Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycan xalqının böyük əksəriyyəti, mədəniyyət işçiləri prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər

Azərbaycan xalqının böyük əksəriyyəti, mədəniyyət işçiləri prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər

01.10.2013 [09:56]

Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov www.yap.org.az saytına müsahibə verib:
- Alim müəllim, son illər Azərbaycanda mədəniyyət və incəsənət sahəsində baş verən yenilikləri, dövlətin mədəniyyət siyasətini necə xarakterizə edərdiniz?
- Azərbaycan milli mədəniyyətinin inkişafı dövlətin mədəniyyət siyasətinin əsasında dayanan prioritet məsələlərdəndir. Müasir dövrümüzdə mədəni və tarixi irsin mühafizə olunması, yaradıcılığın dəstəklənməsi, milli sənətin inkişafı və s. daim diqqətdədir. Cəmiyyətin məlumatlandırılmasına yönəldilən, dünya birliyinə inteqrasiya edilməsinə rəvac verən mədəniyyət ocaqları köklü şəkildə modernləşdirilir, yenidən qurulur. Mədəniyyət və incəsənətin inkişafını stimullaşdırmaq dövlət siyasətində xüsusi yer tutur. Bütün bunlar Azərbaycan mədəniyyətinin yeni mərhələdə inkişafda olduğunu göstərir. Müasir həyatımızda mədəniyyət və incəsənətin müxtəlif sahələrini əhatə edən növləri ayrı-ayrılıqda da Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən diqqətdə saxlanılır və bu sahələrin inkişafına yüksək səviyyədə şərait yaradılır. Təbii ki, bu yaradıcı şəxslərin fəaliyyətinin üzə çıxarılması üçün yaradılan şəraitlə sıx bağlıdır. Ümumilikdə bildirim ki, dövlət tərəfindən bu sahənin mütəxəssislərinin maddi-sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən hər bir iş öz növbəsində daxildə olan potensialın üzə çıxmasına təkan verən amillərdir.
Bildiyimiz kimi, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən ənənənin nəticəsi olaraq yaradıcı simalar, mədəniyyət və incəsənətimizin görkəmli nümayəndələri fəxri ad və mükafatlara layiq görülməklə yanaşı, mənzillərlə də təmin olunurlar. Dövlət başçısının sərəncamları ilə onlara Prezident təqaüdü və mükafatlar verilir. Bu yaxınlarda Azərbaycan Prezidentinin məlum Sərəncamı ilə əməkhaqlarının artırılması mədəniyyət işçilərinin böyük sevincinə səbəb oldu. Qeyd etməliyik ki, bu və digər maddi və mənəvi dayaqlarla yanaşı, mədəniyyət ocaqları yüksək səviyyədə, dünya standartlarına uyğun bir şəkildə təmir və bərpa etdirilir, eyni zamanda, yeni mədəniyyət müəssisələri inşa etdirilir. Beynəlxalq Muğam Mərkəzinin inşası, Muğam teatrının və digər onlarla belə sənət ocaqlarının yüksək səviyyədə təmir və bərpa etdirilməsi də, mədəniyyətimizə göstərilən diqqət və qayğının təsdiqidir.
Onu da qeyd etməliyik ki, Azərbaycan milli mədəniyyəti müasir həyatımızda bu diqqət və qayğının nəticəsi olaraq özünün yeni bir dövrünü yaşayır.
- Alim müəllim, dövlətin mədəniyyət siyasəti beynəlxalq əməkdaşlığın genişlənməsinə və möhkəmlənməsinə necə təsirini göstərir?
- Beynəlxalq əməkdaşlığın dinamik inkişaf etdirilməsi artıq öz nəticəsini verir. Belə ki, UNESCO və Avropa Şurası kimi beynəlxalq təşkilatlarla çoxcəhətli əməkdaşlığı qeyd etməliyik. Dünyadakı mədəni quruculuq proseslərində Azərbaycanın rolu aydın təsəvvür yaradır. Müasir dövrümüzdə zəngin və çalarlı Azərbaycan mədəniyyəti dünya ölkələrində yüksək səviyyədə təbliğ olunur, eyni zamanda, dünya sənətsevərləri tərəfindən maraqla qarşılanır. Dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə də rastlaşmaq mümkündür. Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixə malik nümunələrinin UNESCO-nun bəşəriyyətin nadir əsərləri sırasında yer alması da təsadüfi deyildi. Belə ki, milli mədəniyyətimizin zənginliyi, dünya mədəniyyət nümunələri ilə müqayisədə yüksəkdə dayanması bu əsərlərin dünyanın şah əsərləri sırasında adının hallanmasına gətirib çıxarıb.
Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri müasir dövrümüzdə dünyanın istənilən ölkəsində birmənalı qarşılanır. Bir çox dünya ölkələrində keçirilən Azərbaycan mədəniyyət günlərində təqdim olunan Azərbaycan mədəniyyət nümunələri dinindən, irqindən asılı olmayaraq, hər bir kəsi riqqətə gətirir. İstər dünya ölkələrində nümayiş olunan nümunələrdə, istərsə də ölkəmizə səfər zamanı canlı seyirçiyə çevrilən zaman insanlarda heyrət hissi yaranır.
Azərbaycan yalnız mədəniyyət və incəsənət beşiyi deyil, tarixi ənənələri ilə yanaşı, həm də yeraltı sərvətlərə malik zəngin məkandır. Güclü iqtisadi potensiala malik ölkə enerji ehtiyatları ilə zəngindir, neft və qaz sənayesi sürətlə inkişaf edib.
Bir sözlə, Azərbaycan bütün dünyada məhz milli-mədəni dəyərləri, yeraltı sərvətləri ilə, eləcə də, inkişafda olan, dözümlülük nümayiş etdirən ölkə kimi tanınır.
- Qarşıdan prezident seçkiləri gəlir. Siz Azərbaycan mədəniyyətinin təmsilçisi olaraq prezident seçkilərində qalib kimi görürsünüz?
- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son 10 il müddətində böyük işlər görülüb. Respublikamızın sürətli tərəqqisi, davamlı inkişafının təmin olunması istiqamətində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlərlə zəngindir. Bu işlər ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməl yaratmışdır.
Azərbaycan müasir dövrümüzdə özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan son vaxtlar özünün tolerantlığı, humanitar məsələlərə diqqət göstərməyi ilə beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətini cəlb edib. Azərbaycan beynəlxalq humanitar məsələlərə, dünya ictimaiyyətini düşündürən, narahat edən problemlərə töhfəsini vermək qüdrətindədir. Bu baxımdan, Azərbaycan dünyada tanınır və beynəlxalq aləmin diqqətində olan ölkəyə çevrilib. Bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir.
Yeri gəlmişkən, cənab İlham Əliyevin ötən dövr ərzində Prezident kimi fəaliyyəti istər daxili, istərsə də xarici siyasət sahəsində qazandığı uğurlar xalqımızın öz tarixi seçimində yanılmadığını sübut etdi. Prezident İlham Əliyev andiçmə mərasimində xalqımız qarşısında verdiyi bütün sözləri yerinə yetirmək istiqamətində mühüm addımlar atdı.
Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik bacarığı, tükənməz enerjisi, işgüzarlığı və vətənpərvərliyi sayəsində xalqımızın rifah halı son dərəcə yüksəlib. Azərbaycan qüdrətli bir dövlətə çevrilib. İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə nəticəsində Azərbaycan tamamilə yeni bir görkəm alıb. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar və nailiyyətlər əldə olunub. Bütün bu reallıqlar Prezident İlham Əliyevin fəaliyyətinin nailiyyətləridir.
Bu gün Azərbaycanın həyatında baş verən dəyişiklikləri ölkəmizin hər bir vətəndaşı öz həyatında hiss edir. Bütün yaşanılan qələbələr, uğurlu, firavan həyat hər bir insanı Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşməyə sövq edir. Heç şübhəsiz ki, növbəti 5 il ərzində də bu nailiyyətlər bizi müşayiət edəcək.
Qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqını böyük uğur və qələbə gözləyir. 10 ilin reallıqları bunu bizə deməyə əsas verir ki, Azərbaycan xalqının böyük əksəriyyəti, xüsusilə də, bütün mədəniyyət işçiləri qarşıdan gələn prezident seçkilərində Azərbaycan Prezidenti cənab İlham Əliyevə səs verəcək və ölkəmizin gələcəyi təmin olunacaq.

Paylaş:
Baxılıb: 1028 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30