Bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursunun alternativi yoxdur
06.10.2013 [15:44]
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Yusif müəllim, artıq prezident seçkilərinə çox az vaxt qalır. İstərdik, ilk olaraq, ölkəmizdə mövcud ictimai-siyasi durumu dəyərləndirəsiniz. Seçkilər öncəsi Azərbaycanda ictimai əhval-ruhiyyəni necə qiymətləndirmək olar?
- Bəli, oktyabrın 9-da Azərbaycan dövlətçiliyi, xalqımızın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün çox mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri keçiriləcək. Təbii olaraq, ölkə vətəndaşlarının bütün diqqəti həmin tarixi hadisəyə yönəlib. Seçkilər öncəsi kifayət qədər vətəndaş fəallığı hiss olunmaqdadır. Prezident seçkiləri ilə bağlı ölkənin ictimai həyatında canlanma müşahidə olunur. Bunu da mən müsbət qiymətləndirirəm. Çünki hər bir inkişaf etmiş dövlətdə olduğu kimi, Azərbaycanda da insanlar öz taleyinə, dövlətinin taleyinə biganə yanaşmırlar və bu mənada prezident seçkilərinin əhəmiyyətini dərindən dərk edirlər. Müasir, bugünkü Azərbaycan cəmiyyəti artıq müstəqilliyin ilk illərindəki kimi deyil. Qaragüruh, populizm, yalançı vədlər üzərindən siyasət aparanlar heç bir nəticə əldə edə bilməyəcəklər. Xalqımız dövlətin taleyini bir daha hansısa sınaqlar, təcrübələr ortasında qoymağa imkan verməyəcək. Hər bir azərbaycanlının seçimi, şübhəsiz ki, sabit, əmin-amanlığın hökm sürdüyü, dinamik inkişaf edən, dünya dövlətləri ilə rəqabət aparmaq gücündə olan bir dövləti və bu uğurları təmin edən siyasi kursu dəstəkləməkdir. Əminəm ki, 9 oktyabr seçkiləri də bu mənada istisna deyil. Əhalinin əhval-ruhiyyəsi də yüksəkdir. Düşünürəm ki, hansısa bir narahatçılıq yoxdur. Baxmayaraq ki, müəyyən qüvvələr ajiotaj yaratmaq, bəzi təxribatlar törətmək istəyirlər, amma inanmıram ki, bunlar elə bir ciddi nəticə versin. Çünki Azərbaycan dövləti güclü dövlətdir və vətəndaşlarımız da kifayət qədər kamildir, düzgün nəticə çıxarır, dövlətinin təhlükəsizliyinin qayğısına qalırlar.
Seçkilərin necə keçiriləcəyinə gəldikdə isə düşünürəm ki, burada hər hansı bir şübhəyə yer yoxdur. Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, artıq bu sahədə kifayət qədər təcrübəyə malikdir. Azərbaycan dövləti bu seçkilərin tam qanunauyğun şəkildə və beynəlxalq standartlara uyğun olaraq keçirilməsində hamıdan çox maraqlıdır. Seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi və onun xalqın iradəsini əks etdirməsi baxımından hər hansı bir problemin olacağını düşünmürəm. Demokratik, azad bir ölkənin vətəndaşı kimi hər kəs seçki məntəqələrinə gələrək öz namizədlərinə səs verməklə, həm də dövlətimizin gələcək inkişaf meyillərinin təyin olunmasında, Azərbaycanın hansı yolla irəliləməsinin müəyyənləşdirilməsində birbaşa iştirak edəcək.
- Yusif müəllim, bildiyimiz kimi, Yeni Azərbaycan Partiyasının bu prezident seçkilərində namizədi dövlətimizin başçısı cənab İlham Əliyevdir. İstər analitik mərkəzlərin ümumi dəyişməz qənaəti, istər cəmiyyətin rəyi bu yöndədir ki, cənab İlham Əliyev bu seçkilərdə alternativsiz namizəddir və Onun qələbəsi heç kəsdə şübhə doğurmur. Sizcə, bu reallığı şərtləndirən amillər nədən ibarətdir?
- Mən yaş baxımından müəyyən təcrübəmin olduğunu düşünürəm. Həm Sovet dövründə, həm müstəqillik dövründə yaşamışam. Eyni zamanda, Sovet dövründə də həm Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilənə qədərki dövrü, həm ondan sonrakı dövrü, həm də Onun rəhbərlikdən getdiyi dövrdən sonrakı mərhələdə Azərbaycan xalqının üzləşdiyi problemləri və nəhayət, müstəqillik dövründə Ümummilli liderin hakimiyyətə qayıdışından sonrakı inkişafı görmüşəm. Bu dövrləri paralel müqayisə etsək, çox açıq bir həqiqətin şahidi olacağıq ki, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr ölkəmizin inkişafı dövrüdür. Bütün sahələri əhatə edən çox geniş islahatlar və onların uğurları bu gün Azərbaycanın simasında özünü açıq şəkildə göstərir. Heç də təsadüfi deyil ki, bu gün cəmiyyətimizdə haqlı bir düşüncə formalaşıb ki, müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin bünövrəsini hələ Sovet dövründən qoyduğu şah əsəridir. Və bu gün Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Mən hesab edirəm ki, vətəndaşlarımızın mütləq əksəriyyəti də məhz bu fikirdədir və bu qənaəti bölüşürlər. Bəs bu kursu həyata keçirən, onu müasir dövrün çağırışlarına, tələblərinə uyğunlaşdıraraq uğurla davam etdirən kimdir? Cənab Prezident İlham Əliyev. Ona görə deyirik ki, bugünkü Azərbaycanın nailiyyətləri əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu kimi, eyni dərəcədə də Ümummilli liderin siyasi kursunun cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə və ardıcıllıqla həyata keçirilməsi nəticəsində təmin olunmaqdadır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıbdır. Azərbaycan bu gün bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir. İki il əvvəl 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, çox böyük bir hadisədir, cəmi 21-22 illik müstəqillik tarixi olan bir dövlət üçün müstəsna əhəmiyyət daşıyır. Bu, o deməkdir ki, Azərbaycan artıq dünyada etibar görür, bizim daxili və xarici siyasətimizi, dünya dövlətləri ilə əlaqələrimizi, dünyada gedən proseslərdə iştirakımızı və onlara münasibətimizi, ölkə daxilində aparılan siyasi, iqtisadi islahatları, demokratikləşmə, insan haqlarının qorunması istiqamətində aparılan işləri bəyənir və dəstəkləyirlər. I Avropa Oyunlarına ev sahibliyi etmək haqqının Azərbaycana verilməsi, “Eurovision” kimi möhtəşəm bir tədbirin Bakıda keçirilməsi, paytaxtımızın çox mühüm əhəmiyyətli beynəlxalq forumlara, tədbirlərə ev sahibliyi etməsi, təbii ki, İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün olub və ölkəmizə gələn bütün qonaqlar Azərbaycanın yüksək inkişafını, müasirləşməsini xüsusi olaraq vurğulayırlar.
- Ötən 10 ilin statistik göstəriciləri də bu dövrdə Azərbaycanın nə qədər inkişaf etdiyini, dəyişdiyini açıq şəkildə ortaya qoyur...
- Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin Azərbaycana nə qədər böyük uğurlar qazandırdığını görməmək mümkün deyil və bunu görməzliyə vuranlar şübhəsiz ki, səmimi deyillər. Çünki istər xalqımızın həyatında, ölkəmizin, dövlətimizin inkişafında, istərsə də Azərbaycanın beynəlxalq miqyasda güclənən mövqeyində bu uğurlar açıq şəkildə müşahidə edilir. Açığı mən hamının bildiyi statistikanı təkrarlamaq istəmirəm. Amma düşünürəm ki, elə rəqəmlər var ki, onları mütləq qeyd etmək lazımdır ki, dövlətimizin 2003-cü ildən bu yana keçdiyi inkişaf yolu haqqında daha dolğun təəssürat yaransın. Vurğulamaq yerinə düşər ki, 2003-cü ildən bəri ümumi daxili məhsul 3 dəfə artıb, ÜDM-in ümumi məbləği isə 7,147 milyard manatdan 54 milyard manata çatıb ki, bu da 8 dəfə artım deməkdir. Eyni zamanda, 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 873 manat idisə, 2012-ci ilin yekununda 5885 manat təşkil edib. Başqa sözlə, adambaşına düşən ÜDM 7 dəfəyə yaxın artıb. Son 10 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 30 dəfədən çox artaraq, 48 milyard dolları ötüb. On il ərzində Azərbaycanda orta aylıq əməkhaqqı 5 dəfədən çox artaraq, 77 manatdan 398 manata çatıb. Əgər 2003-cü ildə Azərbaycanda orta aylıq pensiyanın məbləği 24 manata yaxın idisə, ölkədə həyata keçirilmiş pensiya islahatları nəticəsində bu göstərici 153 manata çatıb. Bunlar, sadəcə bir statistika deyil. Bunlar Azərbaycanın hər bir vətəndaşının bu 10 il ərzində dəyişən, yeniləşən, inkişaf edən həyatının mənzərəsidir. Bunlar Azərbaycan dövlətinin 10 il ərzində inkişafının rəqəmlərlə ifadəsidir.
Elə götürək, təhsil sahəsini. Son illərdə təhsil sahəsinin inkişafı ilə bağlı 16 dövlət proqramı qəbul olunub və uğurla icra olunur. 5000-ə qədər azərbaycanlı gəncin xaricdə dövlət hesabına təhsil alması proqramı nə deməkdir? Bu o deməkdir ki, sürətli inkişaf edən Azərbaycan dövlətində peşəkar kadrların yetişdirilməsinə böyük maraq göstərilir. Bu gün Azərbaycanın hər bir regionunda müasir standartlara cavab verən məktəblər inşa olunub. Elə bir kənd, qəsəbə yoxdur ki, orada yeni məktəb tikilməsin. Ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması üçün mütəmadi işlər görülür. Təhsil işçilərinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bir müddət öncə Prezident İlham Əliyev təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı növbəti Sərəncam imzaladı. Təhsil işçiləri dövlət mükafatları ilə təltif olunurlar. Mənim rəhbərlik etdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetində son dövrlərdə 90-dan artıq əməkdaşımıza yüksək dövlət mükafatları verilib. Bütün bunlar hamısı Azərbaycan Prezidentinin təhsilə qayğısının göstəricisidir.
Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edir. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun. Dövlət başçısı İlham Əliyev də həmişə deyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, yəni bu siyasət insan amilinə söykənir. Ona görə də, Prezidentimizin həyata keçirdiyi siyasət bu qədər dəstəklənir, vətəndaşlarımız tərəfindən rəğbət bəslənilir. 2003-cü ildə, 2008-ci ildə olduğu kimi, bu il oktyabrın 9-da da cənab İlham Əliyevin vətəndaşlarımızın mütləq əksəriyyətinin səsini qazanaraq seçkilərdə qalib gələcəyinə heç bir şübhə yoxdur. Çünki bu gün Azərbaycanda Heydər Əliyev siyasi kursunun alternativi yoxdur.
- Yusif müəllim, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi ilə mübarizə aparacaq bəzi namizədlər də iştirak edirlər. Müxalifət partiyalarının seçkilərə hazırlığı ilə bağlı gördükləri işləri, onların bu seçkilərdə şanslarını necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, biz bütün digər namizədlərə rəqib kimi baxırıq və onlarla seçki mübarizəsində qalib olmaq üçün bütün gücümüzü səfərbər etmişik. Şübhə yoxdur ki, bizim namizədimiz bu seçkiləri də böyük üstünlüklə başa vuracaq. Bu proqnozu vermək üçün çox ciddi əsaslarımız var. Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan dövlətinin əldə etdiyi böyük nailiyyətlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir, vətəndaşın öz liderinə inamını möhkəmləndirir. Bu uğurları görməməzliyə vurmağı, qiymətləndirməməyi isə mən sadəcə olaraq, nankorluq adlandırardım. Sənin respublikanda bu cür inkişaf, tərəqqi olsun, amma sən onu dəyərləndirməyəsən, onda deməli sən hansısa şəxsi ambisiyalarını ümummilli mənafelərdən üstün tutursan. Biz demirik ki, müxalifət olmamalıdır. Əksinə, hər bir dövlətdə güclü müxalifətin olması vacibdir. Bu, demokratiyanın inkişafı, o dövlətdə siyasi sistemin təkmilləşməsi üçün çox vacibdir. Amma müxalifətçiliyin pozitiv dəyərləri, fəaliyyət sferaları olmalıdır. Bu dəyərlər milli maraqlarla, dövlətçiliklə ziddiyyət təşkil etməməlidir. Müxalifətçilik dövlətin, cəmiyyətin daha yaxşı idarə edilməsi, xalqın sosial rifah halının yaxşılaşdırılması və digər belə ümummilli məqsədlər naminə reallıqla səsləşən yeni ideyaların irəli sürülməsi və bu ideyaların həyata keçirilməsi uğrunda fəaliyyət kimi başa düşülür. Partiyalar, siyasi qruplar öz platformalarını, gələcək fəaliyyət planlarını hazırlayıb cəmiyyətə təqdim edir, ictimaiyyətlə geniş diskussiyalar qurur, fəaliyyətlərində insanlarla ünsiyyətdən gələn təklifləri mütləq nəzərə alırlar. Müxalifətin belə konstruktiv mübarizəsi son nəticədə cəmiyyətin irəli getməsinə, demokratik dəyərlərin bərqərar olmasına, fikir plüralizminin dərinləşməsinə gətirib çıxarır. Ancaq belə konstruktiv mübarizə üsulları ölkəmizdəki radikal müxalifət düşərgəsinin təmsilçilərinə yaddır. Onlar sivil mübarizə metodlarını tamam inkar edərək yalnız dağıdıcılıqla, cəmiyyətdə təfriqələr salmaqla, qarşıdurmalar yaratmaqla gündəmdə qalmağa, öz mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Amma ötən 20 ilin təcrübəsi və tarixi xronologiya artıq bunların mövcudluğunun sadəcə formal xarakter daşıdığını göstərir.
- Yeri gəlmişkən, bir sıra xarici beynəlxalq təşkilatlar ölkəmizdə seçki ilinin olmasından istifadə edərək, Azərbaycan haqqında bəzən həqiqətə uyğun olmayan bəyanatlar verir, guya hansısa neqativ hadisələrə görə Azərbaycanı tənqid edirlər. Bunun kökündə nə dayanır?
- Azərbaycan 22 ildir müstəqilliyini qazanıb. Bu 22 il dövlətçilik baxımından çox da böyük olmayan bir tarixi dövrdür. Amma buna baxmayaraq, qısa zamanda böyük inkişaf yolu keçilib, öz müstəqilliyini möhkəmləndirə bilib. Bu gün Azərbaycanın dövlət başçısı tam müstəqil, heç kəsdən asılı olmayan, yalnız vətəndaşlarımızın ali mənafeyinə xidmət edən siyasət həyata keçirir. Təbii ki, bir sıra hallarda Azərbaycanın müstəqil hərəkət etməsi, müəyyən qüvvələrin maraqlarına tabe olmaması, hətta milli və ümumbəşəri mənafelər naminə onların maraqlarına müdaxilə etməsi bəzilərini narahat edir. Amma əsas odur ki, onların heç bir təzyiqi, hədəsi Azərbaycanı öz yolundan döndərə bilmir. Biz bilirik ki, bəziləri demokratiya deyəndə nəyi nəzərdə tutur. İstər Afrika ölkələrində, istər Ərəb ölkələrində olsun, İraqda, Əfqanıstanda, Misirdə, Suriyada baş verənlər olsun, bunlar demokratiyadırmı? Şübhəsiz ki, yox. Bu yerlərdə insan hüquqları hər gün pozulur, insanlara zülm olunur. Haqsız yerə insanların haqqı tapdanır. Vaxtilə bu dövlətlərdə insanlar əmin-amanlıqla, sakit həyat tərzi sürürdülər, sonra bəzi qüvvələr çıxdı və birdən-birə demokratiya adı altında onların həyatını, dövlətini iflic etdi. Demək istəyirəm ki, müdaxilə edən qüvvələr heç də marağında deyillər ki, bu xalqları əmin-amanlığa çıxartsınlar, onlara demokratiya versinlər. Onların nə istədiklərini, niyə bu dövlətlərdə iğtişaşlar yaratdığını hamımız yaxşı bilirik. Bununla bağlı uzun-uzadı danışmaq istəmirəm. Gərək, hər birimiz düşünək. “Demokratiya dərsi” verilən ölkələrin coğrafiyasına, dini və etnik tərkibinə nəzər salsaq, yəni bu coğrafiyadan, bu tərkibdən kənarda qalan dövlətlər belə demokratikdirlər, həmin dövlətlərdə insanların haqları tapdanmır? Avropanın özündə baş verənləri xatırlayaq. İqtisadi böhran bir neçə dövləti çökdürdü, onlarda hər gün küçə yürüşləri, mitinqlər, etirazlar yaşanır. Etiraz edən insanlara qarşı hər cür zor tətbiq edilir, amma heç bir dövlətin səsi çıxmır, heç bir beynəlxalq təşkilat bəyanat qəbul etmir. Ya da başqa bir məqama diqqət yetirək. Bu gün addımbaşı bizə demokratiya dərsi keçmək istəyənlər Azərbaycan xalqının 20 ildən artıq bir dövrdə pozulmuş hüquqlarını bərpa etmək üçün niyə belə canfəşanlıq etmirlər? Dağlıq Qarabağda işğal 20 ildən artıqdır davam edir. Amma niyə bir nəfər də olsun çıxıb demir ki, bu torpaqlar azad olunsun? Niyə işğalçı dövlətlə işğal olunanı eyniləşdirib hər iki tərəfdən “kompromis” gözləyirlər? Düşünməyək ki, bizim özümüzdən çox kimsə bizi istəyir. Bunu da biz başa düşməliyik. Azərbaycan bu gün inkişaf edir, güclənir, dünya dövlətləri arasında öz yerini möhkəmləndirir. Azərbaycanın güclü rəhbəri var və O, dövlətimizin haqqını, maraqlarını ən yüksək səviyyədə cəsarətlə qoruyur. Azərbaycan gələcəyə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin də qarşıya qoyduğu birinci məqsəd odur ki, ölkəmiz qısa müddətdə inkişaf etmiş dövlətə çevrilsin. Bunun üçün lazım olan bütün addımlar atılır. Ortada siyasi iradə var, iqtisadi potensial yaradılıb, vətəndaş həmrəyliyi, ictimai fəallıq mövcuddur. Bütün bunlar nəticə etibarilə onu deməyə əsas verir ki, növbəti illərdə Azərbaycanın gələcəyi daha parlaq və daha zəngin olacaq. Bu yolda isə bir neçə gündən sonra keçiriləcək seçkilər olduqca mühüm əhəmiyyət kəsb edir. Ona görə də, düşünürəm ki, hər şeyi düzgün qiymətləndirən, ağı-qaradan seçməyi bacaran, tarixin sınaqlarından uğurla çıxan Azərbaycan xalqı 9 oktyabrda seçki məntəqələrinə gedərək növbəti dəfə Azərbaycanı inkişaf etdirən, bugünkü güclü Azərbaycanı yaradan Heydər Əliyev siyasətinə və bu siyasətin uğurlu aparıcısı cənab İlham Əliyevə səs verəcək!
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37

