Bakı şəhərində istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı keçirilmiş və burada aidiyyəti dövlət qurumlarının, yaradıcılıq ittifaqlarının və ictimai birliklərin nümayəndələri, yaradıcı və gənc jurnalistlər iştirak etmişlər.
- Təşkilatınız Azərbaycanın müxtəlif sahələrdə uğurları, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hansı addımları atmışdır?
- ATGTİ-nin nəzdində fəaliyyət göstərən Qarabağ Mərkəzi işğal olunmuş rayonlarımızla bağlı dəfələrlə beynəlxalq təşkilatların, xarici ölkə rəsmilərinin elektron poçt ünvanlarına Qarabağ həqiqətləri ilə bağlı məlumat hücumları həyata keçirmişdir. Gənclər və İdman Nazirliyi ilə birlikdə Xocalı soyqırımına həsr olunmuş “Beşikdə güllələnən arzular” adlı sənədli film hazırlanıb, tərəfdaş xarici və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində təbliğat işləri aparılıb.
- Qarşıdan gələn prezident seçkilərində ATGTİ-nin mövqeyi və bu istiqamətdə aparılan ideoloji iş barədə məlumat verərdiniz.
- ATGTİ ötən parlament seçkilərində “Səsin gəlsin!”, “Səsinə qüvvət” devizləri altında təşviqat kampaniyası keçirmişdir. Kampaniya çərçivəsində eyniadlı qolbaqlar hazırlanaraq on minlərlə seçiciyə paylanmışdır.
Cari ilin iyununda 1500-dən çox tələbə və 109 tələbə gənclər təşkilatının, dövlət rəsmiləri və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə Bakı, Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində keçirilən və videogörüntü sistemi ilə bir-biri ilə əlaqələndirilən ATGTİ-nin illik hesabat konfransında bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyev ölkəmizin qərb, cənub regionlarının və Naxçıvan Muxtar Respublikasının tələbələrinin təklifi ilə Azərbaycan tələbələrinin vahid namizədi elan olunmuşdur. Beləliklə, ATGTİ hələ 2010-cu ildə “Azərbaycan tələbələrinin dostu” elan etdiyi qüdrətli dövlətin güclü liderinin ətrafında sıx birləşdiyini bir daha bəyan etmişdir. Əminik ki, Azərbaycan xalqı da biz gənclərin “Güclü lider, güclü Azərbaycan!” şüarına həmrəy olacaq və növbəti 5 il üçün öz əvəzolunmaz liderini bir daha prezident kürsüsünə layiq görəcəkdir.
Xəbər lenti
Hamısına baxGündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20

